1.Yenə də Ənəs ibn Malikdən rəvayət olunur ki, Peyğəmbər(sav) ayaqyoluna daxil olarkən deyərdi: «Allahım! Erkək və dişi şeytanlardan sənə sığınıram». Hədisi Buxari, Müslim, Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.
2.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) mənə dedi: «İki lənətlənmiş günahdan çəkin: camaatın yolunun ağzında və onların kölgəliklərində ayaq yoluna getmək». Hədisi Müslim rəvayət etmişdir.
3.Aişədən rəvayət olunur ki, Peyğəmbər(sav) böyük ayaqyolundan çıxdıqda «Allahım məni bağışla» deyərdi.
Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, Əbu Hatim və Hakim isə səhih hesab etmişdir.
4.Cabirdən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Əgər iki nəfər böyük ayaqyoluna gedərsə, onda onların hər biri gözdən itməli və heç kəslə danışmamalıdır, çünki Allahtaala buna nifrət edir».
5.Əbu Qətadədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Sizlərdən biri kiçik ayaqyoluna gedərkən sağ əli ilə cinsi orqanına toxunmasın, sağ əli ilə təmizlənməsin və bir də (içdiyi) qabın içinə üfürməsin».
Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Müslimindir
6.Salmandan rəvayət olunur ki, Allahın elçisi (sav) bizə istənilən ayaqyoluna gedərkən qibləyə tərəf yönəlməyi, sağ əllə, yaxud üç daşdan az daşla, yaxud da peyin və sümüklə silinməyi nəhy etmişdir. Hədisi Müslim rəvayət etmişdir.
7.Əbu Eyyubdan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «İstənilən ayaqyoluna gedərkən, önünüzü və arxanızı qibləyə tərəf yönəltməyin, lakin sağ və ya sol çiyinlərinizi yönəldə bilərsiniz». Hədisi Buxari, Müslim, Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.
8.İbn Məsuddan rəvayət olunur ki, Peyğəmbər (sav) böyük ayaqyoluna çıxdıqda mənə tapşırdı ki, ona üç daş gətirim. İki daş tapdım, üçüncüsünü tapa bilmədim. Onun əvəzinə peyin gətirdim. İki daşı götürdü, peyini isə ataraq dedi: «O murdardır». Hədisi Buxari rəvayət etmişdir.
Əhməd və Dəraqutninin rəvayətlərində «mənə bundan başqasını gətir» əlavəsi vardır.
9.Əbu Hüreyrədən rəvayət olunur ki, həqiqətən, Allahın elçisi (sav) sümük və peyinlə silinməyi nəhy etmiş və buyurmuşdur: «Onlar təmizləyən deyil».
Hədisi Dəraqutni rəvayət etmiş və eyni zamanda da səhih hesab etmişdir.
10.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Özünüzü sidiyin damcılarından qoruyun, çünki ümumiyyətlə qəbr əzabı ondandır».
Hədisi Dəraqutni rəvayət etmişdir.
11.İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər (sav) üzünü Qüba məscidinin camaatına tutaraq buyurdu: «Allah-taala sizi tərifləyir». Onlar isə cavabında: «Biz daşlardan sonra su ilə yuyunuruq»-dedilər. Hədisi Bəzzar zəif isnadla rəvayət etmişdir. Hədisin əslini Əbu Davud və Tirmizi rəvayət etmişdir. Buna bənzər hədisi İbn Xüzeymə Əbu Hüreyrədən rəvayət edərək səhih hesab etmişdir. Lakin digər rəvayətlərdən fərqli olaraq bu rəvayətdə «daşlar» sözü yoxdur.
Hakimin rəvayətində isə «Qəbr əzabının əksəriyyəti sidikdəndir». Hədis səhihdir.
Tarix: 25.04.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Maraqlı melumatlar