Məlumdur ki, həqiqətən də Allah təala tərəfindən (4) dörd səmavi kitab nazil olunmuşdur. Bunlar ardıcıl olaraq Tövrat, Zəbur, İncil və Qurani Kərimdir. Qurani Kərimin əl-Əla (Ən uca) surəsinin 18-19-cu ayələrində Musaya və İbrahimə nazil olunun səhifələr haqqında xəbər verilmişdir. Allah təala buyurur: “Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur. İbrahimin və Musanın kitablarında!” (əl-Əla (Ən uca) surəsi, 18-19).
Bu səhifələr nədir? Mən istərdim ki, bu səhifələr haqqında bir az məlumatım olsun.
Artıq Allah Subhanəhu və təala (Ona təriflər olsun və O ucadır) elçilərini açıq aşkar dəlillərlə və kitablarla göndərmişdir. Allah təala Nəhl (Bal arısı) surəsinin 43-44-cü ayələrində belə buyurur: “(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun! (Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər bəşərdən deyil, ancaq mələklərdən ola bilər. Buna cavab olaraq bildirilir ki, insanlara göndərilən peyğəmbərlər mələk yox, məhz insan, özü də yalnız kişilərdən ibarət olmalıdır). Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (ən-Nəhl (Bal arısı) surəsi, 43-44) . Həmçinin Allah təala Hədid surəsində belə buyurur: “And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər” (əl-Hədid (Dəmir) surəsi, 25). Allah təalanın İbrahimə (ə.s) və Musaya (ə.s) səhifələr verməsi Qurani Kərimdə belə ifadə olunur: “Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur. İbrahimin və Musanın kitablarında!” (əl-Əla (Ən uca) surəsi, 18-19). Allah təala bu kitablar və səhifələr haqqında Musaya nazil etdiyi Tövratda, Davuda nazil etdiyi Zəburda, İsaya nazil etdiyi İncildə və Məhəmmədə nazil etdiyi Qurani Kərimdə xəbər vermişdir. Qul üçün elmdən yalnız Allahın ona Kitabından, yaxud peyğəmbərnin dili ilə öyrətdiyindən başqa heç bir şey yoxdur. Tövfiq bəxş edən Allahdır.
Tarix: 12.04.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Maraqlı melumatlar