Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevməyin bir çox əlamətləri vardır. Bu ümmətin elm adamları bu haqda danışmışlar. Qadi İyad – rahmətullahi aleyhi – deyir ki: “Onun Sünnətinə dəstək olmaq, şəriətini qoruyub saxlamaq, o, həyatdakən hüzurunda olmağı və uğrunda canını və malını verməyi təmənna etmək də onu sevməkdən irəli gəlir”
(Nəvəvi “Muslim şərh” 2/16. )
” . İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Sözü keçən sevginin əlamətlərindən biri də kişiyə (sevdiyi və çox arzu etdiyi bir ) şeyin təklif edilməsidir. Əgər ondan məhrum qalmaq ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i - əgər görmək mümkün olsaydı – görməkdən məhrum edilmək arasında birini seçmək imkanı verilsəydi və o, da Peyğəmbər – sallallahu aleyhi və səlləm – i görməyi sevdiyi şeyləri əldə etməkdən daha üstün görürsə sevir deməkdir və ya əksi. Həmçinin onun Sünnütinə dəstək olmaq, şəriətini qorumaq, ona müxalif olanlara qarşı mübarizə aparmaq və yaxşılığı əmr edib pisliklərdən çəkindirmək də bura daxildir”(Fəthul Bəri 1/59. )
Ayni – rahmətullahi aleyhi – deyir ki: “Onu da bil ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevmək, ona itaət etməyi istəmək, ona müxalif olmağı tərk etməkdir. Bu da İslamın fərzlərindəndir”.
Elm adamlarının sözlərindən çıxarılan nəticəyə görə aşağıdakı xüsuslar Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevməyin əlamətləri arasındadır:
1. Onu görməyi, onun məclisində olmağı çox arzulamaq və bunlardan məhrum olmağı dünya həyatında hər nə olursa olsun hər hansı bir şeyi itirməkdən daha ağır olduğunu bilmək:
2. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in uğrunda canı və malı fəda etmək üçün tam hazır olmaq:
3. Əmirlərinə uymaq və qadağalarından çəkinmək:
4. Sünnətinin yayılmasında yardım göstərmək və şəriətini qorumaq:
Hər kimdə bu əlamətlər olarsa Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevdiyinə görə Allaha həmd etsin və bu xüsusda ona səbat verilməsini diləsin. Bunu büstbütün və ya qismən itirən kimsə isə Uca Allahın hüzuruna səlim qəlb ilə gedən müstəsna, heç bir malın və övladın fayda verməyəcəyi bir gündən öncə öz nəfsini hesaba çəksin. O, gün insanların heç bir şeyi Allaha gizli qalmayacaqdır. Nə badə Allahı və möminləri aldadacağını və bu işə cəhd göstərəcəyini düşünmə. Çünki Allahı və möminləri aldatmağa çalışan bir kimsə yalnız özünü aldadır. “Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar”. (əl-Bəqərə 9). Uca Allahın yardımı ilə səhabələrin Muhəmməd – sallallahu aleyhi və səlləm – ə duyduqları sevgini sizə bildirməklə yanaşı öz halımıza işarə edərək bu haqda danışacağam. Ümid edilir ki, Allah bizim halımızı islah edər və bizi doğru yola yönəldir. Hər bir əlaməti Uca Allahın izni ilə ayrı bir başlıq altında verəcəyəm:
BİRİNCİ ƏLAMƏT: Peyğəmbər – sallallahu aleyhi və səlləm – i görməyi, onun söhbətində (məclisində) olmağı çox arzulamaq və bunlardan məhrum olmağı dünya həyatında hər nə olursa olsun hər hansı bir şeyi itirməkdən daha ağır olduğunu bilmək:
Bilindiyi kimi kişinin təmənna edib, sevə bildiyi ən üstün şey, sevdiyi kimsəni görmək və onunla söhbətdə olmaq səadətinə çatmaqdır. Peyğəmbər Muhəmməd – sallallahu aleyhi və səlləm – i sevən bir kimsə, heç şübhəsiz ki, onu görmək üçün sevinc duyar, onunla söhbətdə olmağı arzu edər. Dünya və Axirətdə onunla birlikdə olmağı çox istər. Belə bir xoşbəxtçiliyə çatmağı böyük bir şövq və istəklə gözləyər. Əgər belə bir sevinc ilə bütün dünya nemətləri arasında seçim verilsəydi bu sevincə başqa heç bir şeyi üstün tutmazdı. Onun üzünə baxmaqla şərəfləndiyi zaman sevinir, onunla həmsöhbət olmaq səadəti ilə qürur duyar. Onu görməkdən və yoldaşlığından məhrum qalmaq qorxusu onu üzər, ondan ayrılıq isə onu ağladar. Aşağıda zikr etdiyimiz məsələ ilə bağlı Allah Rəsulunu səmimi olaraq sevənlərin gözqamaşdırıcı bəzi rəvayətlərini zikr edəcəyik.
1) Əbu Bəkr əs-Sıddıq – radıyallahu anhu – nun Allah Rəsulu – sallallahu aleyhi və səlləm – ilə Hicrətdə yoldaşlıq edəcəyi xəbərini eşidincə ağlaması:
Aişə – radıyallahu anhə – ə rəvayət edir ki, bir gün biz Əbu Bəkr – radıyallahu anhu – nun evində zöhr vaxtı oturduğumuz zaman birisi gəlib: “Ey Əbu Bəkr! Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzünü tutaraq gəlir” dedi. O, vaxt (adəti üzrə) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bizə gəldiyi vaxt deyildi. Əbu Bəkr: “Anam, atam ona fəda olsun! Allaha and olsun ki, bu saatda gəlməsi mühüm bir iş olmasına görədir” dedi. Aişə: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – gəldi, izn istədi, Əbu Bəkr – radıyallahu anhu – ona izn verdi. O, da içəri daxil oldu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Bəkrə: “Yanında kim varsa çölə çıxart” deyə buyurdu. Əbu Bəkr: “Yanımda olanlar sənin ailə əhlindir, Ey Allahın Rəsulu” dedim. Peyğəmbər: “Hicrət üçün mənə izn verildi” deyə buyurdu. Əbu Bəkr: “Atam, anam sənə fəda olsun! Məndəmi səninlə birlikdə olacağam?” deyə soruşdu. Peyğəmbər: “Bəli” deyə buyurdu(Buxari 3905, 7/231. )
. Əbu Bəkr – radıyallahu anhu – bu səfərdə onları gözləyəcək qorxu və təhlükələri bilməyən bir kimsə deyildi. Lakin bu hal onun sevgili dostu Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə səfər etmək arzusundan çəkindirmədi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – ilə birlikdə səfər edəcəyi, belə bir xoşbəxtçiliyə nail olmaq sevincini duyunca ağlamağa başladı. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “İbn İshaq rəvayətində bunu da əlavə etməkdədir: Aişə – radıyallahu anhə – deyir ki: “Əbu Bəkr – radıyallahu anhu – nun ağladığını gördüm. Mən isə kimsənin bu ana qədər sevincdən ağladığını görməmişdim”(Fəthul Bəri” 7/235, İbn Hişam “Sıra Nəbəvi” 2/93)
2) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanlarına gəlməsi səbəbilə Ənsarın sevinci:
Ənsarlar sevgili Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yurdlarına hicrət etdiyini eşitdilər. Bu səbəblə də onu qarşılama şövqünü duydular. Sünnət və Sıra kitabları Ənsarların Peyğəmbər – sallallahu aleyhi və səlləm – i qarşılama anında duyduqları şövq və sevinci təsvir edən ifadələri bizə qədər çatdırmışlar. Urvə b. Zubeyr – radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – i əl-Harre deyilən yerdə necə qarşıladıqlarını rəvayət edir. Onun rəvayətində bu ifadələr vardır. “Mədinədə müsəlmanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Məkkədən çıxdığını eşitdilər. Buna görə də (müsəlmanlar) hər səhər Harre deyilən yerə çıxır və günəşin istiliyi onları geri döndərənə qədər onu gözləyərdilər. Bir gün yenə də uzun bir müddət gözlədikdən sonra geri döndülər. Evlərinə döndükdə Yəhudilərdən biri qalalarının üzərinə çıxaraq (ətrafa) boylanırdı. Bu vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm – i və səhabələrini ağ əbalarda gəldiklərini gördü. Yəhudi səsi çıxdığı qədər qışqırmağa başladı: “Ey Ərəb topluluğu! Sizin gözlədiyiniz, şan və şərəfiniz gəlir”. Müsəlmanlar həmən silahlarına sarılaraq Peyğəmbər – sallallahu aleyhi və səlləm – i Harrenin üzərində qarşıladılar. Amr b. Auf oğulları diyarında qonaq olur”(Buxari 3906, 7/239. )
Allah Əkbər! O, sevgili Rəsulu qarşılamağa nə qədər şövqlü və istəkli idilər. Hər səhər Harreye onun gəlişini gözləmək üçün çıxar və günəşin istisi şiddətləndiyi vaxta qədər orada oturar və sonra evlərinə geri dönərdilər. İbn Sad – radıyallahu anhu – nun zikr etdiyi rəvayətdə deyilir: “Günəş onları yandırdımı evlərinə dönərdilər”(“Tabaqatul Kubra” 1/233. )
Həkim – rahmətullahi aleyhi – rəvayətində deyir ki: “Günəşin istisi onları rahatsız edənə qədər gözləyərdilər”
(Mustədrək” 3/11. )
İmam Buxari, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Ənsar tərəfindən Mədinədə necə qarşılandığını belə açıqlayır. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Harrenin yan tərəfində qonaqladı. Sonra Ənsara xəbər göndərdi. Onlar da Allahın Rəsulu ilə Əbu Bəkr – radıyallahu anhu – nun yanına gəldilər. Onlara salam verdilər və: “İkiniz də əminlik içində və sizə itaət edilənlər olaraq miniklərinizə minin”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – və Əbu Bəkr – radıyallahu anhu – miniklərinə mindilər. Silahlı (Ənsarlar) onları əhatəyə aldılar. Mədinədə: “Allahın Peyğəmbəri gəldi, Allahın Peyğəmbəri gəldi” deyilirdi. O, da Əbu Əyyub – radıyallahu anhu – nun evinə yaxın bir yerdə qonaq olana qədər yoluna davam etdi”(Buxari 3911, 7/250. )
” . Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə Əbu Bəkr – radıyallahu anhu – nu qarşılayanlar Ənsardan 500 nəfər idi. Onlara yaxınlaşdıqda Ənsar: “İkiniz də əminlik içində və sizə itaət edilənlər olaraq gəlin” dedilər
(Fəthur Rabbani Tərtibi Musnədi İmam Əhməd” 20/291, H. 155, Buxari “Tarixu Sağir” “Fəthul Bəri” 7/250, Əhməd əl-Bənna “Buluğul Əmani” 20/250. )
İmam Əhməd – rahmətullahi aleyhi – Mədinə xalqının Allahın şərəfli Rəsulunu necə qarşıladıqlarını Əbu Bəkr – radıyallahu anhu – nun dilindən belə rəvayət edir: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə yola davam etdik. Nəhayət Mədinəyə gəldik. İnsanlar yollara, damların üzərinə çıxaraq onu qarşıladılar. Uşaqlar və xidmətçilər yollarda qaçaraq: “Allahu Əkbər! Rəsulullah gəldi! Muhəmməd gəldi!” deyirdilər. Əbu Bəkr: “Hər kəs Allah Rəsulunun kimin evində qonaq olacaq deyə bir-biriləri ilə mübahisə edirdilər”(Musnəd” 1/155, H. 3, Muhəmməd Şakir “Musnəd” 1/154. )
Ənəs b. Məlik – radıyallahu anhu – bu mübarək gündə gördüklərini bu sözlərilə dilə gətirir: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə Əbu Bəkr – radıyallahu anhu – nun Mədinəyə girdikləri gündən daha nurlu və daha gözəl heç bir gün əsla görmədim”
(İmam Əhməd “Fəthur Rabbani” 20/290, H. 152. )
Bəra b. Azim – radıyallahu anhu – da Mədinəlilərin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanlarına gəlişi səbəbilə duyduqları sevinci bu cür açıqlayır: Mədinəlilərin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gəlişi ilə duyduqları sevinci başqa heç bir səbəbdən dolayı duyduqlarını görmədim”(Buxari 3925, 7/260. )
--------------------
Tarix: 13.04.2013 / 16:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 426 Bölmə: Maraqlı melumatlar