Dəccalın əlamətləri
Dəccal rübubiyyət (Allahlıq) iddiasındadır, onun batilliyini biruzə verən əməllər sahibidir. Bir adam onun yanına gəlib elə zənn edir ki, Dəccalın şəri ona təsir edə bilməz, onun batilliyi üzdədir. Lakin onunla qarşılaşanda aldanır və ona tabe olur. Əbu Davudun İmran bin Hüseynə səhih istinadlı hədisində deyilir: "Peyğəmbər (sav)demişdir: "Dəccal barədə eşidən, mütləq qaçacaqdır. Allaha and olsun, onun yanına gələn, onu mömin hesab edəcəkdir, onun ardınca gedəcəkdir. Yanına gələndə ona qarşı şübhə hissləri meydana gələcəkdir və yaxud o, şübhə doğuracaqdır".
("Camiul usul": 10/354, hədis: 7846, İbn Kəsir «Ən-Nəhayə, 1/82)
Dəccalın əməllərilə dərindən tanış olan onların batilliyini tez dərk edəcəkdir. O, rübubiyyət sifətlərindən məhrumdur. O, aciz, miskin bir insandır, bəşərdir. Öz bütün iddialarına və törətdiklərinə rəğmən yeyir, içir, yatır, sidik və nəcis ifraz edir. Belə keyfiyyətlərə malik bir miskin varlıq necə ibadət edilən Tanrı, varlığın Rəbbi ola bilər ki, onun özü İzzət və Cəlalət sahibindən asılıdır!!!
Bütün bunlarla yanaşı Peyğəmbərimiz (sav) bizə onun sifətləri, keyfiyyətləri, xarakterik əlamətləri barədə çox dəqiq məlumatlar çatdırmışdır ki, o möminlər ki, onların yaşadığı dövrdə Dəccal zahir olacaq, onu tanıya bilsinlər, ona qarşı çıxsınlar və şərinə uymasınlar.
ƏN ÜMUMİ ƏLAMƏTLƏR:
Peyğəmbər çox müfəssəl və dəqiq şəkildə Dəccalın şəxsiyyətini və xarici görünüşünü təsvir edir. İmam əl-Buxarinin "Səhih" əsərində Abdulla bin Ömərə istinadən bu hədis verilir: "Peyğəmbər (sav) Dəccalı yuxuda görmüşdü. Onu belə təsvir edibdir: "İri bədənli adamdır, qırmızı rəngdədir, qıvrımsaçdır, tək gözlüdür, bir gözü elə bil qaralmış və içi açıq üzüm giləsidir.....
(əl-Buxari "Səhih", "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. «Fəth əl-Bari», 13/96)
Əhmədin "Müsnəd" və Əbu Davudun "Sünən" əsərlərində İbadə bin əs-Samitdən bu hədis verilir: "Peyğəmbər (sav) demişdir: "Mən sizə Dəccaldan danışıram ki, Məsih Dəccalın qısaboy adam olmasını fikirləşməyəsiniz. O, ayaqları əyri, qıvrımsaç, tək göz, kor bir şəxsdir. Göz olan yerdə nə bir çıxıntı, nə də ki, hədəqə vardır. Əgər siz məni düzgün başa düşdünüzsə, bilin ki, sizin Rəbbiniz tək göz deyildir. Siz dünyanızı dəyişmədən(yəni bu dünyada) öz Rəbbinizi görə bilməyəcəksiniz".
(Sahihul camii sağir". 2/318, hədis: 2455)
DƏCCALIN TƏKGÖZ OLMASI.
Peyğəmbər Dəccalı təsvir edərkən onun tək gözlü olmasını xüsusilə qeyd edir. Çünki Dəccal öz başqa əlamətlərini gizlətsə də tək gözünü heç cürə gizlədə bilməz. İki göz hər kəsin ilk növbədə görə bildiyi bariz əlamətlərdir. Bu elə əlamətdir ki, onu gizlətmək olmur. Yuxarıdakı hədislərdə onun tək gözünə xas olan eyiblər barədə danışılmışdır. Ən aydın əlamət Dəccalın tək gözlü olmasıdır. Bəzi hədislərdə deyilir ki, sağ göz yoxdur, başqalarında sol gözün olmamasından danışılır. Çox güman ki, sağ göz kordur. İmam əl-Buxari və Müslimin hamının qəbul etdiyi hədislərində deyilir ki, Peyğəmbər Dəccalı bir qaralmış, sönmüş ağaca bənzədir. Başqa bir hədisdə onun sağ gözünün əyri, domba olduğu deyilir, təzə mala çəkilmiş divara yapışmış bəlğəmə bənzədilir". İmam əl-Buxarinin "Səhih"ində Abdullah bin İmrandan bu hədis verilir: "Peyğəmbər (sav) Dəccal barədə demişdir: "Sağ gözü əyridir, elə bil ki, qaralmış və içi açıq üzüm giləsidir".
("Səhih" əl-Buxari, "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. «Fəthul bari» 13/96, Müslim "Fitnələr" kitabı. Dəccalın zikri 4/2247, 18/46.)
Əbu Əhməddən Səidin verdiyi hədis: "Sağ gözü kordur, dombadır. Onu gizlətmək olmur". Bununla belə yuxarıda verilən hədislərdə deyildiyi kimi, Dəccalın bir gözü olan yer dümdüzdür. Əl-Buxarinin "Səhih"ində deyilir: "Dəccalın gözü olan yer dümdüzdür".
(Fəth əl-Bari", 13/98)
Hədis alimi ən-Nəvəvi bütün bu rəvayətləri başqa bir səpkidə şərh edir. Onun fikrincə, Dəccalın hər iki gözünün əyri olması fikrini irəli sürən hədislər səhihdirlər. Əyrilik sözünün dildə mənası eyibli olmaq deməkdir. Dəccalın hər iki gözü eyiblidir. Bəzi hədislərdə sağ gözün, digərlərində isə sol gözün əyriliyindən danışılır. Həmçinin deyilir ki, onlardan biri sönmüşdür, yəni kordur, işıqsızdır, o birisi isə dombalmışdır. Bir gözünün işığı olsa da eyiblidir, o birisinin isə işığı yoxdur. Biri domba olsa da, o biri batıqdır, üstü dümdüzdür. Bu əlamətlər zahiri və ən bariz olanlardır. Dəccalın gözü batıqdır, üstündə iyrənc bir çıxıntı vardır.(Müslim. "Səhih". "Fitnələr" kitabı 18/47, hədis: 2934) Bu qəliz çıxıntı iyrənc dəridir. Əl-Əsməyi də demişdir: "Gözün kənarında bir parça dəri vardır".
Peyğəmbər (sav) Dəccalın görən gözünü belə təsvir edir: "Dəccalın gözü şüşə kimi yaşıl rəngdədir".
(Səhih istinadlı Əhməd və Əbu Nueymin hədisidir. «Silsilət əl-Əhadis əs-səhihə», 4/477, hədis: 1863)
İKİ GÖZÜNÜN ARASINDA KAFİR YAZILMIŞDIR.
Dəccalın, həmçinin başqa bir aydın əlaməti də vardır ki, Allah bununla onu bütün möminlərə tanıdır. Yalnız Allahın kor etdiyi şəxslər bunu görə bilmirlər. Bu əlamət iki gözün arasında yazılmış "K", "F" və "R" hərfləridir. (Yəni kafir). İmam əlBuxarinin "Səhih"ində Ənəsin hədisi verilir: "Peyğəmbər (sav) demişdir: "Elə bir peyğəmbər yoxdur ki, öz ümmətini əyri göz yalançıdan çəkindirməsin. O, tək gözlüdür, sizin Rəbbiniz isə tək gözlü deyildir. İki gözünün arasında kafir sözü yazılmışdır".
(əl-Buxari, "Səhih". "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. «Fəth əl-Bari», 13/97, 7131 saylı hədis)
Müslimin "Səhih" əsərində də oxşar hədis verilir. Lakin bu hədisdə deyilir: "İki gözünün arasında k.f.r. yazılmışdır".
(Müslim "Səhih" Fitnələr kitabı. Dəccalın zikri fəsli. 18/47, hədis: 2933)
İbn Xuzeymənin "Səhih", İbn Macənin "Sünən" və əl-Hakimin "Müstədrək" əsərlərində Əbu Umaməyə istinadla verilən səhih hədisdə deyilir: "İki gözünün arasında kafir yazılmışdır. Ona nifrət edən bunu oxuya bilir və ya hər bir mömin bunu oxuyur".
(Müslim. Fitnələr kitabı. İbn Səyyadın zikri fəsli. 18/37)
Bütün tədqiqatların nəticələri budur ki, səhih olanı - bunu ən-Nəvəvi (Allah təala ona rəhmət eləsin) deyir: "Bu yazı tamamilə aydındır, bu həqiqi bir yazıdır. Onu Allah təala Dəccalın küfrünü, yalançılığını və batilliyini göstərən aydın bir əlamət, bariz bir ayə etmişdir. Bu yazını Allah hər bir savadlı və savadsız müsəlmana bildirir, onun əzabından və fitnə-fəsadından onları çəkindirir. Bu danılmaz bir həqiqətdir.
O SONSUZDUR (ÖVLADI OLMUR).
Peyğəmbər (sav) bildirir ki, Dəccal sonsuzdur, övladı olmur. Müslim "Səhih" əsərində bu hədisi verir.Dəccalın əlamətləri

Peyğəmbər (sav) bildirir ki, Dəccal sonsuzdur, övladı olmur. Müslim "Səhih" əsərində bu hədisi verir.
Tarix: 04.05.2013 / 13:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Maraqlı melumatlar