Həyatından şikayətləndiyin an həyatda yaşamaq üçün mübarizə
aparanları DÜŞÜN.
İşindən narazılıq etdiyin an o
belində yük daşıyan insanları DÜŞÜN.
Aldığın maaşdan narazılıq etdiyin
an ondan dəfələrlə az miqdarda ən çətin işlərdə işləyənləri DÜŞÜN.
Günorta bişirilən yeməyə köhnədir
deyərək o yeməkdən imtina etdiyin an
aclıqdan halsız gəzən insanları DÜŞÜN.
Evim darısqaldır,bu nə evdir
deyndiyin an dayanacaqlarda, oturacaqlarda yatan, binaların
zirzəmisində,va qonlarda yaşayanları düşün,
soyqudan donan,istidən ürəyi dayanan
insanları DÜŞÜN.
Hər gün universitetə,mə ktəbə getməmək üçün bəhanələr
axtardığın an kasıbçılıq ucbatından
kitab,
məktəb, universitet üzünə həsrət
qalanları
DÜŞÜN. Hər dəfə valideynlərinlə sözün çəp gəldiyində, onlarla acıqlı
danışdığında, özünü təmizə çıxartmaq
üçün onları günahlandırdığı n an körpələr
evinə atılmışları DÜŞÜN.
Sevgisizlikdən şikayət etdiyin
anlarında sevgidən əzab çəkənləri
DÜŞÜN. Yeni paltar almaq üçün, ya da
əvvəlki paltarlarından bezdiyin, modası keçib geyinməyə heç
nəyim yoxdur dediyin an qışın
soyuğunda ayaqqabısız, nazik,
cırıq paltarla gəzənləri DÜŞÜN.
Valideynlərinlə dalaşdığın an onların səni sevmədiklərini
düşündüyün an onların sənin
üçün çəkdiyi hər bir əziyyəti
DÜŞÜN.
DÜŞÜN VƏ NAŞÜKÜR OLMA!!!
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar