12.«Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır. Allahın lütfü genişdir. O, hər şeyi biləndir. Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları böyükdür». (əl-Bəqərə 261,262). «Yoxsullara aşkarda verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar… Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin xeyiri ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz». (əl-Bəqərə 271-272).
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Bir kimsə: «Mən mütləq (bu gün) bir sədəqə verəcəyəm!» deyib evindən çıxdı (bilmədən) sədəqəsini bir oğruya verdi. Səhəri insanlar: «(Bu gecə) oğruya sədəqə verilmişdir» deyə danışmağa başladılar. O, da: «Allahım! Şükürlər olsun sənə! (Bu gün) yenə də sədəqə verəcəyəm!» deyib evindən çıxdı (yenə də bilmədən) sədəqəsini bir fahişəyə verdi. Səhəri insanlar: «(Bu gecə) fahişəyə sədəqə verilmişdir» deyə danışmağa başladılar. O, da: «Allahım! Şükürlər olsun sənə! (Mən sədəqəni) bir fahişəyə vermişəm» deyib və yenə də mən mütləq sədəqə verəcəyəm deyə niyyət edib evindən çıxdı. Bu dəfə də sədəqəni varlı bir kimsəyə verdi. Səhəri insanlar: «(Bu gecə) varlıya sədəqə verilmişdir» deyə danışmağa başladılar. O, da: «Allahım! Oğruya, fahişəyə və varlıya verdiyim sədəqəyə görə şükürlər olsun sənə!» dedi. Bundan sonra onun yanına biri gəlib (yəni yuxuda görür ki, biri onun yanına gəlib deyir): «Oğruya verdiyin sədəqəyə gəlincə bəlkə (bu sədəqə) onun oğurluq etməkdən çəkinməsinə (səbəb ola) bilər, fahişəyə verdiyin sədəqə isə bəlkə onun zinadan əl çəkməsinə (səbəb ola) bilər, varlıya verdiyin sədəqəyə gəldikdə isə bəlkə o, bundan ibrət alıb Allahın ona verdiyi nemətdən xərcləyər»(Buxari 1421, Müslim 1022.)
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «(Bir gün) bir nəfər geniş və susuz bir səhrada gedərkən (qəflətən) buluddan: «Filankəsin bağçasını sula!» deyə bir səs eşitdi. Sonra bulud dərhal bağçaya tərəf yönələrək suyunu qara, daşlı bir sahəyə boşaltdı. Su isə bir yerə toplanaraq böyük kanal meydana gətirdi. O, kimsə suyu təqib edərək (suyun) axarı ilə getməyə başladı. Nəhayət (bir müddətdən sonra) öz bağçasının içərsində dayanmış bir kimsənin yanına çatdı. O, kimsə axan suyu kanallar vasitəsilə (istədiyi yerə) yönəldirdi. Ona: «Ey Allahın qulu! Adın nədir?» deyə soruşdu. O, da: «Filankəsdir!» dedi və buluddan eşitmiş olduğu adı (ona) söylədi. (Bağ sahibi): «Ey Allaın qulu! Nədən mənim adımı soruşursan?» dedi. O, da: «Mən bu suyu axıdan buludun içərisindən sənin adını verərək: «Filankəsin bağçasını sula!» deyə bir səs eşitdim. (Mənim üçün maraqlıdır) sən bu bağçada nə edirsən ki, (Allah sənə bu cür kəramət verib) dedi. (Bağ sahibi): «Madam ki, soruşursan onda mən sənə cavab verərəm» dedi. «Mən bu bağçadan çıxan məhsula baxır və (hesabat aparıram). Sonra çıxan məhsulun üçdə birini heç bir imkanı olmayan fəqirlərə, kasıblara verirəm. Üçdə birini özümə və ailəmə saxlayıram. Qalan üçdə birini isə torpağa (məhsul üçün) qaytarıram»(Müslim 2948.)
Tarix: 25.04.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Maraqlı melumatlar