Sual: Eşitdiyimə görə Fatimə (Allah ondan razı olsun) və Əlinin (Allah ondan razı olsun) Həsən və Hüseyindən başqa bir qız övladı varmış. Lakin onun barəsində bundan başqa hər hansı bir məlumatım yoxdur. Fatimə barədə, onun həyat tərzi və islam tarixində onun rolu haqqında məlumat verməyinizi sizdən xahiş edirəm.
Cavab:
Həmdü-sənalar Allaha məxsusdur.
Fatimə, insanların seyyidi, Allahın Elçisinin [Ona Allahın salavatı və salamı olsun] qızı, əl-Qüreyşi, əl-Haşimi, Həsəneynin (iki həsənin-Həsən və Hüseyinin) anasıdır. O Peyğəmbərin – [Ona Allahın salavatı və salamı olsun] göndərilməsindən qısa bir müddət öncə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbi Talibə - Allah ondan razı olsun - ərə getmişdir.
Peyğəmbər [Ona Allahın salavatı və salamı olsun] onu sevir və ona hörmət edirdi.
Fatimə səbirli, dininə bağlı, səxavətli, namuslu, sadiq və Allaha şükür edən bir qul idi.
Allahın Rəsulu [Ona Allahın salavatı və salamı olsun] vəfat etdikdə ona görə hüznlənmiş və onun üçün ağlamış və demişdir: “Ey atacan, ölümün barədə Cəbrayıla xəbər veririk. Ey atam, Rəbbinin dəvətinə cavab verdin, Ey atam, əbədi məskənin Cənnətdədir”.
Allah Rəsulunun [Ona Allahın salavatı və salamı olsun] danışığına insanlar içərisində ən çox oxşayanı Fatimənin danışığı idi.
Aişənin - Allah ondan razı olsun - belə söylədiyi rəvayət olunur: “Danışığında Allah Rəsulunun sallallahu aleyhi və səlləmin sözünə Fatimədən daha çox oxşayan birini heç bir zaman görmədim”.
Fatimə Allah Rəsulunun [Ona Allahın salavatı və salamı olsun] yanına daxil olduqda, o ayağa durar, onu qucaqlayıb öpərək salamlayardı, eynilə Fatimə radiyallahu anhə ona qarşılıq verərdi.
Peyğəmbərin vəfatından sonra Fatimə altı ay yaşadı. Gecə vaxtı dəfn etdilər.
Əl-Vaqidi deyir: “Bu bizə görə ən doğru rəydir”.
Həmçinin deyir ki, Abbas onun üçün (cənazə) namazı qılmış, o, Əli və Fəzl onu qəbirə endirmişdi.
Fatimənin oğlanları Həsən və Hüseyin, qızları Ümmü Külsüm idi, Ömər ibn Xəttaba(Allah ondan razı olsun) ərə getmişdi. Digər qızı Zeynəb, Abdullah ibn Cəfər ibn Əbi Talibə ərə getmişdi.
Məsruq, Aişənin - Allah ondan razı olsun – belə söylədiyini rəvayət edir:
“Fatimə Peyğəmbərin [Ona Allahın salavatı və salamı olsun] yürüdüyü tərzdə yürüyərək gəldi. Peyğəmbər [Ona Allahın salavatı və salamı olsun] dedi: “Xoş gəldin, mənim qızım”. Sonra onu sağ və yaxud sol tərəfinə otuzdurdu, sonra ona gizlicə bir söz söylədi və Fatimə ağladı. Mən ona: “Nə üçün ağlayırsan?” deyə soruşdum. Sonra o Fatiməyə gizlicə bir söz söylədi və o gülümsədi. Mən: “Bu günki kimi sevincin kədərə bu cür yaxın olduğunu görmədim”. Rəsulullahın ona nə söylədiyini soruşdum və o: “Allah Rəsulunun sirrini açmaram” deyə söylədi. Peyğəmbər vəfat etdikdən sonra ondan bu barədə soruşdum və o dedi: “O mənə dedi: “Cəbrayıl mənə hər il bir dəfə Quranı oxuyurdu, lakin bu il iki dəfə oxudu, hiss edirəm ki, artıq əcəlim yetişib. Əhli Beytimdən mənə ilk qovuşan sən olacaqsan”. Ona görə də mən ağladım. Sonra o dedi: “Cənnət əhlinin və yaxud mömin qadınların seyyidi olmaq istəməzsən?”. Buna görə də güldüm.
[Buxari, əl-Mənaqib 3353]
Onun fəzilətinə dəlalət edən şeylərdən biri əl-Səhiheyndə Abdullah ibn Məsudun rəvayət etdiyi hədisdir. Peyğəmbər Kəbədə namaz qılırdı və Əbu Cəhl və yoldaşları orada əyləşmişdilər. Bu zaman onlardan bəzilərinə digərlərinə: “Sizlərdən kim filan və filan dəvənin içalatını gətirib Məhəmməd səcdə etdikdə onun belinə qoya bilər? Beləliklə, qövmün ən bədbaxtı gedib bunu gətirdi və Peyğəmbər [Ona Allahın salavatı və salamı olsun] səcdə edənə kimi gözlədi, sonra isə iki çiyninin arasına belinə qoydu. Bu zaman mən baxırdım, lakin heç gücüm olmadığından ona yardım edə bilmirdim. Onlar gülürülər və (gülərək) bir-birinə söykənirdilər və Allah Rəsulu – Ona Allahın salavatı və salamı olsun – səcdə edirdi və başını qaldırmırdı. Sonra Fatimə gəlib içalatı onun kürəyindən götürüb kənar etdi. Sonra Allahın Elçisi [Ona Allahın salavatı və salamı olsun] başını qaldıraraq üç dəfə: “Ey Allahım! Qüreyşi sənə həvalə edirəm' deyərək dua etdi. Onlara bəd dua etdikdə bu onlara ağır gəldi, vəlvələyə düşdülər. Çünki onlar düşünürdülər ki, bu diyarda edilən dualar qəbuldur...”
[Buxari 233; Müslim, 3349]
Fatimənin fəzilətlərindən həmçinin Səhiheyndə rəvayət olunan Allahın Elçisinin sözüdür: “Fatimə məndən bir hissədir və kim onu qəzəbləndirərsə, məni qəzəbləndirər”,
[Buxari 3437; Müslim, 4483]
Daha doğrusunu Allah bilir.
Bax. Nuzhatul-Fudala Təhzib Siyar Ə-lamul Nübala, 1/116
Tarix: 12.04.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Maraqlı melumatlar