Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI (Beşinci)

Beşinci, ona ehtiram və köməkdir ki, Allah taala bu haqda buyurur: “Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız!” (əl-Fəth, 9)

Həmçinin, “Ey iman gətirənlər! Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah eşidəndir, biləndir!” (əl-Hucurat, 1) Başqa bir ayədə Allah taala buyurur: “Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın!” (ən-Nur, 63) Peyğəmbər (s.a.v.) sağ olarkən olduğu kimi, ölümündən sonra da ona hörmət edilməli, dəstək olunmalıdır. Bu isə onun hədislərini xatırlamaq, sünnətini öyrənmək və yaşatmaq, həyatını oxumaq və onun yoluna dəvət etməklə gerçəkləşə bilər.


Tarix: 17.04.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 46 Bölmə: Maraqlı melumatlar
loading...