Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Bə”zi rəvayətlərdə gəlib ki, bu əzəmətli duanı mübarək Ramazan ayının gecələrində oxumaq müstəhəbdir. Onun məcmusu 100 fəsildən ibarətdir. Hər fəsli isə Allah-Taalanın 10 adına şamildir. Hər fəslin axırında bunu demək lazımdır: "Sübhanəkə ya la ilahə illa ənt, əl ğovs, əl-ğovs, xəllisna minən-nari, ya Rəbb”
Tərcüməsi: Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey O Kəs ki, Səndən başqa bir mə”bud yoxdur, bizə kömək et, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb!
Bismillahir–rəhmanir–rəhim
1. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Allah (bütün kamal və camal sifətlərini Özündə cəm edən Vacibül-vücud Zatən qəni olan varlıq), ey Rəhman (rəhməti həddindən artıq olan, rəhməti həm mö”minə, həm də kafirə şamil olan), ey Rəhim (rəhməti sabit olan, kəsilməyən), ey Kərim (ehsan və ne”mət sahibi), ey Müqim, ey Əzim (əzəmətli), ey Qədim (əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan), ey Əlim (sonsuz elmli), ey Həlim (qəzəbinin Onu təhrik etmədiyi Kəs), ey Həkim (hakim, hikmət üzündən iş görən) Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey o Kəs ki, Səndən başqa heç bir mə”bud yoxdur, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb)!
2. Ey seyyidlərin ağası, ey duaları qəbul edən, ey dərəcələri yüksəldən, ey yaxşılıqları sevən, ey xətaları bağışlayan, ey istəyənlərə əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey məxfi şeyləri bilən, ey bəlaları dəf edən!
3. Ey bağışlayanların ən yaxşısı, ey fəth edənlərin ən yaxşısı, ey kömək edənlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey həmd (tə”rif) edənlərin ən yaxşısı, ey zikr edənlərin ən yaxşısı, ey nazil edənlərin ən yaxşısı, ey ehsan edənlərin ən yaxşısı!
4. Ey O Kəs ki, yalnız Sənin üçündür izzət və cəmal, ey O Kəs ki, yalnız Sənin üçündür qüdrət və kamal, ey O Kəs ki, yalnız Sənin üçündür mülk (səltənət) və cəlal, ey Kəbir və Mütəal, ey ağır buludları vücuda gətirən, ey intiqamı (tədbir, əzab və qüdrəti) şiddətli olan, ey hesablara çox sür”ətlə yetişən, ey cəzası şiddətli olan kəs, ey O Kəs ki, gözəl savablar Sənin yanındadır, ey O Kəs ki, Ümmül-kitab Sənin yanındadır!
5. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hənnan (Ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi), ey Mənnan (bir şeyi istəməzdən qabaq əta etməyə başlayan), ey Dəyyan (qəhhar, məxluqatı Öz itaətinə vadar edən), ey Bürhan, ey Sultan, ey Rizvan, ey Ğüfran (məğfirət sahibi, tövbə edən bəndənin günahını silib yerinə savab yazan), ey Sübhan (hər bir eyb və nöqsandan pak və münəzzəh), ey Müstəan (kömək istənilən), ey ne”mət və bəyan sahibi!
6. Ey O Kəs ki, hər şey Sənin əzəmətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin qüdrətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin izzət və şövkətinin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin heybətindən xaze”dir, ey O Kəs ki, hər şey Sənin xəşyətin müqabilində zəlildir, ey O Kəs ki, dağlar Sənin qorxundan parçalanır, ey O Kəs ki, asimanlar Sənin əmrinlə bərqərardır, ey O Kəs ki, yerlər Sənin iznin ilə müstəqərdir (sabit, qərarlaşmış), ey O Kəs ki, şimşək həmd ilə Sənə təsbih deyir, ey O Kəs ki, Öz məmləkətinin əhalisinə (Öz bəndələrinə) zülm etməz!
7. Ey xətaları bağışlayan, ey möhnəti (qəm-qüssəni) dağıdan, ümidlərin sonu, ey ətaları böyük (vüs”ətli) olan, ey hədiyyələri bəxşiş edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən!
8. Ey həmd və səna sahibi, ey fəxr və əzəmət sahibi, ey məcd və rəf”ət (uca məqam) sahibi, ey əhd və vəfa sahibi, ey əfv və riza (razılıq) sahibi, ey minnət (ne”mət) və əta sahibi, ey fəzl və fərman sahibi, ey izzət və əbədiyyət sahibi, ey ehsan və səxavət sahibi, ey zahiri və batini ne”mətlər sahibi!
9. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mane” (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Dafe” (mö”minlərdən bəlaları dəf edən), ey Rafe” (mö”minlərə səadət, övliyaullahlara təqərrüb bəxş etməklə dərəcələrini yüksəldən), ey Sane” (kainatı ixtira edən), ey Nafe” (istədiyi layiqli bəndələrə xeyir yetirən), ey Same” (eşidən), ey Came” (cəm edən), ey Şafe” (şəfaətçi), ey Vase” (istənilən şeylərdən daha geniş əta edən, qəniliyi bütün fəqirlərə, ruzisi və rəhməti bütün məxluqata şamil olan), ey Müin (köməkçi)!
10. Ey hər şeyin yaradanı (Faili), ey bütün məxluqatın xəlq edəni, ey bütün ruzi verilənlərin ruzi verəni, ey bütün mülkiyyətdə olanların maliki (sahibi), ey bütün qəm-qüssə və çətinlikdə olanların qəm-qüssələrini dağıdan, ey bütün müsibət görənlərin qəmini dağıdan, ey bütün mərhumlara rəhm edən, ey bütün köməksizlərə kömək edən, ey bütün eyblilərin eybini örtən, ey bütün qovulmuşların pənahı!
11. Ey çətinliklərdəki zəxirəm (ehtiyatım), ey müsibətlərdəki ümidim, ey vəhşətlərdəki munisim, ey qürbətdəki yoldaşım, ey ne”mət sahibim, ey qəmli halımdakı dadıma yetənim, ey sərgərdan qaldığım vaxt yol göstərənim, ey fəqirlik (ehtiyac) çağında məni qəni edən, ey iztirar çağında mənim pənahım, ey qorxu halında mənim kömək edənim!
12. Ey qeybləri bilən, ey günahkarları bağışlayan, ey eybləri örtən, ey qəm-qüssəni dağıdan, ey qəlbləri (mə”nəvi cəhətdən) halbahal edən, ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey qəlblərlə üns tutan, ey qüssələri dağıdan, ey qəmləri aradan aparan.
13. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Cəlil (sifətlərində kamil), ey Cəmil (fe”lləri gözəl, vəsfləri kamil), ey Vəkil (kifayət edən, hər bir işdə bəndələrini hifz edib zərəri dəf edən), ey Kəfil (zamin), ey Dəlil (düz yol göstərən), ey Qəbil, ey Müdil (qələbə və nüsrətə yetirən), ey Münil (əta edən), ey Müqil (xətadan keçən), ey Mühil (çarə, tədbir edən)!
14. Ey sərgərdan qalanların yol göstərəni, ey fəryad edənlərin fəryadına yetən, ey imdada çağıranların imdadına yetişən, ey pənah istəyənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən, ey mö”minlərin köməyi, ey miskinlərə rəhm edən, ey asilərin (günahkar bəndələrin) pənahgahı, ey günhakarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən!
15. Ey ehsan və cud (bəxşiş) sahibi, ey fəzl və ne”mət sahibi, ey əmin-amanlıq sahibi, ey qüds (paklıq, müqəddəslik) və sübhan (münəzzəhlik) sahibi, ey hikmət və bəyan sahibi, ey rəhmət və rizvan sahibi (razılığın yüksək dərəcəsi), ey höccət və bürhan sahibi, ey əzəmət və səltənət sahibi, ey rə”fət və kömək sahibi, ey əfv və ğüfran sahibi!
16. Ey hər şeyin Rəbbi (təkamülə doğru hidayət edəni), ey hər şeyin mə”budu, ey hər şeyin xaliqi, ey hər şeyin icad edəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra qalan, ey hər şeyin fövqündə olan, ey hər şeyə alim olan Kəs, ey hər bir şeyə qadir olan Kəs, ey O Kəs ki, hər şey fani olar və Sən qalarsan!
17. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mö”min (əmin-amanlıq bəxş edən), ey Mühəymin (məxluqun əməllərinə, əcəllərinə və ruzilərinə nəzarət edən), ey Mükəvvin (vücuda gətirən), ey Müləqqin (başa salan), ey Mübəyyin (bəyan edən), ey Mühəvvin (asanlaşdıran), ey Müməkkin (səltənət bəxş edən, sabitqədəm edən), ey Müzəyyin (zinət verən, gözəlləşdirən), ey Mü”lin (izhar edən), ey Müqəssim!
18. Ey Öz mülkündə müqim (nəzarətçi) olan, ey Öz səltənətində əzəli olan, ey Öz cəlalında əzim olan, ey Öz bəndələrinə rəhimli olan, ey hər bir şeyə əlim (elmli) olan, ey Ona qarşı mə”siyət edənlərə həlim olan, ey Ona ümid bağlayanlara kərim olan, ey Öz məxluqunda həkim (hikmətli), ey Öz hikmətində lətif, ey Öz lütfündə qədim (əzəli) olan!
19. Ey O Kəs ki, yalnız fəzlinə ümid dikilər, ey O Kəs ki, yalnız əfvi istənilər, ey O Kəs ki, yalnız yaxşılığına ehsanına göz dikilər, ey O Kəs ki, yalnız ədalətindən qorxarlar, ey O Kəs ki, mülkündən başqa heç nə davamlı deyil, ey o Kəs ki, Sənin səltənətindən başqa heç bir səltənət yoxdur, ey rəhməti hər şeyi əhatə edən, ey rəhməti qəzəbini qabaqlayan, ey elmi hər bir şeyi əhatə edən, ey misli bərabəri olmayan Kəs!
20. Ey qüssələri dağıdan, ey qəmlilərin qəmini açan (sevinc bəxş edən), ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey məxuluqun xaliqi, ey və”dəsinə sadiq olan, ey əhdinə vəfa edən, ey sirrlərə alim olan, ey çərdəyi yaran, ey camaata ruzi verən!
21. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əliyy (vəsf edənlərin vəsfinin, ariflərin elminin Onu əhatə edə bilmədiyi), ey Vəfiyy (əhdinə vəfalı qalan), ey Ğəniyy (zatən qəni və ehtiyacsız olan, bütün məxluqatın Ona ehtiyaclı olduğu), ey Məliyy (möhlət verən), ey Həfiyy (köməkçi və xeyirxah), ey Rəziyy (əmrinə itaət edib nəhyindən çəkinən bəndədən razı olan), ey Zəkiyy, ey Bədiyy, ey Qəviyy, ey Vəliyy (dost, ixtiyar sahibi, mövla)!
22. Ey gözəlliyi aşkar (zahir) edən, ey pislikləri örtən (pərdələyən), ey bəndələrini günah və cinayətlərinə görə tənbih etməyən və pərdələri yırtmayan, ey əfvi böyük olan, ey bağışlaması gözəl olan, ey məğfirəti geniş olan, ey rəhmət əllərini açan, ey gizli münacatlarla həmrah olan, ey bütün şikayətlərin qayıtdığı yer!
23. Ey sabiq ne”mət sahibi, ey vüs”ətli rəhmət sahibi, ey sabiq minnət sahibi, ey son dərəcə tə”kidli hikmət sahibi, ey kamil qüdrət sahibi, ey (haqla batili ayıran) qət”i höccət sahibi, ey zahir olan kəramət sahibi, ey daimi izzət sahibi, ey mətin qüvvə sahibi, ey nüsrətli əzəmət sahibi!
24. Ey asimanları vücuda gətirən, ey zülmətləri qərar verən, ey qəlbdən ağlayanlara rəhm edən, ey xətalardan keçən, ey pislikləri, eybləri örtən, ey ölüləri dirildən, ey ayələri nazil edən, ey həsənatı qat-qat artıran, ey pis əməlləri məhv edən, ey cəzası şiddətli olan!
25. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəvvir (məxluqata surət verən), ey Müqəddir (qəzavü-qədəri müqəddər edən), ey Müdəbbir (tədbir edən), ey Mütəhhir (pak edən), ey Münəvvir (başqalarına nur verən, nurlandıran), ey Müyəssir (asan edən), ey Mübəşşir (müjdə verən), ey Münzir (qorxudan), ey Müqəddim (bəndələrdən istədiyini hikmət əsasında Öz rəhmətinə müvəffəq olmaqda qabağa salan), ey Müəxxir (bəndələrdən istədiyi kəsi hikmət əsasında zəlil edib rəhmətindən axıra salan)!
26. Ey Beytül-həramın (hörmətli evin) Rəbbi, ey Şəhrül-həramın (hörmətli ayın) Rəbbi, ey hörmətli vilayətin Rəbbi, ey Rükn və Məqamın Rəbbi, ey Məş”əri-həramın Rəbbi, ey Məscidül-həramın Rəbbi, ey halal və haramın Rəbbi, ey nur və qaranlığın Rəbbi, ey təhiyyət və salamın Rəbbi, ey məxluqatda qüdrətin Rəbbi!
27. Ey hakimlərin ən yaxşı hökm edəni, ey ədalətlilərin ən ədalətlisi, ey doğruçuların ən doğruçusu, ey pakların ən pakı, ey xəlq edənlərin ən gözəli, ey hesab çəkənlərin ən sür”ətlisi, ey eşidənlərin ən yaxşı eşidəni, ey nəzər edənlərin ən bəsirətlisi, ey şəfa verənlərin ən yaxşı şəfa verəni, ey kəramətlilərin ən kəramətlisi!
28. Ey arxası olmayanların arxası, ey istinad yeri olmayanların istinad yeri, ey zəxirəsi olmayanların zəxirəsi, ey heç bir möhkəm pənahgahı olmayanların möhkəm pənahgahı, ey heç bir fəryada çatanı olmayanların fəryada çatanı, ey heç bir fəxri olmayanların fəxri, ey heç bir izzəti olmayanların izzəti, ey heç bir köməkçisi olmayanların köməkçisi, ey heç bir munisi olmayanların munisi, ey heç bir aman verəni olmayanların aman verəni!
29. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Asim (bəndələri günahlardan, pisliklərdən hifz edib çəkindirən), ey Qaim (hər şeyə nəzarət edən, Öz zatı əsasında mövcud olan, hər bir nəfsə nəzarət edən), ey Daim (həmişəlik varlıq), ey Rahim (rəhm edən), ey Salim (sağlamlıq bəxş edən), ey Hakim (hikmətli, hökm edən), ey Alim, ey Qasim (bəndələrin işlərini bölüşdürən, yaxud onların nəsiblərini verən), ey Qabiz (hikmət əsasında bə”zi bəndələri ruzidən məhrum edən), ey Basit (Öz rəhmət və bəxşişi ilə bəndələrinə ruzi müqəddər və vüs”ətli edən)!
30. Ey ismət (günahdan amanda qalmaq) istəyənlərə ismət bəxş edən, ey rəhmət istəyənlərə rəhm edən, ey məğfirət istəyənləri bağışlayan, ey kömək istəyənlərə kömək edən, ey hifz olunmaq istəyənləri hifz edən, ey ikram olunmaq istəyənlərə ikram edən, ey (təkamül üçün) yol istəyənlərə yol göstərən (Mürşid), ey fəryadına çatmasını istəyənlərin fəryadına yetən, ey kömək istəyənlərin köməyi, ey dadına yetişmək istəyənlərin dadına yetişən!
31. Ey zülm olunmayan Əziz (izzət sahibi), ey lütfü əbədi olan Lətif, ey yatmayan Qəyyum, ey fövtə getməyən Daim, ey ölməyən Həyy, ey səltənəti zavala uğramayan Məlik, ey fani olmayan Baqi, ey cəhalətin yol tapmadığı Alim, ey təam verilməyən Səməd, ey zəifləməyən Qəviyy!
32. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əhəd (zülmətin yol olmadığı nur, cəhalətin yolu olmayan elm), ey Vahid (vücud, əql və dərkdə təcəzzi (hissə-hissə olma) və təkəssürün (çoxluğun) səhih olmadığı, hər bir cəhətdən vahid, yeganə), ey Şahid (bütün işlərə nəzarət edən), ey Macid (kərəm və izzət sahibi), ey Hamid (təşəkkür edən), ey Raşid (bəndələri (məxluqları) onların Öz mənfəətli işlərinə hidayət edib yol göstərən), ey Bais (ölüləri dirildən), ey Varis (məxluqatdan irs aparıb təkcə Özü qalan), ey Zarr (xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən), ey Nafe” (istədiyi layiqli bəndələrə xeyir yetirən)!
33. Ey bütün əzimlərdən ən əzəmətli, ey bütün kərimlərdən ən kərim, ey bütün rəhimlilərdən ən rəhimli, ey bütün alimlərdən ən elmli, ey bütün həkimlərdən ən həkim, ey bütün qədimlərdən ən qədim (əzəli), ey bütün kəbirlərdən ən böyük, ey bütün lətiflərdən ən lətif, ey bütün cəlillərdən ən cəlil, ey bütün əzizlərdən ən əziz!
34. Ey bağışlaması kərim olan, ey minnəti (ne”məti) böyük olan, ey xeyri çox olan, ey fəzli qədim (əzəli) olan, ey lütfü daim olan, ey xilqəti lətif olan, ey qəm-qüssəni dağıdan, ey bəd-hallığı, süst hallığı aradan qaldıran, ey mülkün maliki (sahibi), ey haqqın qazisi!
35. Ey Öz əhdində vəfalı olan, ey Öz vəfasında qəviyy (qüvvəli) olan, ey Öz qüvvəsində əliyy (uca məqamlı) olan, ey Öz uca məqamında qərib (yaxın), ey Öz qürbündə (yaxınlığında) lətif, ey Öz lütfündə şərif, ey Öz şərəfində əziz, ey Öz izzətində əzim, ey Öz əzəmətində məcid, ey Öz məcdində həmid (bəyənilən həmd olunan)!
36. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Kafi, ey Şafi, ey Vafi, ey Müafi (əziyyət və xəstəlikdən qoruyan), ey Hadi (hidayət edən), ey Da”i (də”vət edən), ey Qazi, ey Razi (əmrini icra edən bəndələridən razı olan), ey Ali, ey Baqi!
37. Ey O kəs ki, bütün varlıqlar Sənin müqabilində xaze”dir, ey o Kəs ki, bütün varlıqlar Sənin müqabilində xaşe”dir, ey O Kəs ki, bütün varlıqlar Sənin üçün yaranıb, ey o Kəs ki, bütün şeylər Sənin vasitənlə mövcud olur, ey O Kəs ki, bütün varlıqlar Sənə tərəf qayıdır, ey O Kəs ki, bütün varlıqlar Səndən (əzəmətindən) qorxur, ey O Kəs ki, bütün varlıqlar Sənin səbəbinlə dayanıqlıdır, ey O Kəs ki, bütün varlıqlar Sənə tərəf qayıdır, ey O Kəs ki, bütün varlıqlar həmdinlə Sənə, təsbih deyir, ey O Kəs ki, Sənin vəchindən başqa bütün varlıqlar həlak (məhv) olur.
38. Ey O Kəs ki, Səndən başqa yerə qaçış yeri yoxdur, ey O Kəs ki, Səndən başqa kəsə tərəf sığınacaq yeri yoxdur, ey O Kəs ki, Səndən başqa kəsə tərəf məqsəd (qəsd olunan yer) yoxdur, ey O Kəs ki, Səndən başqa heç bir qurtuluş yeri yoxdur, ey O Kəs ki, Səndən başqasına rəğbət bəslənməz, ey O Kəs ki, Səndən başqa qüvvə və hövl əta edən yoxdur, ey O Kəs ki, Səndən başqasından kömək istənilməz;, ey O Kəs ki, Səndən başqasına təvəkkül olunmaz;, ey O Kəs ki, Səndən başqasına ümid bağlanmaz, ey O Kəs ki, Səndən başqasına ibadət (pərəstiş) olunmaz!
39. Ey xovf olunanların ən yaxşısı, ey rəğbət olunanların ən yaxşısı, ey istənilənlərin ən yaxşısı, ey sual olunanların ən yaxşısı, ey qəsd olunanların (məqsəd) ən yaxşısı, ey zikr olunanların ən yaxşısı, ey şükr (təşəkkür) olunanların ən yaxşısı, ey məhəbbət göstərilənlərin (məhbubların, sevilənlərin) ən yaxşısı, ey çağırılanların ən yaxşısı, ey üns tutulanların ən yaxşısı!
40. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Ğafir (bağışlayan), ey Satir (eybləri örtən), ey Qadir (hər işə qüdrəti olan), ey Qahir (qəhr və qələbə sahibi), ey Fatir (xəlq edən, ixtira edən), ey Kasir (bəndələrə məhəbbət qanadlarını açan, yaxud bəndələrin fikrini yaxşı fikirlərə döndərən), ey Cabir (bəndələrin nöqsanlarını aradan qaldıran, yaxud bə”zi işlərə məcbur edən), ey Zakir, ey Nazir, ey Nasir!
41. Ey xəlq edib dərhal normal hala salan, ey müqəddər edib dərhal hidayət edən, ey bəlaları aradan qaldıran, ey gizli pıçıltıları (münacatı) eşidən, ey qərq olanları xilas edən, ey həlak olanlara nicat verən, ey xəstələrə şəfa bəxş edən, ey ağladıb və güldürən, ey öldürən və dirildən, ey cüt varlıqları (erkək və dişini) yaradan!
42. Ey quruda və dəryada yolu olan, ey asimanlarda nişanələri (mö”cüzələri) olan, ey nişanələrdə bürhanı olan, ey ölülərdə qüdrəti olan, ey qəbirlərdə ibrəti olan, ey Qiyamətdə mülkü (səltənəti) olan, ey hesabda heybəti olan, ey mizanda qəzavəti (hökmü) olan, ey cənnətdə savabı olan, ey odda (cəhənnəmdə) cəzası olan!
43. Ey O Kəs ki, qorxanlar yalnız Sənə tərəf qaçar, ey O Kəs ki, günahkarlar yalnız Sənə tərəf pənah gətirər, ey O Kəs ki, tövbə edənlər yalnız Sənə tərəf qayıtmağı qəsd edər, ey O Kəs ki, zöhd əhli yalnız Sənə rəğbət edər, ey O Kəs ki, sərgərdan (heyrətdə) qalanlar yalnız Sənə tərəf pənah gətirər, ey O Kəs ki, müridlər yalnız Sənin vasitənlə üns bağlayarlar, ey O Kəs ki, mühiblər (Səni sevənlər) yalnız Səninlə fəxr edər, ey O Kəs ki, xəta edənlər yalnız Sənin əfvinə göz dikərlər, ey O Kəs ki, əhli-yəqin yalnız Sənə tərəf məskunlaşar, ey O Kəs ki, təvəkkül edənlər yalnız Sənə təvəkkül edərlər!
44. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Həbib (bəndələrə ne”mət verib Öz itaətinə müvəffəq edən, razı olduğu dinə (Islama) hidayət edən), ey Təbib, ey Qərib (yaxın), ey Rəqib (heç nəyin Ondan yayınmadığı keşikçi), ey Həsib (kifayət edən), ey Mühib (heybətli), ey Müğis (pənah verən), ey Mücib (icabət edən), ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), ey Bəsir (varlıqların hamısını, heç nəyə ehtiyacı olmadan müşahidə edən, zahir və batinləri görən, hər şeyin kamal sifətləri Onun üçün aşkar olan)!
45. Ey bütün qəriblərdən ən qərib (yaxın), ey bütün həbiblərdən ən sevimli, ey bütün bəsirətlilərdən ən bəsirətli (agah), ey bütün xəbirlərdən ən xəbir, ey bütün şəriflərdən ən şərafətli, ey bütün uca məqamlılardan ən uca məqamlı, ey bütün qüvvəlilərdən ən qüvvəlisi, ey bütün qənilərdən ən qəni, ey bütün ehsan sahiblərindən ən çox ehsan edən, ey bütün rəuflardan (mehr-məhəbbətlilərdən) ən rəuf!
46. Ey məğlub edilməyən Qalib, ey Özü ixtira olunmayan ixtiraçı, ey Özü xəlq olunmayan Xaliq, ey heç kimin mülkiyyətində olmayan Malik, ey heç kəsin zəfər çala (qəhr edə) bilmədiyi Qahir (qəhr və zəfər sahibi), ey kimsənin (Onun) məqamını yüksəyə qaldırmadığı uca məqamlı, ey Özünün hifz olunmasına ehtiyacı olmayan Hafiz, ey heç kəsin köməyinə ehtiyacı olmayan köməkçi, ey heç nədən qaib olmayan Şahid, ey heç nədən uzaq olmayan Qərib!
47. Ey nurun nuru, ey nuru nurlandıran, ey nuru xəlq edən, ey nuru tədbirli edən, ey nuru müqəddər edən, ey hər bir nurun nuru, ey hər bir nurdan öncə olan nur, ey hər bir nurdan sonra qalan nur, ey hər bir nurun fövqündə olan nur, ey misli-bərabəri olmayan nur!
48. Ey ətası şərif olan, ey fe”li lətif olan, ey lütfü əbədi (qalarlı) olan, ey ehsanı qədim (əzəli) olan, ey sözü haqq olan, ey və”dəsi doğru olan, ey əfvi fəzilət olan, ey əzabı ədalət olan, ey zikri şirin olan, ey fəzli ümumi olan!
49. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəhhil (asanlaşdıran), ey Müfəssil (Qur”anı surə-surə, ayə-ayə nazil edən), ey Mübəddil (dəyişdirən), ey Müzəllil (pis bəndələri, təkəbbürlüləri zəlil edən), ey Münəzzil (rəhmət nazil edən), ey Münəvvil (ne”mət əta edən), Müfəzzil (fəzilətli edən), ey Müczil (çox-çox əta edən), ey Mümhil (möhlət verən), ey Mücmil (gözəl fe”llər sahibi)!
50. Ey görən və Özü görünməyən, ey xəlq edən və Özü xəlq olunmayan, ey hidayət edən və Özü hidayətdən ehtiyacsız olan, ey dirildən və Özü həmişə diri olan, ey soruşan və Özü isə soruşulmayan, ey təam verən və Özü təam verilməkdən ehtiyacsız olan, ey pənah verən və Özü pənah verilməkdən ehtiyacsız olan, ey qəzavət edən və Özü qəzavət olunmayan, ey hökm edən və Ona hökm edilməyən, ey doğmayan, doğulmayan, tayı-bərabəri olmayan!
51. Ey gözəl Həsib (kifayət edən), ey gözəl Təbib, ey gözəl Rəqib (heç nəyin Ondan yayınmadığı keşikçi), ey gözəl Qərib (bəndələrə yaxın), ey gözəl Mücib (övliyaullahların duasını qəbul edən), ey gözəl Həbib (bəndələrə ne”mət verib Öz itaətinə müvəffəq edən, razı olduğu dinə (Islama) hidayət edən), ey gözəl Kəfil (zamin), ey gözəl Vəkil, ey gözəl Mövla, ey gözəl Nəsir (köməkçi)!
52. Ey ariflərin sevinc (səbəb)i, ey mühiblərin arzusu, ey müridlərin munisi, ey tövbə edənlərin dostu (həbibi), ey fəqirlərə ruzi yetirən, ey günahkarların ümidi, ey abidlərin (ibadət edənlərin) gözlərinin aydınlığı, ey qüssəlilərin qüssəsini dağıdan, ey qəmlilərin qəmini aradan aparan, ey əvvəl və axırdakıların mə”budu!
53. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Rəbbimiz (bizi tərbiyə edən, ne”mət verən, xilqətimizi tamamlayıb kamala yetirən, sahibimiz), ey Mə”budumuz, ey Seyyidimiz, ey Mövlamız, ey Köməkçimiz, ey Hafizimiz (hifz edənimiz), ey Dəlilimiz (yol göstərənimiz), ey Köməkçimiz, ey Həbibimiz, ey Təbibimiz!
54. Ey peyğəmbərlərin və yaxşı insanların Rəbbi, ey siddiqlərin və xeyirxah insanların Rəbbi, ey Cənnət və Cəhənnəmin Rəbbi, ey kiçiklərin və böyüklərin Rəbbi, ey dənələrin və meyvələrin Rəbbi, ey çayların və ağacların Rəbbi, ey səhraların və biyabanların Rəbbi, ey quru və sulu yerlərin Rəbbi, ey gecə və gündüzün Rəbbi, ey gizli və aşkar şeylərin Rəbbi!
55. Ey əmri (fərmanı) hər bir şeydə nüfuz edən, ey elmi hər bir şeyə lahiq olan (birləşən), ey qüdrəti hər bir şeyə çatan, ey O Kəs ki, bəndələr ne”mətlərini sayıb qurtara bilməz, ey O Kəs ki, məxluqlar (ne”mətlərinin) şükrünün öhdəsindən gələ bilməz, ey O Kəs ki, şüurlar (fəhmlər) Sənin cəlalını dərk edə bilməz, ey O Kəs ki, şüur və vəhm qüvvəsi Sənin Zatına çatmaz, ey əzəmət və kibriya (Zatı) ilə birgə olan, ey O Kəs ki, bəndələr Sənin hökmünü geri qaytara bilməz, ey O Kəs ki, Sənin mülkündən başqa bir mülk yoxdur, ey O Kəs ki, Sənin ətandan başqa bir əta yoxdur!
56. Ey O Kəs ki, ə”la məsəl Sənə məxsusdur, ey O Kəs ki,ə”la sifətlər Sənə məxsusdur, ey O Kəs ki, axirət və dünya Sənə məxsusdur, ey O Kəs ki, Cənnəti-Mə”va Sənə məxsusdur, ey O Kəs ki, böyük ayələr (əlamət və nişanələr, mö”cüzələr) Sənə məxsusdur, ey O Kəs ki, ən gözəl adlar Sənə məxsusdur, ey O Kəs ki, hökm və qəzavü-qədər (qəzavət) Sənə məxsusdur, ey O Kəs ki, hava və fəza Sənə məxsusdur, ey O Kəs ki, ərş və yer Sənə məxsusdur, ey O Kəs ki, uca asimanlar Sənə məxsusdur!
57. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əfüvv (sağlamlıq bəxş edən, üqubəti, intiqamı tərk edən), ey Ğəfur (bağışlaması çox olan), ey Səbur (üsyankarları cəzalandırmaqda tələsməyən), ey Şəkur (hətta azacıq itaətə də qiymət verən), ey Rəuf (Öz lütfləri ilə bəndələrə rəhimli, mehriban olan), ey Ətuf (mehr-məhəbbəti bəndələrinə başdan-ayağa şamil olan), ey Məs”ul (istənilən), ey Vədud (övliyaullahların qəlbində məhbub, sevilən, yaxud, saleh bəndələri sevən), ey Sübbuh (eyblərdən pak), ey Qüddus (müqəddəs)!
58. Ey əzəməti asimanlarda olan, ey əlamət və nişanələri yerdə olan, ey hər bir şeydə dəlilləri olan, ey dəryalarda əcaibi (qəribəlikləri) olan, ey dağlarda xəzinələri olan, ey xilqəti başlayıb sonra qaytaran, sona çatdıran, ey O Kəs ki, bütün işlər Sənə tərəf qayıdır, ey lütfünü hər şeydə aşkar edən, ey hər bir şeyin xilqətini gözəl edən, ey qüdrəti bütün məxluqatda təsərrüf edən!
59. Ey heç bir həbibi olmayanların həbibi, ey heç bir təbibi olmayanların təbibi, ey heç bir icabət edəni olmayanların icabət edəni, ey heç bir şəfiqi (şəfqət göstərəni) olmayanların şəfiqi, ey heç bir rəfiqi olmayanların rəfiqi, ey heç bir dad-fəryada çatanı olmayanların dad-fəryadına çatan, ey heç bir dəlili (yol göstərəni) olmayanların yol göstərəni, ey heç bir ənisi (üns tutanı) olmayanların üns tutanı, ey heç bir rəhm edəni olmayanların rəhm edəni, ey heç bir sahibi olmayanların sahibi!
60. Ey Ondan kifayət (qənilik) istəyənlərə kifayət edən, ey (Ondan) hidayət olunmaq istəyənlərin hidayət edəni, ey (Ondan) hifz olunmaq istəyənlərin hifz edəni, ey (Ondan) qorunmaq istəyənləri qoruyan, ey (Ondan) şəfa istəyənlərə şəfa verən, ey (Ondan) qəzavət (hökm, mühakimə) istəyənlərin hökm edəni, ey (Ondan) qəni olmaq isəyənləri qəni (ehtiyacsız) edən, ey (Ondan) əhdə vəfa istəyənlərin əhdinə vəfa edən, ey (Ondan) qüvvəli olmaq istəyənləri qüvvəli edən, ey (Ondan) dostluq istəyənlərin dostu (vəlisi)!
61. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Xaliq (xəlq edən), ey Raziq (ruzi verən), ey Natiq (danışan), ey Sadiq (doğruçu), ey Faliq (gecənin zülmətini gündüzün nuru ilə yaran), ey Fariq (haqla batili ayıran), ey Fatiq (ayıran, zülmü sındıran), ey Ratiq (birləşdirən), ey Sabiq, ey Samiq!
62. Ey gecə və gündüzü bir-birinə çevirən, ey zülmətləri və nurları qərar verən, ey gölgəni və yandırıcı küləyi xəlq edən, ey günəşi və ayı (orbitlərdə) müsəxxər (ram) edən, ey xeyri və şəri müqəddər edən, ey ölümü və həyatı xəlq edən, ey əmr (metafizika, bəsitlər aləmi, həqiqi vəhdət)in və xəlqin (tədrici təkamül, çoxluq, hərəkət və zamanın) sahibi, ey Özü üçün həyat yoldaşı və övlad seçməyən, ey O Kəs ki, Sənin mülkündə heç bir şərik yoxdur, ey O Kəs ki, zillətə düşməzsən ki, zillətdən qurtaracaq bir vəliyy (qəyyum) olsun!
63. Ey müridlərin muradını (istəyini) bilən, ey susanların batinindən agah olan, ey zəiflərin (ah) səslərini eşidən, ey hər şeyini itirənlərin hay-hay ağlamaqlarını görən, ey istəyənlənrin hacətlərinə malik olan, ey tövbə edənlərin üzrlərini qəbul edən, ey müfsidlərin (fitnə-fəsad törədənlərin) əməllərini islah etməyən, ey ehsan (yaxşı əməl) sahiblərinin əcrini zay etməyən, ey ariflərin qəlblərindən uzaq olmayan, ey ehsan edənlərin ən yaxşısı!
64. Ey bəqası daim olan, ey duanı eşidən, ey ətası vüs”ətli olan, ey xətaları bağışlayan, ey asimanları vücuda gətirən, ey imtahanı gözəl olan, ey sənası (tə "rifi) cəmil (gözəl) olan, ey uca məqamı qədim (əzəli) olan, ey vəfası çox olan, ey cəzası (mükafatı) şərif olan!
65. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Səttar (eybləri örtən), ey Ğəffar (günahları və eybləri örtən), ey Qəhhar (qəhri və qələbəsi çox olan), ey Cəbbar (məxluqun ixtiyarı olmayan bə”zi işlərə məcbur edən, onların hallarını, çatışmamazlıqlarını islah edən), ey Səbbar (həddindən artıq səbirli), ey Barr (sadiq, adəti ehsan olan), ey Muxtar (yaxşı bəndələrini seçən), ey Fəttah (kömək edən və ruzi qapılarınını açan), ey Nəffah (hərəkət verən), ey Murtah (rəhmət sahibi)!
66. Ey məni xəlq edib, xilqətimi ədalətlə kamil edən, ey mənə ruzi verib tərbiyə edən, ey mənə təam verib su ilə sirab edən, ey məni Özünə yaxınladıb ən yaxşı yerdə qərar verən, Ey mənə ismət bəxş edib (günahdan saxlayaıb) kifayət edən, Ey məni hifz edib qoruyan, ey mənə izzət bəxş edib qəni edən, ey məni müvəffəq edib hidayət edən, ey mənimlə üns tutub pənah verən, ey məni öldürüb dirildən!
67. Ey Öz kəlmələri ilə haqqı izhar və təsbit edən, ey Öz bəndəlaərindən tövbəni qəbul edən, ey bəndənin qəlbi ilə onun özü (nəfsi) arasında fasilə salan, ey O Kəs ki, Səni iznin olmadan şəfaət fayda verməz, ey düz yoldan azanlara agah olan, ey O Kəs ki, hökmün üçün heç bir tə”qib edən yoxdur, ey O Kəs ki, qəzavətini rədd edən olmaz, ey O Kəs ki, bütün şeylər Sənin əmrin müqabilində mütidir, ey O Kəs ki, asimanlar Sənin qüdrət əlin ilə təsvir olunub, ey O Kəs ki, küləkləri Öz rəhmətin sayəsində müjdə olaraq göndərirsən!
68. Ey yerləri açıb döşəmə qərar verən, ey dağları (yerin müvazinəti üçün) mıxlar qərar verən, ey Günəşi çıraq qərar verən, ey Ayı nur qərar verən, ey gecəni libas qərar verən, ey gündüzü (həyat fəaliyyətləri üçün) məaş qərar verən, ey yuxunu səbat və rahatlıq qərar verən, ey asimanı bina qərar verən, ey əşyaları cüt-cüt (erkək və dişi) qərar verən, ey cəhənnəm odunu pusqu qərar verən!
69. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Səmi” (eşidilən və eşidilə bilməyən şeylərin Ondan gizli olmadığı), ey Şəfi” (şəfaət edən), ey Rəfi” (şərif, uca məqamlı), ey Məni” (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Səri” (hesablara sür”ətlə yetişən), ey Bədi” (nümunə olmadan icad edən), ey Kəbir (uca məqamlı və mənzilətli), ey Qədir (hikmətin iqtizası əsasında–nə əskik, nə də artıq–istədiyini hökm edən), ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), ey Mücir (pənah verən)!
70. Ey bütün dirilərdən öncə diri olan, ey bütün dirilərdən sonra diri olan, ey heç bir diri tayı-bərabəri olmayan diri, ey heç bir dirinin şəriki olmadığı diri, ey heç bir diriyə ehtiyacı olmayan diri, ey bütün diriləri öldürən diri, ey bütün dirilərə ruzi verən diri, ey həyatda kimdənsə irs aparmayan diri, ey ölüləri dirildən diri (yuxulamayan və mürgüləməyən), ey Həyy, ey Qəyyum!
71. Ey O Kəs ki, unudulmayan zikr Sənin üçündür, ey O Kəs ki, heç vaxt söndürülə bilməyən nur Sənin üçündür, ey O Kəs ki, sayılıb qurtara bilməyən ne”mətlər Sənin üçündür, ey O Kəs ki, zavala uğramayan mülk Sənə məxsusdur, ey O Kəs ki, saya gəlməyən tə”riflər Sənə məxsusdur, ey O Kəs ki, Sənin cəlalın bir haldan başqa hala keçmir, ey O Kəs ki, Sənin kamalını heç kəs dərk edə bilməz, ey O Kəs ki, Sənin hökmün (qəzavü-qədərin) geri qaytarılmaz, ey O Kəs ki, biri digəri ilə dəyişməyən sifətlər yalnız Sənə məxsusdur, ey O Kəs ki, dəyişilməyən gözəl, sabit sifətlər yalnız Sənə məxsusdur!
72. Ey aləmlərin Rəbbi, ey Qiyamət gününün mütləq maliki (sahibi, padşahı), ey Onu istəyənlərin istəyinin son nöqtəsi, ey pənah axtaranların arxası, ey qaçanları tapan, ey səbirliləri sevən, ey çox tövbə edənləri sevən, ey paklıq istəyənləri sevən, ey ehsan sahiblərini sevən, ey hidayət olanlara agah olan!
73. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Şəfiq, ey Rəfiq, ey Həfiyy (köməkçi və xeyirxah), ey Mühit (hər bir şeyə işraqı olan, elmlə əhatə edən), ey Müğis (pənah verən), ey Müizz (istədiyi yaxşı bəndələrə izzət bəxş edən), ey Müzill (istədiyi pis bəndələrə zillət libası geydirən), ey Mübdi (xilqətin başlanğıc səbəbi), ey Müid (xilqətin sona çatma səbəbi)!
74. Ey ziddi olmayan Əhəd, ey şəriki olmayan Fərd, ey eybi olmayan Səməd, ey keyfiyyəti olmayan Vitr, ey zülm etməyən Qazi, ey vəziri olmayan Rəbb, ey zillət qəbul etməyən Əziz, ey fəqirliyi olmayan Ğəniyy, ey mülkündən (səltənətindən) kənarlaşdırılmayan Məlik, ey oxşarı olmayan Mövsuf (vəsf olunmuş)!
75. Ey O Kəs ki, zikrin zikr edənlərə şərəfdir, ey O Kəs ki, şükrün şükr edənlərə nicatdır, ey O Kəs ki, həmd-sənan həmd edənlərə izzətdir, ey O Kəs ki, Sənə itaət etmək müti”lərə (itaət edənlərə) nicatdır, ey O Kəs ki, Sənin (rəhmət) qapın axtaranlara (istəyənlərə) açıqdır, ey O Kəs ki, Sənin yolun tövbə edib qayıdanlara aşkardır, ey O Kəs ki, Sənin ayələrin nəzər edənlərə bürhandır, ey O Kəs ki, Sənin kitabın müttəqilər üçün təzkiyədir, ey O Kəs ki, Sənin ruzin həm itaət edənlərə, həm də üsyankarlara şamildir (ümumudir), ey O Kəs ki, Sənin rəhmətin ehsan (yaxşı əməl) sahiblərinə yaxındır!
76. Ey O Kəs ki, Sənin adın mübarəkdir, ey O Kəs ki, Sənin feyzin (əzəmətin) alidir, ey O Kəs ki, Səndən başqa bir mə”bud yoxdur, ey O Kəs ki, Sənin sitayişin (tə”rifin) cəlalətlidir, ey O Kəs ki, Sənin adların müqəddəsdir, ey O Kəs ki, Sənin bəqan davamlıdır, ey O Kəs ki, əzəmət Sənin ünsiyyətindir, ey O Kəs ki, kibriya Sənin (Zatını) əhatə edib, Ey O Kəs ki, Sənin (batini) ne”mətlərin saya gəlməz, ey O Kəs ki, Sənin zahiri ne”mətlərin saya gəlməz!
77. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müin (kömək edən), ey Əmin (əmin-amanlıq bəxş edən), ey Mübin (mö”cüzələri, ayələri bəyan edən), ey Mətin (hər şeyə qüdrəti çatan, qüdrətli), ey Məkin (uca məqamlı, əzəmətli), ey Rəşid (bəndələri, onların xeyirli işlərinə yol göstərən), ey Həmid (bütün məxluqat tərəfindən həmd və sənaya, tə”rifə layiq görülən), ey Məcid (məcd və əzəmət sahibi), ey Şədid (cəzalandırmaqda şiddətli, qüvvəsi şiddətli olan), ey Şəhid (heç nəyin Ondan qeybdə olmadığı Kəs)!
78. Ey əzəmətli ərş sahibi, ey möhkəm və haqq söz sahibi, ey rəşid (kamala yetirən) fe”l sahibi, ey şiddətli bətş (sür”ətlə cəzalandırmaq) sahibi, ey və”d (xoş müjdə) və vəid (qorxulu müjdə sahibi), ey Vəliyy (ixtiyar sahibi və dost) və Həmid (bütün məxluqat tərəfindən tə”rifə layiq görülən), ey istədiyi görən işləri görməkdə Fə”al, ey uzaq olmayan Qərib, ey hər bir şeyə Şahid, ey Öz bəndələrinə zülm etməyən Kəs!
79. Ey O Kəs ki, heç bir şərikin yoxdur, ey O Kəs ki, heç bir vəzirin yoxdu, ey O Kəs ki, heç bir bənzərin yoxdur, ey O Kəs ki, heç bir mislin yoxdur, ey günəşi və nurlu ayı xəlq edən, ey fəqir və şiddətli müsibət görəni (bədhalı, xovflu müflisi) qəni edən, ey səğir uşağa ruzi verən, ey ahıl qocaya rəhm edən, ey sınıqlıqları (sınıq sümükləri) bərpa edən, ey qorxub pənah axtaranların isməti (pənahı), ey Öz bəndələrinə xəbir və bəsir olan, ey hər bir işə qüdrətli olan!
80. Ey cud və ne”mət sahibi, ey fəzl və kərəm sahibi, ey lövh və qələmin sahibi, ey nəfsləri və zərləri xəlq edən, ey əzab və cəza sahibi, ey ərəb və əcəmə ilham edən, ey bədhallığı və qəm-qüssəni (kədəri) aradan aparan, ey sirləri və niyyətləri bilən, ey beytin və hərəmin Rəbbi, ey əşyaları (şeyləri, varlıqları) yoxdan yaradan!
81. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Fail (işləri görən), ey Cail (qərar verən), ey Qabil (qəbul edən), ey Kamil (Zatında və sifətlərində kamil), ey Fasil (ayıran), ey Vasil (çatdıran, yetirən), ey Adil, ey Ğalib (qələbə sahibi), ey Talib (tələb edən), ey Vahid!
82. Ey Öz fəzl, qüdrət, vüs”ət və qəniliyi ilə ne”mət verən, ey Öz cudu (ehsan və kəraməti) inayət etməklə bəndəni ikram edən, ey Öz lütfü ilə ehsan edən, ey Öz qüdrətində izzətli (məğlubedilməz, yenilməz) olan, ey Öz tədbiri (hikmətli idarəçiliyi) ilə hökm edən, ey Öz elmi ilə tədbir edən, ey Öz helmi ilə bağışlayan, ey Öz Ülüvvündə yaxın olan, ey Öz yaxınlığında ülvi olan!
83. Ey istədiyi şeyləri xəlq edən, ey istədiyi işləri edən, ey istədiyi (yaxşı bəndələri) hidayət edən, ey pis bəndələrdən istədiyini zəlalətə salan, ey günahkar bəndələrdən istədiyinə əzab verən, ey istədiyi şəxsləri bağışlayan, ey istədiyi bəndələrə izzət bəxş edən, ey istədiyi bəndələrə zillət paltarı geydirən, ey anaların bətnində istədiyi surətləri təsvir edən, ey Öz istədiyi bəndələrə rəhmətini şamil edən!
84. Ey özü üçün həyat yoldaşı və övlad seçməyən, ey hər bir şey üçün qədər qərar verən, ey Öz hökmündə heç kəsi şərik etməyən, ey məlaikələri Rəsullar (göndərilənlər) qərar verən, ey asimanda bürclər qərar verən, ey yeri qərarlaşmış edən, ey sudan (nütfə suyundan) bəşər xəlq edən, ey hər bir şey üçün son (axır) qərar verən, ey elm cəhətindən hər bir şeyi əhatə edən, ey hər bir şeyin ədədini (qədərini) sayan!
85. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əvvəl (vücudda heç kəsin Ondan qabağa keçmədiyi), ey Axir (hər şeyin məhv olub, yaxud dəyişdiyi halda, Zatı və Sifəti dəyişilməyən), ey Zahir (vəhdaniyyət və rübubiyyətinə dəlalət edən nişanələr səbəbi ilə aşkar olan), ey Batin (məxluqatın göz və dərkindən gizlin olan), ey Bərr (sadiq, doğruçu, adəti ehsan olan), ey Həqq, ey Fərd (tək), ey Vitr (yeganə), ey Səməd (alicənablıqda ən yüksək məqamda olan və hamının möhtac olduğu kəs), ey Sərməd (qət olmayan, davamlı, əbədi)!
86. Ey tanınmışların ən yaxşısı, ey ibadət olunan mə”budların ən fəzilətlisi, ey şükr olunan məşkurların ən cəlalətlisi, ey zikr olunan məzkurların ən izzətlisi, ey tə”rif olunan məhmudların ən ə”lası, ey tələb olunan mövcudların ən qədimisi (əzələsi), ey Vəsf olunan mövsufların ən uca məqamlısı, ey qəsd (niyyət) olunan məqsədlərin ən böyüyü, ey soruşulan (istənilən) məs”ulların ən kəramətlisi, ey tanınan məhbubların ən əşrəfi!
87. Ey ağlayanların həbibi, ey təvəkkül edənlərin ağası, ey (xalqı düz yoldan) azdıranları hidayət edən, ey mö”minlərin vəlisi (ixtiyar sahibi), ey zikr edənlərin munisi, ey fəryad edən məzlumların pənahgahı, ey doğruçulara nicat verən, ey qadirlərin ən qüdrətlisi, ey alimlərin ən biliklisi, ey bütün məxluqatın ilahisi!
88. Ey ali (uca məqam) olub qəhr edən, ey malik olub qüdrətli olan, ey batin olub agah olan, ey ibadət olunub şükr edən (əvəz verən), ey Ona qarşı üsyan edənləri (günahkarları) bağışlayan, ey O Kəs ki, fikirlər Səni dərk edə bilməz, ey O Kəs ki, gözlər Səni görə bilməz, ey O Kəs ki, heç bir iz Səndən gizli deyil, ey bəşərin ruzi verəni, ey hər bir qədəri (ölçünü) müqəddər edən!
89. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hafiz, ey Bare” (xəlq edən), ey Zare” (xəlq etdiyini izhar edən), ey Bazix (ali), ey Faric (fərəc və asudəlik, genişlik yetirən), ey Fateh, ey Kaşif (qəm-qüssəni aradan qaldıran), ey Zamin, ey Amir (əmr edən), ey Nahi (nəhy edən)!
90. Ey O Kəs ki, Səndən başqa bir kəs qeybi bilmir;, ey O Kəs ki, Səndən başqa heç kəs bədhallığı (pisliyi) aradan qadırmır, 3y O Kəs ki, Səndən başqa bir kəs məxluqatı xəlq etmir, ey O Kəs ki, Səndən başqa bir kəs günahı bağışlamır, ey O Kəs ki, Səndən başqa bir kəs ne”mət tamamlamır, ey O Kəs ki, Səndən başqa bir kəs qəlbləri (yaxşılığa doğru) haldan-hala salmır, ey O Kəs ki, Səndən başqa bir kəs əmri (lövhü məhfuzdakı işləri) tədbir etmir, ey O Kəs ki, Səndən başqa bir kəs yağış nazil etmir, ey O Kəs ki, Səndən başqa bir kəs bəndələrə ruzi vermir, ey O Kəs ki, Səndən başqa bir kəs ölüləri diriltmir!
91. Ey zəiflərin köməkçisi, ey qəriblərin sahibi (həmsöhbəti), ey övliyalara nüsrət əta edən, ey düşmənlərə qəhr edən (qalib olan), ey səmanı ucaldan, ey seçilmiş bəndələrin ənisi, ey pak, təqvalı (təqiyy) insanların həbibi, ey fəqirlərin xəzinəsi, ey qənilərin ilahisi, ey kərimlərin ən kərimlisi!
92. Ey (yaxşı bəndələrini) hər şeydən kafi (qəni) edən, ey hər şeyə qaim (nəzarətçi), ey O Kəs ki, heç nə Sənə bənzəmir, ey O Kəs ki, Sənin mülkündə heç bir şey artmır, ey O Kəs ki, heç nə Sənə məxfi deyil, ey O Kəs ki, heç nə Sənin xəzinələrini azaltmır, ey O Kəs ki, heç bir şey Sənin mislin deyil, ey O Kəs ki, Sənin elmindən bir şey azalmır (aradan getmir), ey O Kəs ki, hər bir şeyə xəbərdarsan, ey O Kəs ki, Sənin rəhmətin hər şeyi əhatə etmişdir!
93. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mükrim (ikram edən, əzizləyən), ey Müt”im (təam verən), ey Mün”im (ne”mət verən), ey Mü”ti (əta edən), ey Müğni (qəni edən), ey Müqni (əta edən), ey Müfni (fani edən), ey Mühyi (dirildən), ey Mürzi (razı edən), ey Münci (nicat verən)!
94. Ey hər şeyin əvvəli və axırı, ey hər şeyin ilahisi və məliki, ey hər şeyin Rəbbi və düzəldəni, ey hər şeyin yaradanı və xaliqi, ey hər şeyin qabizi (hikmət əsasında bə”zi şeydən məhrum edəni) və basiti (Öz rəhmət və bəxşişi ilə hər şeyə ruzi müqəddər və vüs”ətli edən), ey hər şeyi icad edib sona çatdıranı, ey hər şeyi inşa və müqəddər edəni, ey hər şeyi vücuda gətirib və hərəkət və qüvvə verəni, ey hər bir şeyi dirildib və öldürən, ey hər bir şeyin xaliqi və varisi!
95. Ey zakir və məzkurun ən yaxşısı, ey şakir və məşkurun ən yaxşısı, ey hamid (həmd və tə”rif edənin) və məhmudun (tə”rif olunanın) ən yaxşısı, ey şahid və məşhudun ən yaxşısı, ey çağıran və çağırılanın ən yaxşısı, ey icabət edən və icabət olunanın ən yaxşısı, ey munis və ənisin ən yaxşısı, ey sahib və yoldaşın ən yaxşısı, ey qəsd olunan və tələb olunanın ən yaxşısı, ey həbib və məhbubun ən yaxşısı!
96. Ey Onu çağıranlara cavab verən (icabət edən), ey Ona itaət edənlərə həbib, ey Onu sevənlərə yaxın, ey Ondan hifz olunmaq istəyənlərin keşikçisi, ey Ona ümid bəsləyənlərə kərim, ey Ona qarşı üsyan edənlər həlim, ey Öz əzəmətində rəhim, ey Öz hikmətində əzəmətli, ey Öz ehsanında qədim (əzəli), ey Onu istəyənlərə elmli!
97. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəbbib (bütün işlərə səbəb yaradan), ey Mürəğğib (yaxşı işlərə rəğbətləndirən), ey Müqəllib (qəlbləri haldan-hala salan), ey Müəqqib (tə”qib edən), ey Mürəttib (tərtibə salan), ey Müxəvvif (qorxudan), ey Mühəzzir (bər həzər edən, qorxudan), ey Müzəkkir (yada salan, xatırladan), ey Müsəxxir (ram edən), ey Müğəyyir (dəyişdirən)!
98. Ey elmi (hər şeyə) şamil olan, ey və”dəsi sadiq olan, ey lütfü zahir olan, ey əmri qalib olan, ey kitabı möhkəm olan, ey qəzası (hökmü) gerçəkləşən, ey Qur”anı məcid olan, ey mülkü qədim olan, ey fəzli ümumi olan, ey ərşi əzəmətli olan!
99. Ey O Kəs ki, (bir şeyi) eşitmək (başqa şeyi) eşitməyə mane olmaz, ey O Kəs ki, bir işi (fe”li) görmək başqa iş görməyə mane olmaz, ey O kəs ki, bir danışıq başqa danışığın qarşısını almaz, ey O Kəs ki, bir sual Səni o biri sualda səhvə salmaz, ey O Kəs ki, bir şeyi (görmək) o bir şeyi görməyə mane olmaz, ey O Kəs ki, sual edənlərin (istəyənlərin) suallarının çoxluğu Səni aciz etməz, ey O Kəs ki, Sən müridlərin muradının sonusan, ey O Kəs ki, Sən ariflərin sə”ylərinin son nöqtəsisən, ey O Kəs ki, tələb edənlərin tələblərinin sonusan, ey O Kəs ki, aləmdə heç bir zərrə Səndən gizli deyil!
100. Ey tələsməyən Həlim (helmli), ey paxıllıq etməyən Cəvad (bəxşiş sahibi), ey (və”dəsinə xilaf etməyən) Sadiq, ey (əta etdiyini geri almayan (yaxud əta etdiyindən peşman olmayan) Vəhhab, ey məğlub olmayan Qahir, ey (layiqincə) vəsf edilə bilməyən Əzim, ey zülm etməyən Adil, ey heç nəyə ehtiyacı olmayan Ğəni, ey kiçilməyən Kəbir, ey hifz etdiyi şeylərdən qafil olmayan Hafiz!
Pak və münəzzəhsən, Səndən başqa heç bir mə”bud yoxdur, pənah ver bizə, pənah ver bizə, bizi oddan xilas et, ey Rəbb!
Tarix: 06.06.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1019 Bölmə: Maraqlı melumatlar