Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANIN NƏZƏRİNDƏ YALAN VƏ ONUN AMİLLƏRİ

İslami saytlara əsasən)

Yalanın mənası. Yalan - əxlaqi rəzillik və ictimai nizamsızlıq olaraq, yanlış söz, həqiqətə əks olan haqsız danışıq deməkdir.

Nifaq və yalan - bir sikkənin iki üzüdür

Əgər bir kəs bəyənilməmiş, çirkin bir iş görərsə, yalanla öz mənfi işini ört-basdır etməyə, başqalarını aldatmağa çalışacaqdır. İnsanları aldatmağa vərdiş etmək nəticəsində şəxs elə duruma döşə bilər ki, artıq öz eybini hiss etməsin.

Yalançı ictimai həyatda şəxsiyyət və etibarını düzəltməyə çalışar. Buna görə də yeni yalanlar danışar. Yalan bir daha göstərər ki, yalançının zahir və batini arasında uyğunluq yoxdur. Yalan və yalançı bu nəzərdən eynidirlər.

Yalan danışan şəxs öz rəftarlarını yenidən düzəltmək üçün səy edər. Çalışar ki, cəmiyyətə doğruşu şəxs kimi görünsün. Şəxsi yalan söyləməyə vadar edən amil ya başqasının qüdrətindən qorxduğuna görə olar, ya da mənfəət əldə etmək üçün olar. Ancaq nifaqda əsas amil və hədəf qüdrətdən qorxmaqdır. Bu, onu mənfəətdən məhrum edə bilər. Ya da ona təzyiq göstərə bilər. Onu elə bir işə vadar edər ki, onun etiqadı ilə uyğun gəlməz. Ona görə də demək olar ki, yalan ilə nifaq arasında ümumi və xüsusi rabitə vardır.

Yalanı necə tanımaq olar?

Quran yalan ilə doğrunu bir-birindən ayırmanın yolunu bunda görür ki, bir şəxs öz inanc və etiqadına müxalif olan söz danışarsa, həqiqətdə yalan danışmış olar. Hətta əgər onun sözündə haqlı hissə olsa belə, ancaq onun adətinə uyğun gəlmədiyi, sözü ilə adətinin fərqli olduğu üçün yalan söz hesab edilər. (“Munafiqun”, 1)

Beləliklə ola bilsin ki, bir şəxs elə söz deyər ki, yanlış və haqsız olar. Ancaq bu adam heç vaxt yalan danışmadığından onu yalanda ittiham etmək olmaz. Əksinə, yalançı insan düz söz danışarsa, bu, onun yalançı kimi tanınmasını aradan aparmaz. Çünki o, öz adətinin əksinə olaraq, düz söz danışmışdır. Ona görə də yalanı doğrudan ayırmanın yolu – o cümlədən, həmin şəxsin və ya söz danışanın adət və meyarından asılıdır.

Yalanın amilləri

Qurani-Kərim bir neçə amil göstərmişdir ki, yalanın amilləri kimi tanınır. Quran yalanın əsas mənşə və mənbəyini iblisdə görür. Və insana xəbərdarlıq edir ki, şeytan yalanın əsasını qoymuşdur. Şeytan o kəsdir ki, bu yolla öz çirkin əməllərinə çatmaq istər. Elə bir varlıqdır ki, insanları yalan söyləməyə təşviq edər. Quran insanın yaradılışı haqda məlumat verərkən bildirir ki, iblis öz hədəfinə çatmaq və insanı xar və rüsvay etmək üçün yalana əl atır. İlk mövcuddur ki, bu yolla öz hədəfinə çata bilir. Belə görünür ki, yalan danışmayan iblis heç bir vaxt insanı yolundan azdıra bilməz, ancaq o, insanı yolundan azdırmaq üçün yalandan and içir.

Quran insana xəbərdarlıq edir ki, şeytan və onun dostları yalançıları yalan danışmağa həvəsləndirər. (“Şüəra” 221,222). Yalançı insanlar onlara icazə verir ki, onun üzərində hakimlik etsin. Ona görə də şeytanlar bütün töhmət vuranları və günahkarları yalan danışmağa ilhamlandırar.

İblisin insana hakim olması nəticəsində insan yalan danışar, hətta şeytan kimi yalandan and da içər. Öz məqsədinə çatmaq üçün insanların Allaha, Peyğəmbərə (s) və İmamlara (ə) olan inancından sui-istifadə edərək, onlara and içər. (“Mucadilə” 14 və 19).

Paxıllıq - yalanın amilidir

Başqa bir amil paxıllıqdır. İnsan başqalarına paxıllıq edərkən yalan danışar və çirkin əxlara giriftar olar. Buna misal - Yusif peyğəmbərin (ə) qardaşlarıdır. Onlar Yəqubun (ə) etimadını qazanmaq və mənəfəətə çatmaq üçün yalan danışırlar. (“Yusif” surəsi 9 və 11).

Şübhəsiz ki, yalan bir çox əxlaqi çirkinliklər yaradar. Bu cəhətdən demək olar ki, paxıllıq İblisin küfr etməkdə ən mühüm amilidir.

Quran başqa amil kimi günahı göstərmişdir. Həqiqətən, yalan danışmağın kökləri günaha qayıdır. Ona görə də “Casiyə” surəsinin 7-ci ayəsində buyurulur: “Vay olsun hər bir yalançı günahkara!” Bu ayədə günah - yalanın amili və səbəbi kimi göstərilir.

Quran hiyləni də yalanın amillərindən hesab edir. (“Yusif” 25 və 28) Bu ayələrdən göründüyü kimi, şəxs öz çirkin rəftarını izah etmək üçün başqa rəftarla özünə bəraət qazandırar. Ona görə də hiylə və məkr də bu üslubdan sayılar.

Yalan bütün dinlərdə bəyənilməmiş və çirkin əməl hesab edilər. (“Ğafir”, 28). Ancaq əfsus ki, çox və az miqdarda, insanların çoxu ondan istifadə edər. Öz inanc və adətlərinə əskinə olaraq, yalan danışar.

Bəzi insanlar başqalarından daha çox yalana meyl göstərərlər. Bu insanlar o kəslərdir ki, şəxsiyyət baxımından özünü günaha batırarlar. Ancaq hər yerdə öz qanunsuz rəftarlarını həyata keçirtmək üçün yalana əl atarlar. Onlar yalan vasitəsilə öz rəftarlarını bəyənilmiş rəftar kimi nümayiş etdirərlər.

Yalanın təsiri

Bəziləri bu fikirdədirlər ki, günahın amili yalandır və yalan danışmaqdır. Baxmayaraq ki, günahın səbəbinin kökləri başqadır, ancaq insanın günaha meylinin artmasında yalan danışmağı əsas amil kimi görürlər.

Hər bir əxlaqsız rəftar insanda, cəmiyyətdə, dünya və axirətdə öz təsirini qoyar. Yalanın ən mühüm ictimai təsiri insanların etimadını itirməkdir. İnsanlar arasında yalanın artması, onların bir-biri haqda düzgün nəticə çıxartmağını aradan aparar. İnsanlar bir-biri ilə ünsiyyət bağlayarkən bir-birinə etimad göstərməzlər.

Qurani-Kərim yalanın göstərdiyi başqa bir təsiri, yalanın yalançının özünə vurduğu ziyanda görür. (“Ğafir”, 28). Quran insanlardan istəyir ki, yalandan çəkinsinlər. Çünki yalan ilk növbədə söyləyəninə ziyan vurar. (“Ali-İmran” 94, “Ənam” 21, 93 və 144). Dünyada vicdandan məhrum olarlar. (“Yunis” 69, “Nəhl” 116). İlahi hidayətdən bəhrələnə bilməzlər. (“Ğafir” 28). Axirətdə üzüqara hesab edilərlər. (“Zumər” 60)

Quran yalanı insanın qəlb xəstəliklərinin artmasına səbəb olan amil kimi tanıyır. (“Bəqərə” 8, 10). Ayələrdən göründüyü kimi, bu kimi insanlar batini həqiqətlərdən məhrum olarlar. (“Casiyə” 7,8) Nəhayətdə dünyada yalan danışaraq, münafiqlərin sırasına daxil olarlar. (“Tövbə” 77).

Belə görünür ki, yalan insanın şəxsiyyət balansının pozulmasına səbəb olar. İnsan öz şəxsiyyət balansını itirməmək, nifaqdan uzaq olmaq üçün yalandan çəkinməlidir. Çünki yalan bütün günahların qapısıdır. Əgər o qapı bir dəfə açılarsa, onu bir daha bağlamaq çətin olar.

Hazırladı: Məşhədi Xanım


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 153 Bölmə: Maraqlı melumatlar
loading...