Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏDİ

əl-Hədi – Bu İsim Qurani Kərimdə fel olaraq keçir. Doğru yola yönəldən, hidayət verən deməkdir. «Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər (HƏDİ)». (əl-Həcc 54). «Rabbinin sənə bir rəhbər (HƏDİ) və bir mədədkar olması kifayət edər». (əl-Furqan 31). Rəsulullah (s.a.v) buyurdu: «Şübhəsiz ki, Allah hidayətə yönəldəndir və fitnəyə salıb azdırandır»
(İmam Məlik «Muvatta» 1729. )

Hidayət İki Cürdür: 1. Yol göstərmək, dəvət etmək və yönəltmək. «Sən yalnız bir müjdələyicisən. Hər bir millətin bir yol göstərəni vardır». (ər-Rəd 7). «Sən düz yola yönəldirsən». (əş-Şura 52). 2. Qorumaq, dəstəkləməkdir. Bu da yalnız Allaha məxsusdur. «Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar». (əl-Qəsəs 56). «Onlar Rəblərindən olan hidayət üzərədirlər». (əl-Bəqərə 5). Həmd ancaq Allahadır, ona həmd edir, ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz.(Müslim 868.)

Hər bir müsəlman Allahın onu yaratdığını bildiyi kimi, mərhəməti ilə hidayətə yönəldənin və ya ədaləti ilə saptıranın da Allah olduğunu bilməsi lazımdır. Bu bilikdən sonra daima Allahdan özünə hidayət istəməsi və İslam üzərə ölməsini tələb etməli və bunun üçün də dua etməlidir. «Ey iman gətirənlər! Sizə həyat verən şeylərə çağırıldığınız zaman Allah və Rəsuluna icabət edin. Bilin ki, Allah insan ilə qəlbi arasına girər». (əl-Ənfal 24). «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər». (əl-Ənam 125). Allah imanı kimin qəlbində yaradırsa ancaq o, hidayət tapır. Nə peyğəmbər, nə bir başqası buna müdaxilə edə bilməz. «Sənə düşən yalnız təbliğ etməkdir». (əş-Şura 48). «Rəbbimiz hər şeyə öz surətini verən və sonra da doğru yolu göstərən Allahdır». (Ta ha 50) ayəsində hidayət ilə bütün canlıları əhatə edən hidayət qəsd edilmişdir. Əgər bu hidayət olmasaydı kişilər qadınlara yönəlməz, heyvanlar otlaqlara getməz, bal arıları pətəklərinə yönəlməz və s. sayılmayacaq qədər çoxdur»


Tarix: 05.05.2013 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar
loading...