Mövlanadan «Eşq nədir?» - deyə soruşmuşlar.
Çox düşünmədən cavab vermişdir:
« - Mən ol da , gör!»
Möhtəşəm eşq peyğəmbərinin bu sual qədər çətin sualı,
heç şübhəsiz, zamanlar boyunca səslənməmişdir!
«Mən ol da, gör!»- hansı qoçaq, Mövlana olmağı bacarar ki,
Eşqin də nə olduğunu izah etsin?!
Məhəbbət aləmində Mövlana hansı mərtəbədəydi ki,
«Mən ol da, gör!»- deyə görünməmiş qürur və toxtaqlıq göstərir?!
Bu sualın cavabını da Cəlaləddinin özündən eşidək:
«Eşq «mən» deyil; «sən» dedirtdirir!»
«Eşqi seç ki, özün də seçilmiş bir insan ola biləsən!»
«Eşqi eşqdən başqa heç nə söndürə bilməz!»
«Eşq Dinin ta özüdür !»
«Eşq gəldi: damarımda, dərimdə qan kəsildi; məni məndən aldı, sevgiylə doldurdu !..»
«Eşq ilə öl ki, diri qalasan!»
«Leylanı sevən Məcnun bənzəməz mənə: Mən aşiqəm, a dostlar, Leylanı yaradana!»
«Siz şəhvətin adını eşq qoymuşsunuz.
Əgər öylə olsaydı, eşşək insanların şahı sayılardı…»
«Bir sevginin qapısı Allahla açılar !
Allahı sevən, Allahın birliyinə inanan kimsə qulluğunu sevgi ilə göstərər.»
Hələ bu harasıdır?! Mövlanaya görə: Allah gözəldir,
O səbəbdən gözəlliyi və gözəli sevir .
Bəbəklərimizdən bir dünya gözəlinə boylanan biz deyilik,
Tanrının özüdür. Bizə qalan ancaq hambalçılıqdır…
Hər kim ki, eşq ilə yanıb tutuşmayıbsa, o, uçmayan qanadsız quş kimidir…
Tarix: 06.06.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar