Bilindiyi kimi şeytan, Adəmə səcdə etməklə əmr olunduğu zaman, bu ilahi əmrə qarlı çıxmış və : "çünki mən Adəmdən daha xeyirliyəm" deyərək ona səcdə etməməklə özünün haqlı olduğunu iddia etmişdir. Nəticədə qazandığı cəzaya dü.ar olmuş, ilahi hüzurdan və cənnətdən qovulmuşdur. Və bu zaman İblis uca Allahdan özü üçün möhlət verilməsini istəmiş və bu istəyi qəbul edilmişdir. Onun bu istəyini ilahi hikmətinə görə qəbul edən Uca Allah bu zaman onun belə dediyini bizləyə bildirməkdədir : "(İblis) dedi: 'Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!' " (Əraf surəsi, 16-17)
Bax Allahın düşməni, özünə möhlət verildiyini anlayınca, Adəm oğullarına düşmənliyini belə ifadə etmiş, Allahın doğru yoluna oturub bütün gücü ilə insanları bu doğru yoldan azdıqmaq üçün çalışacağını, heç bir zaman bu çalışmalarına ara vermədən damav edəcəyinə "and içərək" bildirmişdir. İbn Abbas, ibni Məsud, Cabir və Mücahid kimi İslam böyüklərinin bildirdikləri kimi. Müsəlmanların Allahın Kitabı, haqq yolu və dini olan İslam ilə əlaqələrini zəyiflətmək üçün hiylə və vəsvəsələrinə davam edəcəyinə and içmişdir.
Tarix: 18.04.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar