Bəli, gözələ və gözəl olan şeylərə düşünmək üçün baxmaq, həqiqətən savabdır.
Ancaq dövrümüzdəki fitnələrdən dolayı əgər “gözəl” kəlməsi naməhrəmə, açıq-saçıq geyinib gəzən qadınlara baxmaq mənasında işlədilərsə, təbii ki, sualımızın cavabı fərqli olacaqdır.
Ümumimyyətlə, naməhrəmə baxmaq baxmanın tərzi və səbəbinə görə dəyişir.
1. Əgər yolda getdiyimiz zaman qarşımıza açıq-saçıq geyinmiş naməhrəm birisi çıxarsa, dərhal “Gözlərinizi haramdan qoruyun” ayəsini yadımıza salıb gözlərimizi başqa tərəfə çevirərək Allah qorxusundan diksinib tövbə etsək, bu baxışdan sonra göstərdiyimiz qətiyyət günahdan qorumaqla bizə savab qazandıra bilər.
2. Ancaq “Naməhrəmə birinci dəfə qeyri-ixtiyari olaraq baxmaq mübahdır” qaydasından sui-istifadə edərək “Madam ki, belə bir baxış mübahdır, elə isə ona başdan-ayağa baxım” düşüncəsinə görə hərəkət etmək isə günah qazandırır.
3. Şəhvətlə dolu sonrakı baxış isə haram olan baxışdır. Çünki bu baxışlar “Gözlərinizi haramdan qoruyun” ayəsinə ziddir.
4. Həmçinin, tanımaq məqsədilə bu və ya digər qadına, qıza baxmaq olar. Ancaq bu tip baxışın davamlılıq müddəti sözügedən ayəni nəzərə almaqla minimum səviyyədə olmalıdır ki, nəticədə günaha səbəb olmasın.
“Puç olanı gözəl şəkildə təsvir etmək saf zehinəlri azdırır” qaydasına əsaslanaraq “düşünmə üçün baxmaq” xüsusuna toxunaq:
“Gözəl” dedikdə ilk öncə ağlımıza naməhrəm olan şeylər deyil, təbii və halal olan şeylər gəlməlidir. Naməhrəmlər deyil!!!
Düşünmə bu gözəlliklərdəki gizli mənaları və işarələri təsəvvür edərək onlar barəsində düşünmək, Allahın gözəl adlarının (əsmaül-hüsna) təcəllisini onlarda hiss etməkdir.
Bu gözəlliklərin bəzilərinə daxildir:
a) Qızılgül, qərənfil, nərgiz, bənövşə, zambaq və saymaqla bitməyən bütün digər çiçəklər gözəldir.
b) Bahar fəsli, ağaclar, dağlar, göllər, çaylar, şəlalələr, dənizlər, meşələr və bütün mənzərələr gözəldir.
v) Həyat, sağlamlıq, zövcə, övlad, nəvə, ailə, getdiyimiz yol, ölkəmiz, gecə, ulduzlar, ay, günəş, planetlər və bütün yaradılmışlar gözəldir.
q) Bülbül, tutuquşu, tovuzquşu və digər bütün quşlar gözəldir. Dovşan, sincab, pişik, bəbir, pinqvin, zürafə, ceyran, kəpənək, arı və digərləri gözəldir.
ğ) Albalı, portağal, çiyələk, qarpiz, ərik, şaftalı və digər bütün meyvələr gözəldir.
e) Quran, hədislər, ilahi ruhlu məktublar, moizə, nəsihət və şirin söhbətləri dinləmək gözəldir. Quş səsləri, şırıl-şırıl axan çaylar gözəldir.
d) Makro və mikro aləm gözəldir. Ağ Yol və bütün kainat gözəldir. Atom və daha kiçik zərrəciklər, molekullar, elementlər, maddələr, hüceyrələr, insan orqanizimi, ümumiyyətlə bütün insanlar mükkəmməl yaradılış formasına görə gözəldir.
Saymaqla bitməyən bütün bu gözəlliklər ola-ola elə isə, bəs nə üçün nəfsani gözəlliklərə aldandığımızı dərk edə bilmirik?!
Sual: bu gözəlliklərə baxıb Allahın gözəl adlarının təcəllisisni necə dərk edə bilərik?
Bir çobanyastığı çiçəyinə baxsaq:
1. Çiçəyin əl-əlvan yerlərindəki gözəllik, rəng uyğunluğu və simmetriya dekorasiya, bəzəmə sənətini ifadə edir ki, bu da Allahın “müzəyyin” (ən gözəl şəkildə bəzəyən) sifətini təcəssüm etdirir.
2.Qara torpağın tərkibində olan müxtəlif ünsür və elementlər onları müvafiq şəkildə bitki hüceyrəsi halına gətirən, piqmentlərlə onları bəzəyən, onlara gözəl ətir bəxş edən, hüceyrələri bir yerə toplayıb belə bir gözəllik yarada bilən və bu gözəlliyi də hər mövsümdə hər bir qitədə milyonlarca nüsxə şəklində kainata təqdim edən Allahın “qadir” (hər şeyə qadir) sifətini əks etdirir.
3. Təkcə belə bir çiçəyi yaratmaq hər şeyi əhatə edən, mütləq, sərhədsiz bir elmin olmasını tələb edir ki, bu da Allahı “əlim” (hər şeyi bilən) sifətinə bir işarədir.
4. Belə bir çiçəyi yaratmaq üçün qabaqcadan bir lahiyənin hazırlanması şərtdir və bu zaman çiçək bizə Allahın “müsəvvir” (ən gözəl şəkildə təsvir edən) sifətindən xəbər verir.
5. Əgər bu çiçəyin üzərində onun cinsiyyəti xüsusunda bir arşdırma aparsaq, onda heç bir qüsur tapa bilməyəcəyik. Malayziyada bitən gül ilə Koreyadakı gül arasında heç bir fərq yoxdur. Türkiyədəki çobanyastığı ilə Çindəki çobanyastığı eyni olçüdədir. Bu, Allahın “bari” (hər bir şeyi qüsursuz yaradan) sifətinə dəlalət edir.
6. Hər bir çiçək (süni və kimyəvi maddələrin dəymədiyi güllər) gözəldir, təmizdir və burada Allahın “qüddus” (müqəddəslik, paklıq) sifəti təcəlli edir.
7. Bəzi çiçəklər bir çox böcəyin, quşun və heyvanın qidası, ruzisi mənbəyidir. Belə bir ruzinin verilməsi və onun hazırlanması Allahın “rəzzaq” (ruzi verən) və “rəbb” (tərbiyə edən, yetişdirib böyüdən) sifətlərini ifadə edir.
8. Çiçəklərin, xüsusilə də çobanyastığının bir çox xəstəliklərin dərmanı olduğunu bilirik. Bu da bizə mərhəməti tükənməyən rəbbimizin “şafi” (şəfa verən) sifətindən xəbər verir.
9. Hər bir çiçəyin öz cinsini və nəsilini qoruması üşün toxumlara ehtiyacının olduğunu bilirik. Bu isə Allahın “hafiz” (layiqli şəkildə mühafizə edən) sifətinə dəlalət edir.
Əziz dostlar! “Gözələ baxmaq savabdır!” atalar sözündəki “gözəl” və “ baxmaq” yuxarıda bildirdiyimiz mənada olarsa, əlbəttə ki, bunda savab vardır. Buna bizim etirazımız yoxdur. Üstəlik bu dediklərimiz o qədər savab qazandırır ki, belə gözəlliklərə düşünərək bir saat tamaşa etmək, onların mənalarını dərk etmək bəlkə də bizə bir il davamlı olaraq edilən nafilə ibadətinin savabını qazandıra bilər.
Bunun mümkün olmayan bir şey olduğunu deməyin .Çünki bu, Peyğəmbərin (s) bizə müjdəsidir: “Bir saatlıq düşünmə min illik ibadətdən xeyirlidir”(Əbu Hamid əl-Qəzali. Ehya ülum əd-Din. Cild IV. səh. 409; əl-Heysəmi. Zəvaid. 178). Həqiqətən də halal olan zövqlər və ləzzətlər insana kifayət edər. Bu səbəbdən harama girməyə heç bir ehtiyac yoxdur.
Tarix: 21.11.2012 / 14:21 Müəllif: [Ram] Baxılıb: 1346 Bölmə: Maraqlı melumatlar