1. Bütün qüslləri(cənabət, heyz, nifas, məss-meyyit və s.) tərtibi qüsl adlanan qayda ilə aşağıdakı şəkildə almaq olar:
- Qüsl alan şəxs qüsl niyyəti ilə (cənabət, heyz və s.– hansı qüslü aldığını müəyyən edərək və Allah-Taalanın əmrini yerinə yetirmək məqsədilə)
a) əvvəlcə başını və boynunu,
b) sonra çiynindən dabanadək bədənin sağ tərəfini,
c) sonra çiynindən dabanadək bədənin soltərəfini yumalıdir.
Əgər bir kəs qəsdən, yaxud unutqanlıq və ya məsələni bilməməzlik üzündən bu qaydaya – tərtibə riayət etməsə, qüslü batildir. Göbəyin və cinsiyyət üzvünün sağ yarısını bədənin sağ tərəfi ilə, sol yarısını isə bədənin sol tərəfi ilə yumaq lazımdır. Daha yaxşı olar ki, göbək və cinsiyyət üzvü bütövlükdə, bədənin hər iki tərəfi ilə yuyulsun.
1. Bədənin üç hissəsinin (baş-boyun, sağ tərəf, sol tərəf) tamamilə yuyulduğuna əmin olmaq üçün hər bir tərəfi yuyan zaman bir qədər o bir tərəfdən də yumaq lazımdır.
2. Boynunda bir neçə qüsl olan şəxs onların hamısının niyyətini tutub bir qüsl ala bilər
Tərtibi qüsl qaydasından əlavə irtimasi qüsl qaydası da var. İrtimasi qüsl alan şəxs gərək qüsl niyyəti ilə tamamilə suyun altına (hovuz, göl, çay, dəniz və s.) girsin və su bir anlığa da olsa onun bütün bədənini əhatə etsin.
(Əhli sünnə məzhəblərinə görə qüslə başlayarkən əvvəlcə ağız su ilə üç dəfə yaxalanmalı, sonra buruna üç dəfə su alınmalıdır, cəfəri (şiə) məzhəbində belə qayda yoxdur.)
Tarix: 03.01.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Maraqlı melumatlar