Həqiqətən həmd Allahadır. Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. Nəfislərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimə hidayət verərsə, onu azdıracaq bir kimsə yoxdur. Allah kimi azdırarsa, ona hidayət verən yoxdur. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur, O təkdir və ortağı yoxdur. Və şəhadət edirəm ki, Muhəmməd (s.ə.s) Onun qulu və rəsuludur.
Bundan sonra... Təqva ilə Allahdan haqqı ilə qorxun ey Allahın qulları! Təqva, həvaya müxalif olmaqdadır. Bəxtsizlik isə hidayətdən uzaq durmaqdır.
Ey müsəlmanlar! Allah qullarını şərəf və məqam baxımından, elm və ibadət baxımından fərqli etmiş, yer üzünün memarı və xəlifəliyin həqiqətləşməsi üçün bir qismini digərinin əmrinə vermişdir. Allah Təala belə buyurur: «Verdiyiniz ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri tə’yin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur.” (əl Ənam surəsi, 165) və belə buyurur: «Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bə’zilərinin dərəcələrini digərlərindən üstün tutduq.” (əz Zuxruf surəsi, 32)
Kasıbın şikayətindən zəngin üçün bir sınama vardır. Gücsüzdə qüvvətli üçün bir imtahan vardır. Xəstənin ağrı çəkməsində səbr üçün bir imtahan vardır. Bu yaradılış qanunu səbəbilə şəriət, insanlar arasında olub onların ehtiyaclarını qarşılamağa təşviq edir. Sıxıntılarını aparmağa çalışmağa, qardaşlığın ortaya çıxması, dostluğun qalıcı olması və sevginin davam etməsi üçün xeyirli işlərdə onlara kömək olmağa təşviq edər. Din, ibadətlə Allaha boyun əymək və insanlara gözəl müamələdə olmaqdır.
İbnul Qeyyim (rahimahullah) belə deyir : «Ağıl və deyilənlər, fitrət və müxtəlif ümmətlərin təcrübələri dəlalət etməkdədir ki, Aləmlərin Rəbbinə ibadət və yaratdıqlarına yaxşılıq etmək hər növ xeyri əldə etmək üçün ən böyük səbəbdir. Bunların əksi isə hər növ şərri gətirən səbəblərin ən böyüyüdür. Allaha itaət etmək və yaratdıqlarına yaxşılıq etmənin bir bənzəri ilə Allahın nemətləri əldə edilməmiş və qəzəbindən uzaqlaşılmamışdır»
İnsanlara faydalı olmaq və onların sıxıntılarını aparmağa çalışmaq peyğəmbərlərin sifətlərindəndir. Yusuf (ə.s) qardaşlarının ona etdiklərinə baxmayaraq onların yüklərini hazırladmış və onlardan heç bir şeyi gizlətməmişdir. Musa (ə.s) Mədyən quyusuna gəlincə su alan bir qrup insan gördü. Onların arxasında iki gücsüz qadın gördü. Quyunun üzərindən daşı qaldırdı və heyvanlar sudan doyuncaya qədər onların sürüsünü suladı. Xədicə (r.a) peyğəmbərimiz Muhəmməd (s.ə.s)-ə onun haqqında belə deyir: «Şübhəsiz sən, qohumları ziyarət edirsən, hərkəsin yükünü daşıyırsan, kasıbı qazandırırsan, müsafirə kəramətli olub verirsən, Haqq yolunda çıxan əziyyətlər qarşısında insanlara kömək edirsən» İnsanların ən şərəflisi Muhammad (s.ə.s) özündən bir şey istənincə istəyənin bu istəyini geri döndərməzdi. Cabir (r.a) belə deyir: «Rəsulallah (s.ə.s)-dən elə bir şey istənilmədi ki, o cavabında «Xeyir» desin» Dünya, istəyini geri döndərməkdən daha dəyərsizdi.
Ömər ibnul Xattab (r.a) gecələri dulların yanına gedərdi və onlar üçün istifadə etməyə su doldurardı. Əbu Vail (rahimahullah) hər gün yaşadığı ərazinin qadınlarını və qocalarını ziyarət edər, onların ehtiyacı olan şeyləri özü satın alıb onlara verərdi. İnsanlara qulluq etmək və gücsüz insanların xeyrinə əməllər etmək, qaynağın yaxşı olmasına, təməlin sağlam olmasına və qəlbin təmizliyinə, könül zənglinliyinə dəlildir. Rəbbimiz mərhəmətlidir, qullarına rəhm edər. Allahın, qullarının faydası üçün vəzifələndirdiyi insanlar var. İnsanları sıxıntıdan xilas etməyin mükafatı axirətdə kədərlərin aparılması və sıxıntılardan qurtulmasıdır. Peyğəmbər (s.ə.s) belə buyurur: «Kim bir mömindən dünya sıxıntılarından bir sıxıntını uzaqlaşdırarsa, Allah da qiyamət günü, sıxıntılardan bir sıxıntını aparar» Bu hədisi Muslim rəvayət edir. Digər bir rəvayətdə isə belə buyurur: «Kim Allahın qiyamət günü sıxıntılarından özünü qurtarmasından xoşlanarsa, darda olanı rahatlasın, ya da ondan sıxıntını aparsın» İnsanların ehtiyaclarını ödəməyə çalışana yardım edilmişdir və o müvəffəqiyyət ilə dəstəklənir. Qul, müsəlman qardaşının yardımında olduğu müddətcə Allah da onun yardımındadır. İnsanlara qulluq etmək vaxta və işə bərəkət qazandırır. Çətinləşən işləri asanlaşdırır. Peyğəmbər (s.ə.s) belə buyurur: «Kim darda olan bir kimsəyə asanlıq edərsə, Allah da ona dünya və axirətdə asanlıq edər» İslamın seçilmiş insanlarının və ümmətin başçılarının işləri insanların ehtiyaclarını ödəmək idi. İbnul Qeyyim (rahimahullah) deyir ki : «Şeyxulİslam ibn Teymiyyə insanların ehtiyaclarını ödəmək üçün çox güc sərf edərdi. Din bunu gətirmişdi. Elm və əməl, ibadət və müamələ. Yaxşılıq və ihsan (yəni vermə) ilə insanların sonu gözəl olar və pis ölümdən uzaqlaşar. Rəsulallah (s.ə.s) belə buyurur: «Edilən yaxşılıqlar pis ölümlərdən və həlaklardan qoruyur. Dünyada yaxşılıq əhlindən olanlar, axriətdə də yaxşılıq əhlindəndirlər» Bu hədisi İbn Hibban Səhih əsərində rəvayət edir. Öz məqamını gücsüzlər üçün istifadə etmək, üzürlü insanlara və miskinlərə yardımçı olmaq, dünyada və axirətdə insana fayda verər. Rəsulallah (s.ə.s) belə buyurur: «Bəlkə saçı dağınıq, üstü başı tozlu biri Allahın adına and içər və Allah onun andını yerinə yetirər» Gücsüzlərə, dullara və yetimlərə yaxşılıq edin. Onların qəbul ediləcək saleh duaları ilə vəziyyətin düzəlsin. Dünya, bir imtahan və həyat bir yoxlamadır. Güclü olan, bəlkə zəif ola bilər. Zəngin olan iflas edə bilər. Yaşayan ölər. Məqamını dinin keşiyində və müsəlmanların xeyirinə istifadə olunan həqiqət xöşbəxt kimsədir. İbn Abbas (r.a) belə buyurur: «Kim bir qardaşının ehtiyacını aparmaq üçün gəzsə, onun hər atdığı addım üçün bir sədəqə var» Yaxşılıq, qalıcı bir xəzinədir. İnsanların işləri üçün güc sərf etməyi, insanlıq sahibi olanların davranışlarıdır. İnsanların ehtiyacları üçün onlara yönəlməməsi, könlü uca olanlar üçün müsibət sayılır. Hakim bin Həzm (r.a) deyir ki : «Bundan əlavə onlar ehtiyac sahibinin onlardan ehtiyaclarını uzaqlaşdırmasını istəməklə məqam sahibinə nemət gətirdiyinə və yaxşılıq etdiyinə inanırlar» İbn Abbas (r.a) deyir ki : «Üç insan var ki, onların etdiyinin əvəzini verə bilmərəm. Salam verməkdə məndən əvvəl davranan kimsə, məclisdə mənə yer açan kimsə, və mənə salam vermək üçün qaçaraq ayaqları tozlanan kimsə. Dördüncü biri də var ki, onun etdiyinin qarşılığını ancaq Allah verə bilər» Səhabələr «o kimdir?» deyə soruşduqda ibn Abbas (r.a) belə deyir: «Başına bir iş gələn və gecə boyu bu işini kimin həll edəcəyini düşünən, sonunda məni ehtiyacını aparmağa uyğun görən və onu mənə bildirən kimsə»
Ehtiyac sahibi də ehtiyacını əhlindən istəməli və ehtiyac vaxtından xaric istəməməlidir. Qazana bilmədiyini istəməməlidir. Qazandığını istəyən məhrumiyyət qazanar. Sözün ən gözəli və ən dadlı cümlələrini seçməlidir. Bir qadın, insanların ən gözəli (s.ə.s)-in arada vasitə olmasını rədd etmişdi. Rəsulallah (s.ə.s) ona «ərinin yanına geri dönəsən bəlkə, çünki o sənin uşaqlarının atasıdır» deyincə qadın «Ey Allahın Rəsulu! Bunu mənə əmr edirsənmi?» Rəsulallah (s.ə.s) «Xeyir, mən ancaq vasitəçiyəm» deyəndə qadın «Mənim ona ehtiyacım yoxdu» deyir. Bu hədisi Buxari və Muslim rəvayət edir.
İnsan bir ehtiyacı ödədildiyində, buna vasitə olana təşəkkür etməlidir. Peyğəmbər (s.ə.s) belə buyurub : «İnsanlara təşəkkür etməyən, Allaha şükr etməz» Bu hədisi İmam Əhməd rəvayət edir. Peyğəmbər (s.ə.s) belə buyurur: «Kim sizə bir yaxşılıq etsə, əvəzini verin. Qarşılığını verəcək bir şey tapmasanız, əvəzini verdiyinizi düşünənəcən onun üçün dua edin» Bu hədisi Nəsai rəvayət edir. Əlində əvəz verməyə gücün çatmasa dilin ilə təşəkkür et.
Allahdan haqqı ilə qorxun və qardaşlarınıza kömək edin. Bir birinizə haqqı və ədaləti tövsiyə edin. Yaxşılıq və təqvada bir biriniz ilə köməkləşin. İnsan üçün ancaq etdiyi qalacaq.
Qovulmuş şeytandan Allaha sığınıram. «Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!» (əl Maidə surəsi, 2)
Əsirgəməməsi üçün Allaha həmd olsun. Müvəffəqiyyətli etməsi və nemətləndirməsi səbəbilə Ona şükürlər olsun. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdi və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhammad Onun qulu və rəsuludur. Allah Ona, ailəsinə və səhabələrinə salavat etsin.
Budan sonra.... Ey müsəlmanlar!... Edilən yaxşılığı pozan ən böyük amil, onu başa vurmaq və insanlar arasında ondan bəhs etməkdir. Bir əməli başa vurmaq, o əməli məhv edir. Ondan heç bir xeyir qalmır. Yaxşılıq ancaq bu üç halda tam olur: o an edilməsi, balaca görülməsi və gizlənməsi... Çünki o an edincə onu sevindirir. Balaca görüncə onu böyüdür. Gizləyincə onu tamamlar. Vasitəçiliyin çəkinilən hallarından biri də haram olan bir şeydə, bir müsəlmanın haqqını vermədə və ya ona zərər vermədə vasitəçi olmaqdır. İslam ədalət dinidir. Faydalı olanı əmr edir və zərərli olandan çəkindirir. Dini cəzalar mövzusunda vasitəçilik etmək də ən böyük pisliklərdəndir.
Sonra ey Allahın qulları : «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)” (Əl Əhzab surəsi, 56)
Tarix: 09.05.2013 / 13:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Maraqlı melumatlar