Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübarək ömrün səhifələrindən (Təvazökar olmaq)

1. "Cənabi Haqq, özü üçün təvazökarlıq edəni mütləq ucaldar." (Müslim)

2. "Allah, mənə, bir-birinizə qarşı təvazökar olmağınız, heç kimə qarşı iftixar etməməyinizi, heç kimin heç kimə qarşı həddi aşmamağı vəhy etdi." (Müslim)

3. "Allahu Təala əfv edənin, ancaq izzət və şərəfinin artırdığı kimi, təvazökarlıq edəni də ucaldar." (Müslim)

4. "Öyünən mütəkəbbirlər qiyamət günü zərrələr kibi ayaqlar altında yanarlar. Hər kiçik onların üstündə və daha böyükdür. Sonra boləs adında cəhənnəmin bir zindanına atılarlar. Cəhənnəm atəşi onları qapar. Cəhənnəm xalqının yanıb əriyən cəsədlərindən sulanarlar." (Tirmizi)

5. Peyğəmbər Əfəndimiz danışanda üzündən təbəssüm heç vaxt əskik olmazdı. Heç kimin qəlbini qırmamış və heç kimin duyğularını incitməmişdi. Ənəs b. Malik peyğəmbərimizin bu mövzuda nə qədər örnək bir insan olduğunu belə buyurur: "On il Rəsulullaha xidmət etdim. Heç bir zaman etdiyim və etmədiyim şeydə görə məni danlamazdı."(Buxari)

6. "Allah gözəldir və gözəlliyi sevər. Təkəbbür isə haqqı qəbul etməmək, insanlara xor baxmaqdır." (Muslim)


Tarix: 26.04.2013 / 21:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...