Dua
İbn Ömər (r.a) rəvayət edirki, peyğəmbər (s.a.v) demişdir: “Dua həm üz verən həm də üz veriləcək bir şeylərə qarşı xeyr gətirir. Allaha dua edin ey Allahın qulları!”
(Əhməd, ət-Tirmizi, əl-Hakim. Bax “Səhih əl-cəmi”, 3409. Hədis həsəndir.)
Sə‘ad (r.a) rəvayət edirki, peyğəmbər (s.a.v) demişdir: “Sizlərə insanı bu dünyada bəla və fəlakətlərdən azad edən dua haqqında xəbər verimmi? Bu Zun-Nnunun (Yusif peyğəmbərin) duasıdır: “Səndən başqa ibadətə layiq bir ilah yoxdur. Sən hər şeydən ucasan! Həqiqətən mən zalımlardan idim”. (əl-Hakim, İbn Əbi Dünya, hədis səhihdir. Bax “Səhih əl-cəmi”, 2605.)
لاَ إِلَهَ إِلاََّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ
/Lə iləhə illə əntə, subhənəkə, inni kuntum minə-zzalimin/.
Əsma bin ‘Umeys (r.anha) rəvayət edirki, peyğəmbər (s.a.v) demişdir: “Əgər qəmə, bəlaya, xəstəliyə və ya çətinliyə düşmüş kimsə “Allah Rəbbimdir və Onun şəriki yoxdur” desə, o (dua) onu bütün bunlardan azad edər”.
(At-Tabarani. Hədis həsəndir. Bax “Səhih əl-cəmi”, 1299.)
اللهُ رَبِّ، لاَشَرِيكَ لَهُ
/Allahu Rabbi, lə şərikə ləhu/
İbn Ömər (r.a) rəvayət edirki, peyğəmbər (s.a.v) Allaha: “Allahım! Məni bədbəxt kimi yazıbsansa, silib məni xoşbəxt kimi yaz” duasıilə müraciət edərdi.
(Abdullah ibn Əhməd “əz-Zühd” əsərində, 429. Hədisin bütün raviləri etibarlıdırlar.)
اللَّهُمَّ إِنْ كُنْتَ كَتَبْتَنِي شَقِياًّ فَامْحُنِي وَاكْتُبْنِي سَعِيدًا
/Allahummə in kunta katabtani şaqiyən famhuni uaktubni sa‘idan/.
Tarix: 11.04.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar