Ey mömünlər!
Sizə əmanət qoyub gedirəm. Siz ona sarıldıqca, yolunuzu azmayacaqsınız. O əmanət Allahın kitabı Qurani-Kərimdir.
Ey Əshabım!
Nəfsinizə zülm etməyin. Nəfsinizin də üzərinizdə haqqı vardır.
Ey İnsanlar!
Allah, hər kəsə düşən miras haqqını Quranda bildirmişdir. Hər cani öz günahından dolayı məsuliyyət daşıyır. Heç bir caninin işlədiyi cinayətə görə övladı məsuliyyət daşımır. Heç bir övladın da günahından dolayı atası məsuliyyət daşımır.
Ey insanlar!
Bir il on iki aydır. Bunlardan dördü haram aylardır. Bunlardan üçü arxa-arxaya Zilqaddə, Zilhiccə, Məhərrəmdir. Dördüncüsü Rəcəbdir.
Ey insanlar!
Allaha qulluq edin. Beş vaxt namazınızı qılın, orucunuzu tutun. Əmirlərimə itaət edin. O təqdirdə Rəbbinizin Cənnətinə girə bilərsiniz. Dində ifrata varmayın. Sizdən öncəkilərin məhv olma səbəbləri, onların dində ifratda olmaları idi. Həcc üsullarını məndən öyrənin. Bilmirəm bəlkə bundan sonra bir daha həcc edə bilmədim.
Bu nəsihətlərimi burada olanlar olmayanlara çatdırsınlar. Ola bilər ki, o insanlar burada olanlardan daha da yaxşı anlayaraq dini qorumuş olacaqlar.
Ey insanlar!
Nə zamansa məni sizdən soruşacaqlar. Nə deyəcəksiniz? Vəzifəsini layiqincə yerinə yetirdimi?
(Səhabələr bu suala bir ağızdan “Bəli” dedilər. And içirik ki, təbliğ etdiniz). Buna şəhadət edirik.
Allah Rəsulu barmağını havaya qaldıraraq, üç dəfə;
`Şahid ol Ya Rəbbi` dedi.
P.S: Bu da xütbənin sonu. İnşAllah Allah Rəsulunun bu son xütbəsinə hər bir müsəlman ən azından əməl etməyə çalışar.
Tarix: 05.06.2013 / 22:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar