Sual: Hər beş ildən bir uşaq doğmaq məqsədilə doğuşa mane olmaq olar? Çünki cəmiyyətin fəsada uğramasını, korlanmasını görürəm və əsas etibarilə korlanmış cəmiyyətdə yaşca eyni olan uşaqlarımı tərbiyə edə bilməməkdən qorxuram.
Cavab: Həmd Allaha məxsusdur.
Biz bu sualı Şeyx Muhəmməd ibn Salih əl-Üseyminə (Allah ona rəhmət etsin) ünvanlandırırıq:
Nə qədər ki, niyyətiniz belədir, o zaman bu cür etmək olmaz. Çünki bu cür hərəkət peyğəmbərin sallallahu aleyhi və səlləm rəvayət etdiyi hədis ilə əlaqədar Allaha təvəkkülün olmamasından xəbər veri. Rəsulullah sallallahu aleyhi və səlləm buyurmuşdur: “Sevən və doğan qadınlarla evlənin”.
Lakin doğuşun qarşısının alınması qadının səhhəti ilə əlaqəlidirsə-ola bilsin ki qadın təkrar-təkrar hamilə qalmağın öhdəsindən gələ bilmir-bu icazəli ola bilər, lakin yaxşısı budur ki, bu cür etməyəsiniz.
Sual: Siz demək istəyirsiniz ki, qadının səhhətinə daha çox diqqət vermək cəmiyyətin korlanmasına diqqət verməkdən daha mühümdür?
Cavab: Əlbəttə. Çünki, uşaqların korlanmasına dair əminlik, yəqinlik yoxdur. Ola bilsin ki, həmin uşaqlar saleh şəxslər olacaq və cəmiyyətə fayda verəcəklər. Allah daha yaxşı bilir.
Tarix: 05.04.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar