Quranda ALLAH iki insan tipindən bəhs edir:
ALLAHın varlığının fərqində olan, inanclı, ALLAHın ayələrini görən, axirətin varlığını bilən və həyatını ona görə yaşayan insan. Bu insanın şüuru tamamilə açıqdır. Hadisələrin ALLAHın idarəsində olduğunu hiss edir. Hər hadisənin özü üçün bir imtahan olduğunu və xüsusi olaraq yaradıldığını bilir. Hər şeydən əhəmiyyətlisi bu dünyanın xəyal olaraq beynində yaradıldığının və ALLAHın özünü hər an sınadığının şüurundadır. Bu səbəbdən heç bir hadisəyə heyrətlənməz və kədərlənməz. Çünki hadisələrin hamısının ALLAH tərəfindən şüurlu şəkildə və hikmətlə yaradıldığını bilir. Şüuru açıq olan imanlı insan hadisələrin arxasındakı hikmətləri belə görür: Məsələn, işə gedərkən yolda qəza və ölü gördüyündə o insanın qədərində təyin olunan vaxtının gəldiyini və ALLAHın canını aldığını düşünür. O adamın sonsuza qədər davam edəcək axirət həyatının başladığını və ALLAHın hüzurunda hesab verdiyini bilir. İmanlı insan gerçək mənada eşidir, gerçək mənada görür və gerçək mənada hiss edir. İmanlı bir insan hər baxdığı yerdə ALLAHın ayələrini və zatını görür. Ürəyi isə imanından ötəri yumşaqdır. Özünə ALLAHın bir ayəsi xatırladıldığında dərhal hərəkətə keçir, ayələr qarşısında təsirlənir və özünü düzəldir. Bu da o insanın gerçək mənada eşitdiyini və hiss etdiyini göstərir. İnsan ancaq özünə iman verildiyi anda həqiqətən görən, eşidən və hiss edən birinə çevrilir. Yəni, yaşayan bir ölüdən gerçək mənada yaşayan bir insana çevrilir.
Quranda bəhs edilən digər insan isə imansız, ALLAHdan xəbərsiz, yalnız dünyanı yaşayan insandır. Bu insan dünya həyatına və onun qarışıqlığına dalıb gedir. Sürətlə axirətə yaxınlaşdığını fərqinə varmır. Gerçək həyatın əsl ölümdən sonra başladığını və sonsuz bir həyat olduğunu heç düşünmür. ALLAHın ayələrini bilmədiyi üçün bunları görə bilmir. ALLAHın özünü davamlı olaraq yoxladığını, sınadığını bilmir. Hadisələri həmişə səbəblərə görə qiymətləndirir. Əgər evdən bir az keç çıxsaydım qəzaya düşməyəcəkdim, əgər yavaş getsəydi ölməyəcəkdi deyir. Halbuki hər kəsin qədərini yaşadığını və bir saniyəsini belə dəyişdirə bilməyəcəklərini bilmir. Yolda qəza gördüyündə yerdə yatan ölüyə dəhşətlə baxır, qəzanın necə olduğunu araşdırır, amma qədəri və axirəti heç düşünmür. Çox qısa bir müddət sonra da unudur. Dünya işlərinə dalıb əylənir və ALLAHı tamamilə unudur. Bu insana Quran ayəsi söylənsə ürəyində heç bir təsir meydana gəlmir, sanki eşitməmiş kimi həyatına davam edir. ALLAHın varlığını izah etsən, yaratdığı mükəmməl canlıları göstərsən bunları da təbii qarşılayır. Həyəcanlanırmış kimi görünsə də iman etmir. Bu o adamın gerçək mənada eşitmədiyini, görmədiyini və hiss etmədiyini göstərir. Ürəyində bir həyəcan meydana gəlməməsi, adamın ALLAHa iman etməməsi ürəyinin də sərt olduğunu göstərir. Yəni qarşımızda görürmüş, eşidirmiş və hiss edirmiş kimi dayanan, amma əslində eşitməyən, görməyən və hiss etməyən insan var. Bu insan hər nə qədər yaşayırmış kimi görünsə də əslində tam mənasıyla ölüdür. Quranda ALLAH yer üzündə yaşayan milyardlarla ölüdən bəhs edir.
Quran ayələri ALLAHın dünyada milyardlarla ruhu olmayan insan yaratdığını çox dəqiq bir şəkildə bildirir:
"Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!" (Nəml Surəsi 80)
"Dirilərlə ölülər də eyni deyillər! (Bütün bunlar kimi kafirlə mömin, küfrlə iman, Cəhənnəmlə Cənnət, batillə haqq da eyni olmazlar!) Şübhəsiz ki, ALLAH dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!" (Fatır Surəsi 22)
"Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər." (Bəqərə Surəsi 18)
"Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər." (Bəqərə Surəsi 171)
"Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçi deyiləm." (Ənam Surəsi 104)
"Onların içərisində sənə baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, möcüzələri görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!" (Yunus Surəsi 43)
"Bu iki tayfanın (kafirlərin və möminlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?" (Hud Surəsi 24)
"Bu dünyada (ALLAHın dəlillərini, möcüzələrini görməyib gözü və qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!" (İsra Surəsi 72)
"O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz." (Furqan Surəsi 73)
"Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər." (Nəml Surəsi 4)
"(Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!" (Zuxruf Surəsi 40)
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar