Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (TƏZİYƏ)

ON DÖRDÜNCÜ: TƏZİYƏ
1.Ölü sahibinə başsağlığı vermək, onu səbrə çağırmaq, əcr diləmək və mərhuma dua oxumaq şəriətə uyğundur.
2. Başsağlığı verən əzadları (ölü sahiblərini) sakitləşdirir, onları qəm-qüssədən ayırmağa çalışır, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyuruğuna uyğun olaraq riza və səbrə sövq edir. Məsələn, deyir: «Alan da, verən də Allahdır. Onun üçün hər şey müvəqqətidir. Səbr edin, şikayətlənməyin». Əgər bu sözləri bilmirsə, eyni məqsədlə deyilən və şəriətə müxalif olmayan başqa xoş sözlər seçməlidir. Bəziləri deyirlər: «Ömrü sənə qalsın» (Ərəbcə hərfi tərcümə belədir: «Qalan sənin həyatın olsun»—z.q). Bu şəriətə müxalifdir. Bu qalan nədir? (Yəni Allah verdiyi ömrü vaxtında alır, artıq bir şey verməyib ki, o da qalsın—z.q).

3. Başsağlığı vermək üçün yalnız üç gün ayrılmır. Nə vaxt lazım bilinsə, başsağlığı vermək olar.
4. İnsanların yol verdikləri iki işdən qaçmaq lazımdır:
a) başsağlığı vermək üçün xüsusi bir yerdə, məzar üstə və ya məsciddə, evə oxşar bir yerdə toplaşmaq ;
b) əzaya gələnlərə ölü sahiblərinin yemək verməsi.
Lakin bu gün qəbirstanlıqlarda bu kimi əməllər baş alıb gedir.
5. Əslində və ya həqiqətdə ölən kəsin qohumları və qonşuları ölənin əhlinə yemək hazırlayıb gətirməlidir.
6. Msütəhəbdir ki, yetimə kəramət və şəfqət göstərib başını sığallayasan.

Əli Həsən Əli Əbdül Həmidin "Ölüm İbrət və Qaydalar" kitabından
Tərcümə edəni: Zakir Qasımov


Tarix: 17.04.2013 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar
loading...