Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümə namazı qadınlara vacib deyil

Sual: Cümə namazı təkcə kişilər üçün vacibdir, yoxsa qadınlar üçün də vacibdir? Qadın necə namaz qılmalıdır? Mən qadınam və məsciddə hər hansı bir yer yoxdur. Cümə namazinı özüm evdə tək qıla bilərəmmi? Bu halda cümənin savabını qazanırammı?

Cavab: Həmd Allaha məxsusdur.

Elm əhli ittifaq ediblər ki, cümə namazı qadınlara vacib deyil və onlar evlərində dörd rükət zöhr namazı qılırlar.

İbn əl-Münzir (Allah ona rəhmət etsin) “əl-İcma”da (No 52) deyir:
Alimlər yekdilliklə ittifaq ediblər ki, cümə namazı qadınlar üçün vacib deyil. Sitatın sonu.


Bunun üçün dəlil Tariq ibn Şihabın(Allah ondan razi olsun) rəvayət etdiyi hədisdir. Hədisdə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyi rəvayət olunur: “Dörd nəfər –kölə, qadın, uşaq və xəstəni çıxmaq şərtilə camaat ilə cümədə iştirak etmək hər bir müsəlmanın üzərinə düşən vacib bir haqqdır”. Əbu Davud rəvayət edir, 91067.

Ən-Nəvəvi “əl-Məcmu”da demişdir (4/482): İki şeyxin ( yəni Buxari və Müslimin) şərtlərinə əsasən hədisin isnadı səhihdir.

İbn Rəcəb “Fəth əl-Bari”də demişdir: Hədisin isnadı səhihdir.

İbn Kəsir “İrşad əl-Fəqih”də (1/190) demişdir: Hədisin isnadı ceyyiddir (yaxşıdır).

Həmçinin Əlbani “Səhih əl-Cami”də hədisi səhih olaraq təsnif edib.

Cümənin qadınlar üçün vacib olmamasının hikməti budur ki, şəriət kişilərin toplaşdığı yerlərdə qadınların iştirak etməməsini təşviq edir. Belə ki, belə olduğu halda bəzi xoşagəlməz nəticələr yarana bilər. Necə ki, indiki dövrdə bir çox iş yerlərində kişi və qadınların bir-birinə qarışması (ilə nəticələnən fəsadlar). Bax. Bədaai əl-Sənaai, (1/258)


Əgər qadın zinət əşyaları və ətriyyatdan istifadə etmədən Şəriət qaydalarına bağlı qalaraq, riayət edərək məscidə gedərsə, cümə namazında iştirak etməsində və imamın arxasında durub iki rükət namaz qılmasında səhv bir şey yoxdur və bu halda zöhr namazı qılmasına ehtiyac qalmır.

İbn əl-Münzir (Allah ona rəhmət etsin) “əl-İcma”da (No 52-53) demişdir:
“Alimlər yekdilliklə ittifaq ediblər ki, əgər qadınlar imama qoşulub onunla birgə namaz qılsalar bu onlara kifayətdir”. Sitatın sonu.


İbn Qüdamə(Allah ona rəhmət etsin) “əl-Muğni” də (2/88) demişdir:
“Lakin qadın cümə namazını qılarsa, onun namazı səhihdir. Çünki, qadınların camaat ilə namaz qılması səhihdir. Belə ki, qadınlar Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ilə camaatda namaz qılardılar. Sitatın sonu.


İstər kişi, istərsə də qadın olsun, cümə namazını evdə təkbaşına qılmaq səhih deyil, çünki yalnız camaat ilə qılındığı halda cümə namazı səhih olur. Necə ki, bu barədə yuxarıda iqtibas edilən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisində zikr olunur: “Camaat ilə cümədə iştirak etmək hər bir müsəlmanın üzərinə düşən vacib bir haqqdır”.

Əgər bir dəstə insan cümə namazını evdə qılırsa bu da səhih (etibarlı) sayılmır, çünki cümə namazı müsəlmanların bir yerə toplaşıb namaz qılması, xütbəyə qulaq asması və ondan faydalanması üçün şəriətdə buyurulub. Bu səbəbdəndir ki, buna ehtiyac(məs. şəhər olduqca böyük ola bilər və yaxud bütün insanların yerləşdiyi cami məscidi yoxdursa) olmadıqca bir şəhərdə bir neçə yerdə cümə namazı qılmaq icazəli deyil.

Buna əsaslanaraq deyirik ki, cümə namazını əda etmək üçün məscidə getmirsinizsə, bu halda evdə zöhr namazını qılırsınız.



Daimi Heyətin Fətvalarında (7/337) deyilir:
“Əgər qadın imamla birgə cümə namazını qılarsa bu onun üçün kifayətdir və zöhr namazını qılmamalıdır; həmin gün zöhr namazını qılması icazəli deyil. Yox əgər özü tək namaz qılarsa, zöhr namazını qılmalıdır və cümə namazını qılmır. Sitatın sonu.”

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun)-in “Hərçənd evləri onlar üçün daha yaxşı olsa da, qadınlarınızın məscidə getməsinə mane olmayın” sözlərinin ümumi mənasına əsasən qadınların zöhr namazını evdə qılması daha yaxşıdır. Əbu Davud rəvayət etmişdir (567); Əlbani “Səhih Əbu Davud”da hədisi səhih olaraq təsnif edilib”.

Əgər qadın cüməyə getmək istəyirsə, ilk növbədə ətirlənməkdən və zinət əşyalarını taxmaqdan, küçədə kişilər ilə birgə izdihamın içində olmaq kimi hallardan çəkinməlidir.

Ən doğrusunu Allah bilir.


Tarix: 02.04.2013 / 21:05 Müəllif: *Beyaz_Gul* Baxılıb: 283 Bölmə: Maraqlı melumatlar
loading...