Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən birinci iman lə iləhə illəllah (Allahdan başga haqq məbud yoxdir) dəməkdir.

1-Əbu Cəmradən Belə rəvayət olunur: Abdullah ibn Abbasın önündə, insanlara dediyini tərcümə edirdim. Onun yanına bir qadın gəlib, saxsı qabda qıcqırdılmış şərab haqda soruşduqda o belə dedı: “Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) yanına Abd Əl-qeys qəbiləsindən bir necə nəfər gəldi, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) onlardan soruşdu: “kimsisiniz və ya hansı qövmdənsiniz” Onlar: “Rabiə” dənik deyə cavab verdilər. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) dedi: “gələn kəslərə və ya qövmə salam olsun, rüsvayçılıq, peşmançılıq üzaq olsun sizdən” Onlar dedilər: “Ey Allahın elçisi sənin yanına uzaq yoldan gəlmişik səninlə bizim aramızda olan yol kafir Mudar qəbiləsinin ərazisidir, buna görə sənin yanına yalnız haram ayında gələ bilərik, bizə mühim olan bir şeyi əmr etki, bizdən başqalarına onu çatdıraq və onunla cənnətə girək” Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun): “onlara dörd şeyi əmr edib, dörd şeydən çəkindirdi”, “onlara yalnız Allaha iman etməyi əmr edərək dedi: Bilirsinizmi yalnız Allaha iman etmək nədir? Onlar: “Allah və Rəsulu bilər” deyə cavab verdilər Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dedi: “ Allahdan başqa haqq məbud olmadığına və Məhəmmədin onun rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq və qənimətin beşdə birini verməkdir” onlara dubbə (quru balqabağdan olan qab), həntəm (yaşıl saxsı) və müzəffəti (qirla sıvanmıs qab) (bu qablarda nəsə qıcqırdmağı) qadağan etdi”. Şöbə belə demişdir: “bəlkədə nəqir (içi ovulmuş xurma ağacının kötüyündən olan qab) dedi” Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) onlara: “bunları əzbərləyin və başqalarınada xəbər verin” deyə tövsiyə etdi. Muazın oğlu atasından rəvayət etdiyi hədisdə belə əlavə etdi: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Abd Əl-qeys qəbiləsindən olan Əşəc adlı birinə belə demişdir: “Səndə Allahın sevdiyi iki xislət var: hövsələ və tələsməmək”. (Buxari \ 87, Müslim\17)

2-Əbi Hüreyrə (Allah ondan razı olsun) belə demişdir: “Bir gün PEYĞƏMBƏR (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) insaların arasında olduğü zaman ona bir kişi yaxınlaşaraq soruşdu: “Ey Allahın Elçisi iman nədir?” O: “İman; Allaha, Mələklərinə, Kitablarına, Allahla görüşməyinə, Rəsullarına (Peyğəmbərlərinə) və Qiyamət günü diriləcəyinə iman etməkdir” deyə cavab verdi. Kişi yenə soruşdu “Ey Allahın Elçisi islam nədir?” O: “İslam Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaq, Fərz olunmuş Namazları qılmaq, Fərz olunmuş Zəkatı vermək və Ramazan orucunu tutmaqdır” deyə cavab verdi. Kişi “Ey Allahın Elçisi Ehsan nədir?” deyə yenə soruşdu: O “Ehsan Allaha Onu gördüyün kimi ibadət etməkdir. Həqiqətən sən Onu görməsəndə O səni görür” deyə cavab verdi: Kişi “Ey Allahın Elçisi Qiyamət nə zamandır?” deyə soruşdu?: O belə cavab verdi: “Soruşulan Soruşandan artıq bilmir, lakin sənə onun əlamətlərindən danışaram. Kəniz ağasını doğduğu zaman; bu onun əlamətlərindəndir. Ayaq yalın, çılpaq kəslərin insanlara başçılıq etdikləri zaman; bu onun əlamətlərindəndir. Qoyun otaran çobanların uca binalar tikərək yarışdıqları zaman; bu onun əlamətlərindəndir. Beş şeyi Allahdan başqa heç kəs bilməz (sonra bu ayəni oxudu) “Həqiqətən, o saatı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!” (Loğman\ 34) Sonra kişi getdi. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) ətrafındakılara belə dedi: “Kişini mənim yanıma qaytarın!” Onu qaytarmaq üçün axtardılar, lakin heç kəsi tapmadılar. Belə olduqda Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) dedi: “O Cəbrail idi, insanlara onların dinini öyrətməyə gəlmişdi”. (Buxari \ 50, Müslim\9).


Tarix: 25.04.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar
loading...