Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah haramdan qaçanı qoruyur

Məşhur hökmdar Teymurdan sonra yerinə keçən oğullarından Şahruh (XV. y. il) atasından fərqli olaraq elmə və məlumatına dəyər verən, dindar, səlim biriydi. Alimlərlə oturub qalxmaqdan zövq alardı. Şahruhun ətrafındakı məlumatın kəslərdən biri də Nemətullah Əfəndi idi. Eyni zamanda övliyadan olan Nemətullah Əfəndinin dilindən salmadığı bir söz vardı: "Allah haramdan qaçanı qoruyar" (Yəni adam haramdan qaçsa Allah ona haram yedirməz, nəsib etməz, demək istəyirdi.)






Bu sözü tez-tez təkrar edər, bununla bir az da hökmdar və adamlarını xəbərdar etmək məqsədi güdərdi. Şahruh da bunun hər vaxt mümkün olmayacağını, insanın bəzən bilmədən də harama əl uzada biləcəyini irəli sürərdi. Şahruh bir gün sarayında xüsusilə Nemətullah Əfəndini qonaq etmək üzrə bir ziyafət təşkil etdi. Başda hökmdar və Nemətullah Əfəndi olmaq üzrə qonaqlar süfrəyə oturdular. Baş yemək kəhrəba kimi qızarmış bir quzu çevirməsi idi. Hər kəs kimi Nemətullah Əfəndi də iştahla yeyir, yedikcə "Allah haramdan qaçanı qoruyar" sözünü təkrarlayıb dayanırdı. Hökmdar və adamları da bığ altından gülürdülər. Nəhayət yemək bitdi. Şahruh Nemətullah Əfəndidən soruşdu:

- Allah haramdan qaçanı hər vaxt və hər vəziyyətdə qoruyarmı?

- Bəli qoruyar, haramdan qaçana Allah haram nəsib etməz.

- Amma müəllimim səni qorumadı, səndə bizimlə birlikdə haram yeddin.

- Xeyr, mən haram yemədim haramı siz yediniz.

- Boş yerə iddia etmə müəllimim, süfrədə yediyimiz quzunu mənim adamlarım oğurlamışdı, oğurluq malı idi o...

- Ola bilər, sizə haram idi, amma mənə halal idi. Hökmdar lahavle çəkdi:

- Necə olur müəllimim, oğurlanmış bir quzu bizə haram, sənə halal?

Nemətullah Əfəndi sözünü bağladı:

- Əgər inanmırsınızsa, quzunun sahibini tapın soruşun...

Həqiqətən hökmdarın adamları oğurladıqları quzunun sahibini tapdılar. Yaşlı bir qadın idi quzunun sahibi. Quzunu oğurladıqlarını, bişirib yediklərini etiraf etdilər və pulunu ödəmək istədiklərini söylədilər. Qadın pulunu götürməyi rədd etdi və özlərinə qarğış etdi.

- Mən o quzunu pulu üçün deyil, bu havalıda Nemətullah Əfəndi deyə mübarək bir şəxs varmış, ona ikram etmək üçün yetişdirirdim, dedi.


Tarix: 07.06.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar
loading...