1. Hədis Qurani Kərimdəki hökmlərə müvafiq olur. Bu vəziyyətdə Quran və hədisdə əksini tapmış hökmlər dəlillərin eyni mövzu ətrafında ardıcıllıqla dayanaraq bir-birini təsdiq edir. Məsələn, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq, Allah Evini ziyarət etmək kimi məsələlər buraya daxildir. Eyni formada, Allaha şərik qoşmağ, yalan şahidlik etməyi, ata-anaya qarşı çıxmağı qadağan etmək, Allah yolunda mübarizə və bir sıra başqa məsələlər də bu qəbildəndir.
2. Hədis Qurani Kərimdə verilmiş bir hökmü bəyan və ya izah edən ola bilər. Məsələn, namaz vaxtlarının, rükət saylarının, zəkatın ölçüsü və vaxtının, zəkatı verilən şeylərin açıqlanması. Oruc və həcc ibadətlərinə dair hökmlər və Qurani Kərimdə yığcam (qısa və dolğun ifadələrlə) verilmiş digər oxşar hökmlər də belələrindəndir.
3. Hədis Qurani Kərimin toxunmadığı bir hökmü təsbit edə bilir. Məsələn, qadının bibisi və ya xalası ilə birgə nikahlan¬masının haram edilməsi, yırtıcı heyvanlardan köpək dişi olanları¬nın, quşlardan isə caynaqlı olanlarının ətinin haram edilməsi və bunlara bənzər Sünnənin özünün qanuniləşdirdiyi digər hökmlər də buraya daxildir.
4. Hədisin Qurandakı ümumi ifadələri dəqiqləşdirməsi. Məsələn, oğrunun əlinin haradan kəsiləcəyinin izah edilməsi.
5. Qurandakı anlayışların hədislə açıqlanması. Məsələn, oğrunun əlini kəsməyi zəruri edən oğurlanmış şeyin miqdarının təyin edilməsi.
Tarix: 17.04.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar