Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər şeyin sahibi

Luiz Redden adlı kasıb geyinmiş bir qadın qayğılı bir şəkildə ərzaq dükanına girdi. Utana-utana dükan sahibinə yaxınlaşaraq, həyat yoldaşının xəstə olduğunu, yeddi uşağı ilə ac qaldıqlarını dedi. Dükan sahibi isə ona sərt bir nəzərlə baxaraq, dükandan çıxmağı tələb etdi. Qadın çıxış yolu olmadığı üçün yalvarmaqda davam edir: “Mənə inanın. Pulumuz olan kimi sizin borcunuzu ödəyəcəyəm,” - deyirdi. Bu vaxt dükana girən başqa bir müştəri onların bu söhbətini eşitdi. Üzünü dükan sahibinə tutub: “Ona istədiklərini verin, borcunu da mənim adıma yazın,” - dedi. Dükan sahibi həvəssiz bir şəkildə, bir az da istehza ilə qadından: “Sizdə alacağınız ərzaqların siyahısı varmı?” - deyə soruşdu. Luiz başını aşağı əyərək: “Var,” - deyə cavab verdi. Dükan sahibi: “Elə isə, o siyahını tərəzinin bu gözünə qoyun. Nə qədər gəlsə, sizə o qədər ərzaq verəcəyəm”, - dedi...

Luiz birdən duruxdu, sonra çantasından içərisində nə isə yazılmış bir kağız çıxararaq, tərəzinin gözünə qoydu. Dükan sahibi tərəzinin o biri gözünə ərzaqları qoymağa başladı. Ancaq tərəzi dolub - daşsa da, tərəzinin bu biri gözü əyilmək bilmirdi. Dükan sahibi: “İnana bilmirəm. Bu necə ola bilər?” - deyə heyrətdən donub qaldı. Nəhayət, çarəsiz qalıb tərəzidəkiləri qadına verdi. Dükan sahibi maraqla kağızı götürüb oxudu. Kağızda bu dua yazılmışdı:

“Allahım, mənim nəyə ehtiyacım olduğunu Sən bilirsən.


Tarix: 07.06.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar
loading...