16.«Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükr edəsiniz!» (ən-Nəhl 78). «(Ya Peyğəmbər!) De ki: «Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə) nə az şükr edirsiniz!» (əl-Mulk 23).
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah – subhənəhu və təalə – İsrail oğullarından cüzəm xəstəliyinə tutulanı, keçəli və koru imtahan etmək üçün yanlarına bir mələk göndərir. Mələk cüzəm xəstəliyinə tutulanınn yanına gələrək: «Ən çox nəyi arzu edirsən?» deyə soruşur. Cüzəm: «Gözəl rəng, gözəl dəri və insanları məndən iyrəndirərək uzaqlaşdıran bu xəstəliyin getməsini arzu edirəm!» dedi. Mələk cüzəmin vücuduna əl sürtdü. Dərhal ondan bu xəstəlik getdi və ona gözəl rənglə, gözəl dəri verildi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Cüzəm: «Dəvə və ya inək!» deyə cavab verdi. Ona on aylıq bir dəvə verildi. Mələk: «Allah bunu sənin üçün bərəkətli etsin!» deyə dua etdi. Sonra mələk keçəlin yanına gələrək: «Ən çox nəyi arzu edirsən?» deyə soruşur. Keçəl: «Gözəl saç və insanları diksinərərək məndən uzaqlaşdıran bu keçəlliyin getməsini arzu edirəm!» deyə cavab verdi. Mələk onun da vücuduna əl sürtdü. Dərhal keçəllik ondan gedərək yerinə gözəl saç verildi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Keçəl: «İnək!» deyə cavab verdi. Ona da balalı bir inək verildi. Mələk: «Allah bunu sənin üçün bərəkətli etsin!» deyə dua etdi. Sonra mələk korun yanına gələrək: «Sən ən çox nəyi arzulayırsan?» deyə soruşur. Kor: «Allahdan gözlərimi geri qaytarmasını və insanları görməyimi arzu edirəm!» deyə cavab verdi. Mələk ona da əl sürtdü və Allah ona görmə qabiliyyətini verdi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Kor: «Qoyun!» deyə cavab verdi. Ona da balalı qoyun verildi.
Bir müddətdən sonra dəvə və mal-qara sahiblərinin heyvanları bala verdilər. Qoyun sahibinin də qoyunu quzuladı. O, qədər ki, dəvə sahiblərinin bir vadi dəvəsi, mal-qara sahibinin bir vadi mal-qarası, qoyun sahibinin də bir vadi dolusu qoyunları oldu.
Günlərin birində mələk bu üç kimsə ilə görüşmək üçün ilk görüşdüyü surətdə cüzəmin yanına gəldi və ona: «Mən kasıb birisiyəm. Səfər zamanı bütün azuqəmdən məhrum olmuşam. Bu günki gündə Allahdan, sonra da səndən başqa müraciət edəcəyim yer yoxdur. Sənə gözəl rəng, gözəl dəri və gözəl mal verən Allah xatirinə səndən bu səfərimi bitirib (yurduma) çatmaq üçün dəvə istəyirəm. Cüzəm: «Borcum çoxdur və (sənə verəcəyim malım da yoxdur)» dedi. Mələk: «Mən səni tanıyıram. Sən insanların iyrənərək çəkindiyi və Allahın var-dövlət verdiyi kasıb deyilsən?» dedi. Cüzəm: «Xeyr, mənə bu mal-qara ata babamdan mülk qalıb!» deyə cavab verdi. Mələk: «Əgər sən yalan deyirsənsə qoy Allah səni əvvəlki vəziyyətinə qaytarsın!» dedi. Sonra mələk keçəlin yanına gəldiyi ilk görkəmdə gələrək ona da cüzəmə dediyi sözlərin eynisini dedi. Keçəl də cüzəmin verdiyi cavabın eynisini vedi. Mələk ona da bəd dua edərək: «Qoy Allah səni də əvvəlki vəziyyətinə qaytarsın?» dedi. Mələk bundan əvvəlki surətdə gəldiyi kimi korun da yanına gələrək ona da: «Mən kasıb birisiyəm. Səfər zamanı bütün azuqəmdən məhrum olmuşam. Bu günki gündə Allahdan, sonra səndən başqa müraciət edəcəyim yer yoxdur. Sənə gözünü qaytaran Allah and verirəm səndən bu səfərimi bitirib (yurduma) çatmaq üçün qoyun istəyirəm». Kor: «İstədiyin qədər götür və istədiyin qədər də saxla. Həqiqətən mən kor bir kimsə idim. Allah mənə gözlərimin nurunu verdi. Vallahi bu gün Allah üçün alacağın (götürəcəyin) heç bir şeydə sənə əngəl olmayacağam və götürdüklərini geri qaytarılmasını da istəmirəm!» deyə cavab verdi. Mələk: «Malını saxla özünə. Allah sizləri imtahan etdi və səndən də razı qaldı. O, iki yoldaşına isə qəzəb etdi» deyə cavab verdi
(Buxari 3464, Müslim 2964. )
Tarix: 25.04.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar