Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin xəbər verdiyi “Qurançılar”adlı zəlalət firqəsinin zühuru

Sual: Əssalamu aleykum va rahmətullah.
Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Sünnəsini deyil, yalnız Quranı qəbul etdiklərini iddia edən yolunu azmış bir dəstə camaat peyda olub. Onların yanlış yolda olduğunu sübuta yetirən elmi dəlilləri təmin etmənizi xahiş edirik. Məqsədimiz budur ki, onları Allahın izni ilə doğru yola dəvət edək.

Salam aleykum.

Cavab:

Həmd Allaha məxsusdur.

Bəziləri iddia etməyə başlayıblar ki, Sünnət dəlil qismində şəriət qanunvericiliyinin mənbəyini təşkil etmir. Onlar özlərini “Qurançılar” adlandırır və deyirlər ki, biz Qurandan başqa heç bir şeyi qəbul etmirik, Quranda halal buyurulanı halal, haram buyurulanı da haram qəbul edirik. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Sünnəti onların iddilarına görə Allahın Rəsuluna (Ona Allahın salavatı və salamı olsun) yalandan nisbət edilən uydurma hədislər toplusundan ibarətdir. Bu insanlar Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) gələcəkdə peyda olacağını xəbər verdiyi özlərindən əvvəl gələnlərin davamçılarıdır. Əhməd, Əbu Davud və əl-Hakim səhih bir isnadla əl-Miqdamdan rəvayət edirlər ki, Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: “Taxtına dirsəklənərək məndən hədis rəvayət edib sonra da “Bizimlə sizin aranızda Allahın Kitabı var: Kitabda halal buyurulanları halal qəbul edir, haram buyurulanları haram qəbul edirik”söyləyəcək birilərinin çıxmasına az qalıb. Lakin agah olun! Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) bir şeyi qadağan etməsi elə bunu Allahın qadağan etməsinə bərabərdir.” Fəth əl-Kəbir, 3/438; Əl-Tirmizi bu hədisi fərqli bir mətn ilə rəvayət edib və bildirmişdir ki, hədis həsən-səhihdir. Sünən əl-Tirmizi bi Şərh İbn əl-`Ərabi, əl-Saavi, 10/132. Bu cür insanlara “Qurançılar” adı heç yaraşmır, çünki Qurani Kərim bizə demək olar ki, 100-dən çox ayədə Alalhın Rəsuluna (Ona Allahın salavatı və salamı olsun) tabe olmağı əmr edir. Quranda Allah Rəsuluna (Ona Allahın salavatı və salamı olsun) itaət Allah Azzə və Cəlləyə itaətə bərabər tutulur. “Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik.” [ən-Nisa 4:80]

Onlar Quran ilə getdiklərini iddia etdikləri halda, Quran Allah Rəsuluna itaətdən üz döndərən və onun hökmünü qəbul etməyən şəxsdən imanı qəbul etmir. “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.” [ən-Nisa 4:65]

Sünnə uydurma hədislər ilə “qarışıb”deyə onların bildirdikləri iddialara gəldikdə bu tamamilə əsassızdır. Çünki, bu ümmətin alimləri Peyğəmbərin Sünnəsini bütün yad ünsurlardan təmizləmək üçün ən böyük zəhmətlərə qatlaşaraq əllərindən gələni etmişdirlər. Əgər onlarda hədisi rəvayət edən hər hansı bir ravi barədə azca belə şübhələri olsa idi və yaxud hədisi rəvayət edən ravinin hədisin hər hansı bir hissəsini rəvayət etməyi unutduğuna dair onlarda azca belə ehtimal olsa idi, bu həmin hədisin qəbul edilməməsi üçün artıq yetərli səbəb olaraq götürülürdü. Hətta bu ümmətin düşmənləri etiraf edirlər ki, gəlib keçmiş ümmətlər arasında Məhəmməd ümməti qədər hədislər və hədis rəvayətçilərini təhqiq etmək məsələsinə diqqət yetirməkdə onların bənzəri yoxdur. Xüsusilə də, Allah Rəsulundan rəvayət olunan hədislər.

Hədisə tabe olmağı vacib edən amil olaraq həmin hədisin Allah Rəsulundan səhih bir yolla rəvayət edildiyini bilmək kifayətdir. Peyğəmbər insanlara risaləti çatdırmaq üçün özünün səhabələrindən birini belə bu məqsədlə göndərməyi məqbul görmüşdür və bu da sübut edir ki, etibarlı, əmin şəxsin rəvayət etdiyi hədisə tabe olmaq məqbuldur.

Üstəlik, həmin insanlara üz tutaraq deyirik: Yaxşı hələ bir deyin görüm, namazı necə qılmaq və ya vacib namazların gündəlik beş dəfə olduğunu açıq-aydın bildirən və ya zəkat çıxarmaq məqsədilə müxtəlif mal növlərindən nisabın hesablanma metodologiyasını göstərən və ya Həccin ayinlərinə dair təfərrüatlar və digər hökmlərdən xəbər verən ayələri Qurandan göstərə bilərsinizmi? Bütün bu məsələləri biz yalnız (Quranı şərh edən) Sünnətdən öyrənə bilərik.

Əl-Məvsuəh əl-Fiqhiyyə, 1/44

Peyğəmbər Sünnəsinin şəriətdə qanunvericilik mənbəyini təşkil etdiyinə dair daha ətraflı məlumat üçün digər fətva bəndlərinə baxın.


Tarix: 11.04.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Maraqlı melumatlar
loading...