Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərpəndi, Ya Tərpənmədi?

Titrəyib yer tərpənəndə bilmirəm
insanların,
Şübhəli iymanları tərpəndi, ya
tərpənmədi? Hündür eyvandan baxıb dövran
mənimdir söyləyən,
Məmurun eyvanları tərpəndi, ya
tərpənmədi? Allahın torpaqların ac kəndliyə pulnan
satan,
Quldarın ormanları tərpəndi, ya
tərpənmədi? Həm evi, həm qəlbi sınmış binəvalarçün
görən,
Dövlətin imkanları tərpəndi, ya
tərpənmədi? Şah Hüseyn ilə Yəzidi bir tutan cahillərin,
Şah damarda qanları tərpəndi, ya
tərpənmədi? Özgənin ünvanına öz nəslini
yerləşdirən,
Acgözün ünvanları tərpəndi, ya
tərpənmədi? Dövri-Sabirdən bu yanə bir əsr
yatmışların,
Lərzədən yorğanları tərpəndi, ya
tərpənmədi? Can güdən oğlanların dəhşətdə ikən
özləri,
Özgələrçün canları tərpəndi, ya
tərpənmədi? Pünhanın söznən vurub tərpətdiyi
insanların,
Sizbilən, vicdanları tərpəndi, ya
tərpənmədi? Baba Pünhan


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar
loading...