Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini aforizmlər

Ramazan ayı girəndə Allahu təala mələklərə, təsbehdən əllərini çəkib Məhəmməd (s.ə.s.) ümmətinə və möminlərə istiğfar etmələrini əmr edər. Hz. Əli (r.ə.)

Ramazan ayı, ürəyini Onun yoluna qoymağa, əllərini Onun dərgahına açmağa, ruhunu doyurmağa vəsilə olsun.

Oruclu ikən ölənə, qiyamətə qədər oruc tutmuş kimi savab yazılar.

Oruc tutan, namaz qılan bəndə, mükafatını qiyamətdə ağlı qədər alar.

Bu aya Ramazan deyilməsinin səbəbi, günahları yandırıb əritdiyi üçündür.

Kim oruclu olduğu halda unudub yeyərsə və su içərsə orucunu tamamlasın. Çünki onu Allah yedirib içirmişdir.

Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirlə bağlanar.

Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar.

Oruc tutan möminin susması təsbeh, yuxusu ibadət, duası müstəhəp və əməlinin savabı da çoxdur.

Mübarək Ramazan ayı ürəyinizə əvvəlcə bulud olsun yağmaq üçün... Sonra yağış olsun İlahi sevgini çiçəkləndirmək üçün...

İman bağlarının ən möhkəmi Allah üçün dostluq, Allah üçün düşmənlik, Allah üçün sevgidir.

İnsan dünyadan böyükdür, ancaq Yaradan ondan da böyükdür.

Dində məcburiyyət yoxdur, hər kəs azaddır əlbəttə ki. İstəyən dünyada bişər, istəyən axirətdə..

Acmamış yemə, doymamış süfrədən əl çək. (Hz. Muhamməd ə.s)

Heyrət edirəm o şəxsə ki, xəstəlik qorxusuyla pəhriz edər, amma cəhənnəm qorxusuyla Oruc tutmaz.


Tarix: 07.06.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar
loading...