Bunlar düşmənlərimizdir. Düşməndən qurtarmağın yolu dosta sığınmaqdır. Gerçək dost Allahdır. Ona görə də hər işi başlayanda etibar, bərəkət, davamlılıq üçün Allahın adını çağırır və şeytanı oradan qovuruq: Əuzi-Billahi-Minəş-Şeytanirr-Racim (Şeytanın şərindən Allaha sığınıram) demək alınmaz bir qalaya girib, müdafiə olunmaq kimidir. Şeytan düşməndir, amma hər insana gücü yetəcək qədər də güclü deyil. Allah-Təalanın insana verdiyi haqlardan biri də sığınma haqqıdır. Dini terminologiyada buna “istiazə” deyilir. Bütün bəlalardan qorunmağın yolu Allaha sığınmaqdır.
Su içən zürafə kimi
Dünyanın ən hündür heyvanı olan zürafə normal vəziyyətdə heç bir yırtıcıdan qorxmur. Çünki nə aslan, nə pələng, nə də bir başqası onun bu uzun boyu qarşısında bir şey ələ keçirə bilmir. Amma bu zürafələrin də çox zəif məqamları var ki, o anda gələn hər hansı bir hücumla çox asanca məğlub olurlar. Zürafənin qabaq ayaqları çox uzundur. Ona görə də bu heyvan su içmək üçün qabaq ayaqlarını xeyli aralı qoyur ki, ağzı suya çatsın. Amma bu məqam zürafənin ən zəif anıdır. Yüngülcə itələyən kimi aşıb yıxılır və ayağa qalxana qədər düşmənin yeminə çevrilir.
Bu misalı ona görə gətirdik ki, həmişə Haqqın yolunda olan, könlünü Allaha bağlamış möminlər şeytan üçün alınmaz qaladır. Şeytan zəif ruhlu, məğlubiyyətə meyilli insanları aldadıb ovuna çevirir. Həqiqi müsəlman sağlam duruşu olan insan deməkdir, sağlamlıqsa insanın Allahla əlaqəsi sayəsində əldə edilir. Qurani-Kərimdə də bildirilir ki, doğru yolda (sırati-müstəqim) olanlara şeytan zərər verə bilməz. Amma içimizdə daha bir düşmənimiz var ki, biz onu iradəmiz altına almadıqca hər an o, bizi əl-qolu bağlı girov kimi şeytanın qarşısına ata bilər. Nəfsdən danışırıq.
Tarix: 04.06.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar