Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeddi yaşdan əvvəlki mərhələ

Uşaq bu mərhələdə, xüsusilə təmyiz yaşından əvvəlki ömrünün ilk illərində ailə fərdlərini təqlid edər. Bu mərhələdə uşaq ana-atasının və ailə fərdlərinin namazlarını qılmalarına fikir verər.

Bu səbəblə ana-ata uşağın həyatındakı bu dövrü əhəmiyyətli hesab etməli və uşağa birbaşa və təkrar-təkrar namazı əmr etməkdən çəkinməlidir.Əsas bu mərhələdə hədəf uşağı namazın şəklinə və namazdakı işlərə alışdırmaq olmalıdır. Uşaq ana-atasını namaz qılan görməlidir. Bu da atanın nafilə və fərzlərlə birlikdə qılınan sünnət namazları evində və uşaqlarının hüzurunda qılmasıyla olar.
Yenə ata məscidə getmək üçün evindən çıxmadan əvvəl övladlarına məscidə getdiyini xəbər verməlidir. Nafilə namazların evdə qılınmasının məsciddə qılınmasından daha üstün olduğu bilinən bir xüsusiyyətdir. Məhəmməd peyğəmbər (s.ə.s) bu barədə belə demişdir: “Namazlarınızdan bir pay da evlərinizə saxlayın. Evlərinizi qəbirlərə çevirməyin”(əl-Furqan surəsi, 74 )
“Fərzdən başqa kişinin qıldığı ən üstün namaz evində qıldığı namazdır”(Buxari)
Bax bu hədislər, nafilə namazları evdə qılmağa təşviq edir. Şübhəsiz ki, qat-qat savab və Allahdan mükafat əldə etməklə bərabər bu namazlar səbəbilə evlərdə bərəkət olur. Həmçinin, bu namazlar səbəbilə kiçik uşaqlarda dərin və sağlam bir tərbiyə də əldə edilmiş olur. Çünki kiçiklər, Allaha səcdə edərək alınlarını yerlərə sürtən, hüzurunda hörmətlə qalxıb-duran, sağa-sola baxmadan özünü ibadətə verən ana-atalarını izləyərlər. Kiçiklərin önündə hər gün təkrarlanan bu mənzərə onların qəlblərində Allahın əzəməti və Allahın yeri işıqlanacaqdır. Bununla birlikdə atanın namaza yönəlişi, namazı uşaqlara sevdirəcəkdir. Belə ki, onlar namaz qılanı görərək, vərdiş edərək təkbiri, rükusu, səcdəsi və qiyamıyla namaz əməllərini də öyrənmiş olacaqlar.
Çox vaxt kiçik uşaq, istəkli bir şəkildə atasını təqlid etməyə yönəlir. Qiyamında, rükusunda, səcdəsində heç bir şey anlamasa da, atasına tabe olaraq yanında durur. Şübhəsiz ki, uşağın həyatında hər gün təkrarlanan bu səhnə uşağın zehninə namazın qeyri adi bir şey olmayan, normal bir şey kimi yerləşdirir. Beləliklə təmyiz yaşına çatmadan namaz uşaq tərəfindən istək və arzuyla asanca əda edilməyə başlanmış olur.
Atanın hələ təmyiz yaşına çatmamış kiçik uşağının dəstəmaz alması və övrət yerlərini örtməsi xüsusunda işi sıx tutmaması lazımdır. Belə ki, onu öz halına buraxmalıdır. Həmçinin uşağını rüku və səcdəsində özünü təqlid etməsindən də danlayıb uzaqlaşdırmamalıdır.
Çünki, bu yaşlarda hələ mükəlləf olmayan uşağı danlamaq, ona sərt və qatı davranmaq, uşağın namazdan nifrət etməsinə və xoşlamamasına səbəb olacaqdır.
Uşaq, təlim yaşına çatdığı vaxt ata uşağa Fatihə surəsi və bəzi qısa surələri oxumağı öyrətməli və bunları əzbərləməsi üçün zəhmət çəkməlidir. Həmçinin rüku və səcdənin bəzi zikirlərini də öyrətməlidir.
Uşağın valideyni, onu məsciddəki Quran dərslərinə apara bilər. Qurandan qısa surələri əzbərlətməklə məşğul olan səlahiyyətli şəxsə - bu şəxsin güvənilən, etibarlı, səmimi və bu yaşlardakı uşaqlara hikmətlə davrana biləcək qüdrətdə olması şərtiylə həmin adamın yanına göndərə bilər.Uşaq yeddi yaşına yaxınlaşanda ata, uşağına namazı əmr edəcəyini və onu namazla məsul tutacağını xatırlatmalıdır. Uşağa yaxın günlərdə özünün şəxsiyyətli insan olacağını və digər insanlar kimi məscidə getmə vaxtının gələcəyini ona özlətdirməlidir.(Tərcüməçidən:Bizdə isə tamamilə əksinə kimi görsənir. Çünki bu gün bizim valideynlərimiz yetmiş illik ateizm təhsilindən çıxıb bizə məscidə getməyi təşviq etmək əvəzinə, o xeyirdən uzaqlaşdıraraq məscidlərin təhlükəli olduğunu və ora gələnlərin düz olmadığını öyrədirlər. Bu gün elmi olan valideynlər Allahdan qorxaraq övladlarını özləri ilə namaz vaxtlarında məscidə aparır və onlara Allahın razılığını bəxş edirlər. Elmi olmayanlar isə məscidə gedən övladına mane olur, həm özü xeyirdən məhrum olur, həmdə övladını məhrum edir. Her yerdə övladının məscidə getdiyini bəyan edir, təhlükəli yola düşdüyünü zənn edir ve bunu digər insanlara aşılayır. Qəflətdə olan insan anlamır ki, təhlükəli olan yerdə və vəziyyətdə özüdür. Məscidə gedən övladı isə xeyir içərisindədir. Doğrudan da İblis səhvi insanlara düz kimi, düzü də səhv kimi göstərir. Allah Təala bizi və bizdən sonra gələn saleh övladlarımızı daima məscidə bağlı, Allahın adını uca tutan, Allahın razı qaldığı qullarından etsin. Amin)
Kitabxanalarda olan namaz və dəstəmazın əsasını açıqlayan, içərisində namaz və dəstəmazın bəzi zikirləri olan şəkilli kitablar alaraq uşaqlara bunları rənglətdirməsi əmr edilməlidir. Ata bunlardan gözəl bir şəkildə istifadə edəcəyi kimi, bu mərhələdə, uşaqlar tərəfindən oxunan ibadət, namaz, Quran və digər əxlaqi məlumatları əhatə edən kaset və cd-lərdən də istifadə edə bilər.


Tarix: 07.05.2013 / 21:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar
loading...