Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Borclardan qorunma

Əbu Uaildən rəvayət olunurki, bir dəfə Əli ibn Əbu Talibin (r.a) yanına, öz ağası ilə (özünü azad etmək üçün) müqavilə bağlamış bir insan gəlib dedi: “Ey möminlərin əmiri! Mən bağladığım müqavilənin şərtlərini yerinə yetirə bilmirəm, mənə kömək et!” Əli ona dedi: “Sənə, peyğəmbər (s.a.v) -in (vaxtı ikən) mənə öyrətdiyi kəlmələri öyrədimmi? Sənin üzərində dağlar qədər borcun olsa belə, Allah sənin əvəzinə o borcu ödəyər! De: “Allahım, Sənin halal etdiyin şeylərin vasitəsi ilə məni haramdan və Sənin rəhmətin sayəsində məni Səndən başqasından asılı olmaqdan azad et!”

أَللَّهُمَّ اكْفِنِي بِحَلاَلِكَ عَنْ حَرَامِكَ، وَأَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ
/Allahumma kfini bihalalikə ‘ən haramikə, ua ağnini bifadlikə ‘amman siuak/.


Ənəs (r.a) -dən rəvayət olunurki, peyğəmbər (s.a.v) Muaza (r.a) dedi: “Sənin Uhud dağı boyda belə borcun olsa, Allahın sənin əvəzinə onu ödəməsi üçün, Allaha müraciət olunan kəlmələri öyrədimmi?! De ey Muaz: “Ey mülk sahibi olan Allahım! Sən istədiyinə mülk verir, istədiyindən də alırsan. Sən istədiyini yüksəldir, istədiyinidə alçaldırsan. Bütün xeyr-bərəkət Sənin Əlindədir. Həqiqətən Sən hər bir şeyə qadirsən. Sən bu dünyanın və axirətin Rəhmanısan və onlar üçün rəhimlisən. Sən dünya və axirətdə istədiyini verən və istədiyinidə haram edənsən. Mənə elə bir rəhm ilə rəhm et ki, mən başqasının rəhminə möhtac olmayım"

اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاءُ وَتُعِزُّ مَن تَشَاءُ وَتُذِلُّ مَن تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ، رَحْمَنُ الدُّنْيَا وَالآخِرَةِ وَرَحِيمُهُمَا، تُعْطِيهِمَا مَنْ تَشَاءُ، وَتَمْنَعُ مِنْهُمَا مَنْ تَشَاءُ، اِرْحَمْنِي رَحْمَةً تُغْنِينِي بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاك
/Allahummə məlikil-mülki tutil-mülka mən taşau ua tu‘izzu mən taşau ua tuzillü mən taşa, biyədikəl xeyr innəkə ‘alə külli şeyin qadir. Rəhmanu-dünya ual-axira ua rəhimuhuma tu‘tıhuma mən taşa ua təmnə‘u minhuma mən taşa, irhamni rəhmətən tuğnini bihə ‘ən rəhmətin bin siuak/.
(At-Tabarani “as-Sağir”. Hədisin səhih olduqunu hafiz əl-Munziri və eyx əl-Albani təsdiq etmişlər.)

Aişə (r.a) -dən rəvayət olunurki, peyğəmbər (s.a.v) namazın sonunda təslimdən əvvəl deyərdi: “Allahım, günah və borclardan sənə sığınıram!”.
أَللَّهُمَّ إِنِّي أَعُوذُبِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ
/Allahumma inni ‘auzu bikə minəl-mə‘səmi ual-mağram/.
(əl-Buxari, 832.)

Peyğəmbər (s.a.v)-dən: “Sən niyə tez-tez borcdan Allaha sığınırsan?” – deyə soruşduqda, o dedi: “Həqiqətən borclu insan danışdıqda, aldadar, söz verdikdə isə, sözünə xilaf çıxar”.
(əl-Buxari, 832.)

Neçə-neçə hallarda borclu insanlar fırıldaqçılara çevrilib və əksər hallardada özlərinə intihar etmişlər. Allah bizləri qorusun!
Sauban (r.a) rəvayət edirki, peyğəmbər (s.a.v) demişdir: “Üç şeydən: təkəbbürlükdən, qənimətdən bir şeyin oğurlanmasından və borcdan aralanaraq dünyasını dəyişən kimsə, Cənnətə daxil olacaqsır”.
(ət-Tirmizi, 1572. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.)


Tarix: 11.04.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Maraqlı melumatlar
loading...