Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) FƏTTƏH

əl-Fəttəh – «Sənin Rəbbin (hökmünü verərək haqq ilə batilin arasını açandır) və biləndir». (Səbə 21).
Həlimi demişdir : «Fəttəh – hökm verəndir. Allah verdiyi hökmlərlə qulları arasında qıfıllanan sorğu-sualları və haqq ilə batilin arasını açan, haqlını ucaldıb haqsızı alçaldandır. Bu dünyada ola bildiyi kimi axirətdə də ola bilir».

Xattabi demişdir: «Fəttəh – açan deməkdir. Allah qullarına mərhəmət və ruzi qapılarını açan, qıfıllanan işlərini açan, haqqı görmələri üçün qəlblərini və gözlərini açan deməkdir. Fatih yardım edən mənasına da gəlir. «Əgər fəth istəyirsinizsə, indi sizə fəth gəldi…». (əl-Ənfal 19).

Hər bir müsəlman kəsin bir şəkildə Allahdan başqa qullar arasında hökm edən və haqq ilə batilin arasını açan olmadığına inanmalıdır. Allahdan başqa Hakim olmadığına inanmalı və Onun hökmündən başqa hökm qəbul etməməlidir. «Allahdan başqa bir hakimmi axtarırsınız? O, isə sizə kitabı açıqlamış olaraq endirmişdir». (əl-Ənam 114). «Kim Allahın nazil etdiyi ilə hökm etməzsə onlar kafir olanlardır». (əl-Maidə 44). «Kim Allahın nazil etdiyi ilə hökm etməzsə onlar zalım olanlardır». (əl-Maidə 45). «Kim Allahın nazil etdiyi ilə hökm etməzsə onlar fasiq olanlardır». (əl-Maidə 47). «Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir cəmaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir». (əl-Maidə 50). Müsəlman Allahın hökmünü və bu hökmü qəbul etməli və ona boyun əyməlidir. «Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik – deyər. Bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin deyillər. Aralarında hökm etmək üçün Allahın və peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa itaət edib (tez) onun yanına gələrlər. Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardılar! Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: «Eşitdik və itaət etdik! Deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər Allahdan qorxub çəkinənlər məhz beləlri uğura çatanlardır». (ən-Nur 47-52).
Müsəlman qapalı olan hər şeyi ancaq Allahın açabiləcəyini bilməlidir. Qullarına ruzi və mərhəmət qapılarını açan, çətin və bağlı işləri açan, haqqı görmələri üçün qəlblərini və gözlərini açan, sıxıntı və darlıqdan sonra könüllərini açıb sevinc verən Odur. Köksləri İslama açan, qeyb qapılarını açan da Odur. Allah sənə elm, ruzi qapıları açdığı kimi sən də elmin açarı ilə cahil və biliksiz kimsələrin qapalı qəlblərini aç və onların könüllərini fəth et, sənə verilən ruzidən insanlar üçün də xərclə və qorxma ki, malından əskilər. Əksinə malına daha da bərəkət verilər. «Allah sənə ehsan etdiyi kimi sən də ehsan et». (əl-Qəsəs 77).


Tarix: 05.05.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar
loading...