Sual-Dində sabit olduğu hesab edilən bəzi müsəlmanlar insanlar ilə sərt və soyuqqanlı rəftar edir, onlardan bəziləri isə həmişə qaş-qabaqlı görünürlər. Bu cür kəslərə sizin nəsihətiniz nədir? Müsəlman bir kəsin öz qardaşına qarşı, xüsusilə də dini əmrləri yerinə yetirməkdə naqislik edirsə, münasibəti necə olmalıdır?
Cavab: Saf, pak sünnə-Allah Rəsulunun sallallahu aleyhi və səlləm sünnəsi- dəlalət edir ki, Allahın yoluna hikmətlə, yumşaq, asanlaşdırmaqla dəvət etmək lazımdır.
Allahu Təala Elçisi Muhəmməd sallallahu aleyhi və səlləmə buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et” [ən-Nəhl 16:125].
Həmçinin Allahu Təala buyurur: “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar” [Ali-İmran 159].
Allahu Təala Musanı və Harunu (Onlara Allahın salamı olsun) Fironun yanına göndərdikdə belə buyurmuşdur: “Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” [Ta-ha 20:44].
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Allah təala mülayim rəftarla verdiyini, sərt rəftarla verməz”.
Həmçinin bir elçi göndərdikdə ona belə buyurardı: “Asanlaşdırın, çətinləşdirməyin; müjdələyin, nifrət etdirməyin”.
Həmçinin buyurmuşdur: “Sizlər asanlaşdırıcı olaraq göndərildiniz, çətinləşdirici olaraq göndərilmədiniz”.
Eləcə də, Allahın yoluna dəvət edən kəs yumşaq, mülayim, həmişə üzügülər və açıq ürəkli, səmimi olmalıdır ki, Allahın yoluna dəvət etdiyi kəslər onun dəvətini qəbul etmək üçün hazır olsunlar.
Həmçinin onun dəvəti Allah Azzə və Cəllənin yoluna olmalı, öz nəfsinə dəvət etməməlidir. Qalib gəlmək, ona müxalif olanlardan intiqam almaq üçün dəvət etməməlidir. Çünki o yalnız tək Allaha dəvət edərsə, bunu etməklə ixlaslı, səmimi olduğunu nümayiş etdirmiş olur. Allah təala onun dəvətini asanlaşdırar və bəndələrindən istədiyini onun əliylə hidayət edər. Bununla belə öz nəfsinə, sanki qalib gəlmək, filan və filankəsin onun düşməni olduğundan dolayı ondan intiqam almaq üçün dəvət edirsə, o zaman onun dəvəti naqis olacaq və dəvətin bərəkəti gedəcək.
Ona görə də, dəvətçi qardaşlarıma nəsihətim budur ki, bu şüur altında hərəkət etsinlər (bu şüur, anlayışı rəhbər tutaraq hərəkət etsinlər). Yəni, demək istədiyim budur ki, insanları onlara rəhm edərək, Allah Azzə və Cəllənin dininə təzim, hörmət və yardım etməyi qəsd edərək dəvət etsinlər.
Muhammad ibn Salih əl Useymin
Tarix: 03.04.2013 / 22:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Maraqlı melumatlar