Üç pay yer almışıq. Bu yerin birində tezliklə inşa etmək istəyirik. Digər iki torpağı isə sadəcə saxlamaq istəyirik ki, gələcəkdə onları sataq və yaxud istifadə edək. Altı il keçmişdir və bu torpaqların heç birinə görə zəkat verməmişik. Nə etməliyik? Və nə qədər zəkat verməliyik?
Cavab: Həmd Allaha məxsusdur.
Torpaq aldıqda bunlar üç haldan birindən xali olmur:
1. Yaşamaq üçün alınır. Buna görə heç bir zəkat düşmür. Çünki bu ticarət və yaxud biznes məqsədi daşımır.
2. Satmaq məqsədilə və yaxud gəlir əldə etmək məqsədilə torpaq almaq. Bir il keçərsə, bu, ticarət malları hökmünə daxil olur. Daha sonra sahibi baxmalıdır ki, bir il keçdikdən sonra torpağın qiyməti nə qədərdir və bir il keçdikdən sonra həmin vaxt torpağın qiymətinin onda dördünü zəkat olaraq ödəməlidir.
3. Torpağı sərmayə yatırmaq məqsədilə alır ki, üzərində dükkanlar inşa etsin və yaxud icarəyə vermək üçün yaşayış binaları tiksin. Torpağın özünə heç bir zəkat düşmür, əksinə zəkat bundan əldə olunan gəlirə düşür. Əgər icarədən əldə etdiyi gəlilr nisabı (zəkat üçün qoyulan minimum həddi) keçirsə və icarə müqaviləsi bağlandıqdan sonra bir il keçibsə o zaman buna görə zəkat ödəməlidir. Sitatın sonu.
Əl-Muntaqa min Fətəvə əl-Fauzan (2/309)
Tarix: 05.04.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar