Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzülmə və Allahın Rəhmətindən Ümüdünü Kəsmə

Uca Allah mübarək kitabında buyurmuşdur:
"Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf,87)
"Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!"( Yusuf,110)

"Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!"( əl-Ənbiya ,88)

Uca Allah müsəlmanların sıxıntıya düşməsini bəyan edərək buyurmuşdur:
"O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Möminlər Allahın Öz vədinə doğru olduğuna inanır, münafiqlər isə etiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər). Məhz onda möminlər imtahana çəkilmiş (kimin həqiqi mömin, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar."( əl-Əhzab ,10-11)

Belə bir anda belə möminlər Uca Allahdan ümidlərini kəsməmişdirlər.


Tarix: 13.04.2013 / 17:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar
loading...