Allah taala buyurur: “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir”. (ən-Nisə, 148)
Aişə (Allah ondan razı olsun!) buyurur ki, Müaviyənin anası Hind rəsulullaha dedi: “Əbu Süfyan paxıl insandır. Mən onun malından gizlincə götürsəm mənim üçün günah olarmı?” Rəsulullah (s) buyurdu: “Sən və övladların lazım olan şeyi aşkarda götürün!” (Buxari 3/36 “Fəthul Bari” 4/405)
Fatimə bint Qeys rəvayət edir ki, Əbu Amr bin Hifs yanında olmadan onu qəti surətdə boşadı. Və ona öz elçisini göndərdi. O dedi: “Vallahi, bizim üzərimizdə sənin bir şeyin qalmayıb”. Qadın isə rəsulullahın (s) yanına gələrək olanları danışdı. Rəsulullah (s) isə “Sənin onun üzərində heç bir şeyin qalmayıb” dedi və onun iddə vaxtını keçirmək üçün Ummu Şureykin evində qalmasını əmr etsə də sonradan dedi: “O, elə bir qadındır ki, səhabələrim ondan ehtiyat edir. Ona görə də İbn Ummu Məktumun evində qal! O kor kişidir, üst paltarını rahatca çıxara bilərsən”. Qadın buyurdu ki, ona (s) Müaviyə bin Əbu Süfyanın və Əbu Cəhmin mənə evlənmə təklif etdiyini dedim. Rəsulullah (s) buyurdu: “Əbu Cəhmə gəlincə, o əsasın çiynindən yerə qoymur. (burada iki yozum var: birincisi, belə başa düşülür ki, həyatını səfərlərdə keçirir. Ikincisi isə onun qadınları çox vurmasına işarədir. Bu da, ən doğru yozumdur. Bax; İmam Nəvəvinin “Müslimin şərhi”) Müaviyə isə kasıbdır, imakanı yoxdur. Usəmə bin Zeydlə evlən!” Qadın qeyd edir ki, mən onu istəmədikdə rəsulullah (s) Usəmə ilə evlənməyimi məsləhət gördü. Mən onunla evləndim. Allah da bizə xeyir-bərəkət əta etdi”. (Müslim 2/1114)
Urva bin Zubeyr rəvayət edir ki, Aişənin bunları dediyini eşitdim: “Bir kişi rəsulullahın (s) yanına daxil olmaq üçün izn istədi. Rəsulullah buyurdu: “İcazə verin! Yerlipərəs nə pis insandır.” Kişi daxil olduqda isə onunla yumşaq danışdı. Sonra mən dedim: “Ya rəsulullah, dediklərini dedin, sonra onunla yumşaq danışdın.” Rəsulullah (s) buyurdu: “Ey Aişə, insanların ən şərlisi o kəsdir ki, günahı ucbatından insanlar onu tərk edər”. (“Səhih Buxari” 7/86 “Səhih Müslim” 4/2002 “Fəthul Bari” 10/471)
Buxari kitabının fəsillərindən birini “İnsanlar barəsində “uzun”, “gödək” kimi ifadələr işlətməyin icazəli olması” fəsli adlandıdır. Həmçinin, qeyd edir ki, rəsulullah (s) birinə “iki əlli” deməklə, onun pisliyini istəmirdi. (“Səhih Buxari” 7/85 “Fəth” 10/468)
Imam Nəvəvi qeyd edir ki, qeybətin dini məqsədlər üçün edilməsi altı səbəbdən caizdir:
Birincisi: Zülm olunarkən. Məzlum ona olunmuş zülmə görə sultana, qaziyə və ya rəhbər vəzifəsi olan insana şikayət edə bilər.
Ikincisi: Münkər bir əməli dəyişdirmək və günahkarı doğu yola qaytarmaq üçün kömək istəyərkən. Məsələn, kiminsə hər hansı bir günah etdiyini görərək imkanı olan şəxsdən “fılankəs belə bir günah edir, onu bu günahdan çəkindir” kimi sözlərlə kömək istəməsi dinin icazə verdiyi danışıq formasıdır.
Üçüncüsü: Fitva istəyərkən. Məsələn, müftinin yanına gələrək “fılankəs, yaxud atam və yaxud da qardaşım mənə qarşı bu cür zülm etmişdir. Mən ondan xilas olmaq üçün nə etməliyəm? Bu zülmü necə dəf edə bilərəm?” kimi ifadələr işlətməsi caizdir. Lakin, yaxşı olar ki, “bir kişi”, “bir ər”, “bir ata”, “bir övlad” kimi ifadələr işlətməklə müəyyən adamın adı çəkilməsin! Buna baxmayaraq hədisdə “Əbu Süfyan xəsis kişidir” kimi keçməsi müəyyən adamın adının da qeyd olunmasına icazə verir.
Dördüncüsü: Müsəlmanları şərdən çəkindirərkən. Bu bir neçə yöndən izah olunur:
a)Ravilərin, yazarların tənqidi, icma alimlərin rəyinə görə caiz, şəriəti qorumaq üçün isə vacibdir.
b)Məsləhətləşərkən qüsur barəsində xəbərdarlıq etmək. (buna dəlil əvvəldə qeyd olunmuş Fatimə bint Qeysin hədisidir. Bax; müslim 2/1114)
c)Həmçinin, birinin xarab, oğurluq mal və bu kimi əşyaları alarkən, fəsad törəkmək məqsədi güdmədən ona qüsurları bəyan edərək məsləhət vemrək dinin icazə verdiyi əməldir.
d) Fitnəkar bir insanın yanına gedib ondan elm öyrənmək istəyən insanın şahidi olduqda, onun bununla zərərə uğrayacağından qorxaraq, fitnəkarın eyiblərini göstərməklə məsləhət verməsi caizdir. Bu, həmçinin, müsəlmanların bir-birilərinə qarşı vəzifə borclarıdır.
e)Əmr sahihibi olan bir kəsin öz rəiyyətinə xidmət etmədikdə ondan yüksək əmr sahibi olan şəxsin onun barəsində danışıb tədbir tökməsində heç bir günah yoxdur.
Beşincisi: Fitnə və ya dinə əlavə olunmuş əməli aşkara çıxarmaq məqsədi ilə onu edən şəxsi ifşa etmək dinin icazə verdiyi qaydadır. Bu hal başqasına şamil olunmur.
Altıncısı: Müəyyən ləqəb verilmiş insanları həmin ləqəblərlə xatırlmaq günah sayılmaz. Məsələn, uzun, gödək, kor, axsaq və sair belə sözləri elə olduqlarına və həmin adlarla tanındıqlarına görə onlara aid etmək olar. Həmin insanları başqa adlarla xatırlamaq mümkündürsə, bu, daha yaxşı olar. Allah ən gözəlini biləndir. (Nəvəvinin şərhi 16/142 “Zikrlər” 292)
Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, fitnənin yaranmaması, çoxalmaması üçün və müsəlmanları şərdən və şər insanlardan qorumaq məqsədi ilə qeybət etmək olar. Imam Buxari (Allah ona rəhmət etsin!) fəsillərindən birini də belə adlandırır: “Fitnə və şübhə əhlini qeybət etməyin icazəsi fəsli” (Urva bin Zubeyrin Aişədən rəvayət etdiyi hədis bunun təsdiqidir.) Həqiqətən də, əsas məqsəd müsəlmanların fitnədən və şərdən uzaq olması və ümumiyyətlə bunların müsəlman cəmiyyətindən silinməsidir. (Bu, “Təhavi əqidəsi”ndə şer formasında öz təsdiqini tapır. Bax; səh 43)
Tarix: 17.04.2013 / 13:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar