Başqalarına qarşı zəfər qazanan qüvvətlidir, öz nəfsinə qarşı zəfər qazanan isə qüdrətlidir.
İnsanların fəlakəti insanlardan başqası deyildir.
İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi..İki şeyi unutma; Allahı və ölümü.
Qorxunc bir qurban bayramı olan qiyamət günü öküzlərə ölüm günü, insanlara isə bayram günüdür..
Əbədi olan cənnət dünyadakı bir neçə günlük əməlin deyil xalis niyyətlərin qarşılığıdır.
Özünü maraqlandırmayan şeyi tərk etməsi insanın yaxşı müsəlman olmağındandır.
Eşitdiyi hər şeyi söyləməsi, insana günah olaraq yetər.
Qul bir günah edər. Amma onunla cənnətə girər. Bu belə olur etdiyi günah davamlı xatirindədir. Ondan hər xatırladıqca tövbə edib qaçınır. Beləcə o günah səbəbiylə cənnətə girər.
Qəlbləri təmizləmənin dərmanı, Allahın dostlarının kəlamıdır. Onların yazılarını oxuyunca qəlblər təmizlənir.
Bir kimsə öz başından təfsir yazmağa, məna verməyə qalxarsa kafirdir.
Kimsə öz ruzisini bitirmədən ölməz.
Allahu Təala bir çox günahın cəzasını axirətdə qoyduğu halda, zalımların cəzasını dünyada verir.
Tarix: 05.06.2013 / 21:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 104 Bölmə: Maraqlı melumatlar