Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜNAFİQLƏRİN 30 ƏLAMƏTİ

1. Yalan danışmaq və yalan uydurmaq
2. Xainlik, satqınlıq
3. Mübahisə zamanı hayasızlıq və əxlaqsızlıq nümayiş etdirmək
4. Sözünün üstündə durmamaq
5. İbadətdə tənbəllik göstərmək

6. Riyakarlıq etmək, özünü göstərmək
7. Allahı zikr etməmək
8. İbadət etdikdə, namaz qıldıqda (tez qurtarmaq üçün) tələsmək
9. Möminlər və salehlər arasından özlərini saleh, yaxşı əməllər etməyə həsr edənlərə böhtan atmaq və şərləmək
10. Quran, Sünnə və Allah Rəsuluna sallallahu aleyhi və səlləm lağ etmək, istehza etmək
11. Özlərini (mənfur niyyətlərini) qorumaq üçün yalandan and içmək, andlarını pərdə etmək
12. Allah yolunda xərcləməkdən, sədəqə verməkdən xoşlanmamaq
13. Müsəlmanları tərk etmək
14. Yalan şayiələrə başlanğıc vermək və qiyama çağırmaq, fitnə-fəsad yaymağa səbəb olmaq
15. Allahın əmrlərində xəta, səhv axtarmaq
16. Saleh insanların şərəfini ləkələmək, aşağı salmaq
17. Camaat namazlarından uzaqlaşmaq
18. Sülh, islah, əmin-amanlıq yaratdıqlarını iddia edərək fitnə-fəsad yaratmaq
19. Zahiri davranışlarının daxil ilə ziddiyyət təşkil etməsi
20. Başlarına gələcək xoşagəlməz hallar, hadisələrdən (islamın güclənməsi) qorxu içində olmaları
21. Yalan, batil üzrlər irəli sürmək
22. Şərri, pisliyi yaymaq və yaxşılığın, islah etmənin qarşısını almaq, ondan çəkindirmək
23. Xəsislikdən əllərini bağlamaq
24. Allahı unutmaq
25. Allah və Rəsulunun sallallahu aleyhi və səlləm vədlərini inkar etmək, qəbul etməmək
26. Zahiri görünüşləri haqqında daha çox narahat olmaları və daxili (qəlbin) hallarına etinasız, laqeyd yanaşmaları
27. Bəlağətli nitq, gözəl danışıq nümayiş etdirərək özünü öymək və lovğalanmaq
28. Din barəsində anlayışsız, qafil qalmaları
29. İnsanların qarşısında günah etməkdən çəkinmələri (insanların onların bu günahlarını görəcəklərindən dolayı), lakin gizlində qaldıqda Allaha qarşı əxlaqsızlıq, cəsarət göstərərək günah etmək
30. Möminlərin başına bəla gəldikdə onların bəlasına sevinmək və möminlər sevindikdə, şənləndikdə onların bu sevinclərinə görə kədərlənmək


Tarix: 15.04.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar
loading...