İnsan, onun malı, əməli və tayfası üç qardaşı olan adam kimidir. Həmin adam mütləq uzun bir səfərə çıxmalıdır. Qardaşlarının üçünü də yanına çağırıb deyir: «Gördüyünüz kimi mənim uzun bir səfərə çıxmağımın vaxtı gəlib çatdı. İndi sizlərə əvvəlkindən daha çox ehtiyacım var».
Qardaşlarından biri: «Mənim səninlə olan qardaşlığım bura qədərdir. Bundan sonra sənin qardaşın və dostun deyiləm. Məndən bu qədər» – deyir. Qardaşı ona: «Sənin mənə heç bir köməyin dəyməyib» – deyir və üzünü o biri qardaşına tutaraq: «Sən necə, mənə kömək edə bilərsənmi?» – deyə soruşur. Qardaşı: «Bu günə qədər sənin qardaşın və dostun idim. Səfər tədarükünü görüb səni miniyinə mindirənədək səninləyəm. Lakin ondan sonra sənin dostun sayılmıram» – deyə cavab verir. Kişi: «Mənim sənin səfərdə məni müşaiyət etmənə ehtiyacam var» – deyir. Qardaşı da: «Bu mümkün deyil» – deyə etiraz edir. Kişi o qardaşına da: «Sənin də mənə heç bir xeyirin yox imiş» – deyir və üzünü üçüncü qardaşına tutub: «Sən necə, mənə kömək edə bilərsənmi?» – deyə soruşur. Qardaşı isə belə cavab verir: «Mən sənin sağlığında, xəstələndiyin zaman, dostun olmuşam. İndi də sənin dostunam. Miniyinə minənə kimi də, səfərdə də səninləyəm. Sən getsən, mən də gedərəm, otur¬san, mən də oturaram. Getdiyini ölkəyə çatdığın zaman da səninləyəm və heç vaxt səndən ayrılmaram». Kişi ona belə dedi: «Dostlarım arasında sən mənim ən dəyərsizi idin. Həmişə onları səndən üstün tutardım. Kaşki sənin haqqını əvvəldən biləydim və səni onlardan üstün tutardım».
Bu üç qardaşın birincisi adamın mal-dövləti, ikincisi qohum əqrabası və tayfası, üçüncüsü isə əməlidir. Bu misalın eynisi Peyğəmbərdən (sav) mərfu isnadla rəvayət olunsa da, hədis olması isbat edilməmişdir. Həmin rəvayəti Əbu Cəfər Uqeyli «Kitəbud-duafa» adlı əsərində İbn Şihabdan, o da Urvadan, o da Aişədən nəql etmişdir. İbn Museyyib isə onu Aişədən mərfu isnadla rəvayət etmişdir. Bu misal hədisin mənası ilə səhihdir və həqiqətə uyğundur.
(Bu misala uyğun mənalı hədis Sünnədə var və onu Ənəs (r.a) rəvayət edib: Peyğəmbər (sav) deyib: “Ölünün üç şey müşayət edər: ailəsi, malı və əməli. Bunlardan ikisi qayıdar, biri onunla qalar. Ailəsi və malı qayıdar, əməli onunla qalar”. əl-Buxari, 6514; Müslim, 2960; İbn hibban, 3107)
Tarix: 15.04.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Maraqlı melumatlar