əş-Şəəfi – Bu İsim Qurani Kərimdə fel olaraq zikr olunur. «Xəstələndiyim zaman mənə Şəfa verən Sənsən». (əş-Şura 80). Hədisdə isə həm Fel, həm də İsim olaraq keçir. Peyğəmbər (s.a.v) bir xəstənin yanına gəldiyi zaman belə dua edərdi: «Ey insanların Rəbbi! Bu sıxıntı və dərdi apar. Şəfa ver! Çünki şəfa verən sənsən. Səndən başqa şəfa verən yoxdur. Xəstənin bütün xəstəliklərini aparan bir şəfa ver!»(Buxari “Kitabu Tibb” 5675, “Fəthul Bəri” 10/210, H. 5750, Müslim “Kitabu Səlam” 2191. ) . Həlimi deyir ki: «Allah şək və şübhələri, həsət və kini qəlblərdən silib könüllərə şəfa verdiyi kimi hər cür xəstəlikləri, bəla və müsibətləri qaldırıb bədənlərə də şəfa verir. Ondan başqa kimsənin buna gücü yetməz. Bu üzdən bu isimlə yalnız Ona dua edilir». Buna görə də hər bir müsəlman şəfanın yalnız Allahdan gəldiyinə inanmalıdır. İnsan yalnız Onun şəfa verməsi ilə yaxşılaşır və şəfa tapır.
Tarix: 05.05.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar