Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kahinlər Kimlərdir?

Kahinlər Kimlərdir? - gələcəkdə baş verəcək hadisələrdən (qeybdən) xəbər verən, (falçılıq etmək mənasındadır). Bu falçılar sadəlövh insanları özlərinə inandırmağa məcbur edirlər, onların pullarını və mallarını haram yolla onların əlindən alırlar.

Qum üstünədə cizgi çəkməklə, əl içinin xətlərini oxumaqla, balıqqulağı, kofe stəkanı ilə, fincan, güzgü və s. üsullar tətbiq edirlər. Gələcəyini bilmək, nigahda və ticarətdə xoşbəxtmi və yaxud bədbəxtmi olacaqlarını öyrənmək, ulduzlar vasitəsilə gələcəyi xəbər vermək, yer üzündə krizisin olacağını, qiymətlərin qalxıb enməsini, kimiləri də onların yanına nə zaman evlənəcəklərini bilmək, kimə ərə gedəcəyini, kiminsə ailəsini dağıtmağı, itirilmiş əşyaları tapmaq və buna oxşar məqsədlərlə sehirbazların yanına gedirlər. Guya ki, oğurlanmış, itmiş şeylərin yerlərini göstərə bilən kimsələrdir. Onlar avam insanları aldadaraq Qurani-Kərimi açırlar və itən əşyaların yerlərinin orada yazıldığını xəbər verirlər. Subhənəllah! Bu qədər yalan olar!? Məgər Qurani-Kərimdə insanların itən əşyaları haqda bir şeylər yazılıb. Bu qədər də avamçılıq olar. Dəhşət burasıdır ki, insanlar da onlara inanırlar. Artıq sehri insanlar bir incəsənət ediblər. Bunun üçün klublar açılır, yarışlar keçirilir, sehirbazlar seçilir. Allah Qorusun. Özünü Allahın yaxını və qeybi bildiyini bəyan edən kəs Allahın yaxını yox, şeytanın dostudur. Qeybi bilmək yalnız Allaha xas olan bir haqdır; "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın". (əl-Ənam 59). "Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar". (əl-Cinn 26-27). Buna görə də sehrbaza inanan bu ayələrin həqiqiliyini inkar etmiş olur ki, bu da küfrdür. Falçının və ya cadugərin yanına gedən şəxs, onların dediklərinin doğru olduğuna inanarsa küfr etmiş olar. Əbu Hureyra (r.a)rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Kim bir kahinin (sehirbazın) yanına gələrək onun dediyini təsdiq edərsə, Muhəmmədə nazil olana küfr etmiş olar".
(Əhməd 2/ 408, 429, 476, Əbu Davud 3903, ət-Tirmizi 135, əd-Dərimi 1136, əl-Albani səhih demişdir.)

İmran ibn Huseyn (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Kim (düşər-düşməzlik, nəhs gətirmək və s. mövhumatı) sınaq etsə, yaxud etdirsə, kim falcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehr etsə, yaxud sehrbaza müraciət edib inansa bizdən deyildir. Kim də kahinin yanına gedib onun dediklərini təsdiqlərsə, Muhəmmdə nazil olana küfr etmiş olur".
(əl-Munziri "Tərğib vət-Tərhib" 4/ 52, 3044, əl-Heysəmi 5/ 117, əl-Bəzzar 3/ 399, əl-Albani “Səhih Tərğib” 3041. )

Əgər cadugər və ya falçı yanına gedən şəxs onun qeybi bildiyini qəbul etmirsə və onu sadəcə dinləmək və ya buna bənzər bir səbəblə gedirsə küfr etmiş olmur, lakin fərz namazları qırx gün müddətində qəbul edilmir.
(Qırx Günlük Namazı Qəbul Olunmaz – sözü nə deməkdir? İnanarsa qırx günlük namazı qəbul olunmaz, yəni onun namazı dəstəmazsız namazı qılan bir kimsənin namazı kimi səhih olmaz. O savab ki, namzdan hasil olur, bu zaman olmayacaq. Nə üçün qırx gün? Bunun hikməti isə bilinmir. )

Peyğəmbər (s.a.v)buyurdu: "Kim Ərraf (Ərraf – Arif – bilən deməkdir. Ərraf kimdir? Bu barədə ixtilaf vardır. Kahindir - demişlər. Şeytanlar vasitəsilə gələcəkdən xəbər verəndir. Bəziləri isə: Ərraf daha geniş məna olub kahin, astroloq, insanın qəlbində, ağlında olanı söyləyən, müxtəlif şeylər vasitəsilə fala baxan və s. deməkdir. İbn Əsir deyir: "Münəccim, qeybi bildiyini iddia edən kimsədir". Xattabi deyir: "Oğurlanmış əşyanın yerini deyən, qeyb olan şeylərin məkanını bilən və s. buna bənzər şeyləri söyləyən kimsədir". ) adlanan bir kahinin yanına gələrək ondan bir şeylər barəsində soruşaraq təsdiq etsə (inansa), qırx günlük namazı qəbul edilməz".
(Muslim 2230, Əhməd 5/ 380, 4/ 68, ət-Tabərani “Mucəmul-Kəbir” 23/ 210. )

İmam əl-Manavi deyir: “Bizdən deyildir – yəni İslamın yolundan və bizim Sünnəmizdən deyildir. Çünki bu əməl cahiliyyə dövrünün əməlidir”.
(Feydul-Qadir” 5/ 384. )

Sehirbazı ziyarət etmək insanı İslamdan çıxardır yoxsa yox? Alimlər sehirbazın yanına gələrək onun dediklərini təsdiq edən kimsənin küfrü barəsində ixtilaf ediblər. O alimlər ki, sehirbazın yanına gələrək onun dediklərini təsdiq edən kimsənin küfrünün İslamdan çıxardan olduğunu söyləmişlər - onların dəllləri: "Kim bir kahinin və ya sehirbazın yanına gedib onun dediyini təsdiq edərsə, Muhəmmədə nazil olana küfr etmiş olar".
(Əhməd 2/ 408, 429, 476, Əbu Davud 3903, ət-Tirmizi 135, əd-Dərimi 1136, əl-Albani səhih demişdir.)

Onlar: “Əgər bir kimsə sehirbazın yanına gələrək (onu təsdiq etmədiyi) halda bir şeylər soruşarsa, onun namazı qırx gün qəbul edilməz. Bu da bu əməlin kiçik küfr olmasına dəlildir. Lakin təsdiq edib iman gətirsə, artıq kafir olmuşdur”. Digər qrup alimlər: Bu əməlin kiçik küfr olduğunu və İslamdan çıxarmadığını söyləmişlər. Küfürən bəhs edən bütün hədislər bu əməlin kiçik küfr olmasına dəlildir. Peyğəmbər (s.a.v) buyurdu: "Kim Ərraf adlanan bir kahinin yanına gələrək ondan bir şeylər barəsində soruşarsa (inansa) qırx günlük namazı qəbul edilməz".( Muslim 2230, Əhməd 5/ 380, 4/ 68.)

Peyğəmbər (s.a.v) buyurdu: "Kim kahinin yanına gedib onun dediyini (təsdiqləyərsə) və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə, Muhəmmədə nazil olana küfr etmişdir".
(Əbu Davud 3904, əl-Beyhəqi 7/198, H. 13902, əl-Albani "Səhihul-Cəmi" 5918, 5942. )


Tarix: 11.04.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 466 Bölmə: Maraqlı melumatlar
loading...