Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha İtaət İlə Keçirilən Ömür

Əbu Bəkrətə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: “Ya Rəsulallah! Insanların hansı daha xeyirlidir?” deyə soruşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ömrü uzun olub, əməli gözəl olandır”. Sonra adam: “İnsanların hansı daha şərlidir” deyə soruşdu. Peyğəmbər: “Ömrü uzun olub, əməli pis olandır” deyə buyurdu
(Həkim, Əhməd. )

Ölümü Xatırlamaq
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölümü çox xatırlayın. Çünki ölümü anmaq günahları təmizlər, insanın əlini dünyadan çəkər, zəngin ikən ölümü xatırlamaq azğınlıqdan qoruyar, fəqir ikən ölümü xatırlamaq yaşamağa razı edər”
(İbn Əbi Dunyə, Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )

Sələflər deyirlər ki: “Kim ölümü çox zikr etsə ona üç şey ikram olunar: Tövbəni tezləşdirər, qəlbində (az ruzi ilə) qənaətkar olar, ibadətində sevinc və fərəh hiss edər. Kim də ölümü unudarsa ona üç şey ilə cəza verilər: Tövbəni gecikdirər, (az ruzi ilə) qənaətkar olmaz, ibadətində tənbəl olar” ( Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )

İbrahim Teymi – rahmətullahi aleyhi - deyir ki: “İki şey məndən dünya ləzzətlərini kəsir: “Ölümü və Allahın hüzurunda durmağı zikr etmək”(İbn Əbi Dunyə, Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )

İbrahim ət-Teymi – rahmətullahi aleyhi - deyir ki: “Ölümü zikr etmək zənginlikdir” . ( Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.)

Kəb – rahmətullahi aleyhi - deyir ki: “Kim ölümü haqqıyla tamsa dünyanın müsibət və qəmi ona asant gələr”(Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi)

Malik b. Dinar – rahmətullahi aleyhi - deyir ki: “Əməl və ibadətdə qəlbin həyat tapması üçün ölümü zikr etmək bəs edər”
(Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )

Səfiyyə rəvayət edir ki, bir qadın qəlbinin sərtliyindən Aişə - radıyallahu anhə – yə şikayət edir. O: “Ölümü çox zikr et, qəlbin yumşalır” dedi.(Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )

Əli - radıyallahu anhu – deyir ki: “İnsanlar yatıblar, öldükləri zaman oyanırlar”(Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )


Tarix: 11.04.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar
loading...