Həmişə xoşbəxt olmağa çalış.
Çünki iman və yaxşı əməl bu sənin gözəl həyatının sirridir.
Elm öyrən. Allahı tanımağı və Quran oxumağı öyrən.
Çünki bu insandan üzüntünü aparar.
Tövbəni tez et. Və günahlardan uzaqlaş.
Çünki bu sənin həyatını gözəlləşdirər.
Qurani-Kərimi düşünərək oxu və Allahı daimi zikr et.
Xoşbəxt olarsan.
İnsanlara qarşı bütün xeyirli işləri görməyə çalış.
Qəlbin genişlənər.
Həmçinin, şücaətli ol və qorxaq olma.
Qəlbini həsəddən, paxıllıqdan və kindən təmizlə.
Boş danışmağı, faydasız şeylərə qulaq asmağı və çox yeməyi tərk et.
Yaşadığın gün içində yaşamağa çalış və keçmişi unut.
Keçmişdəki boş xəyallara qapılaraq gününü zay etmə.
Daim özündən aşağıda olanlara bax və xatırla ki, hansısa nemətdə sən onlardan üstünsən.
Və heç zaman özündən yuxarı baxma.
Zehnini boş xəyallara sərf edib, vaxtını israf etmə.
Qəzəbli olma.
Çünki ömür qısadır.
Heç zaman Allahın sənə verdiyi nemətin itəcəyini düşünmə və bundan qorxma.
Həmişə Allaha təvəkkül et.
Bir problem olduqda onu olduğu kimi qəbul et.
Problemi böyüdərək özünü üzüntüyə qərq etmə.
Pis sözlərdən çəkin. Hətta sənin barəndə söylənilmişsə də, heç zaman ona fikir vermə.
Çünki o sözlər sənə zərər verməz, o insanın özünə qayıdıb, zərər verəcəkdir.
Heç zaman insanlardan təşəkkür gözləmə.
Əksinə, hər bir işi Allah üçün et.
Düşün və Şükr et!
Allahın sənə verdiyi bütün nemətləri düşün və bu nemətlərə görə Allaha şükr eylə.
Düşün ki, Alahu təalə sənə nə qədər nemət verib:
Sənə gözəl cild verib, gözəl bədən verib və onu sağlam edib.
Sənə yaşamaq üçün təhlükəsiz həyat verib.
Ruzi verib. Yeyirsən, içirsən, geyinirsən.
Bu o deməkdir ki, bütün dünya sənə verilmişdir.
Nə üçün üzülürsən?
Allahu təalə sənə dil verib, göz verib, qulaq verib, ayağ verib.Və bunlar sağlamdır.
Sən Allahu təalənin hansı nemətini yalan sayırsan?
Sən iki ayağın üzərində gəzirsən, lakin insanlar var ki, onların ayağı yoxdur.
İnsanlar vardır ki, dili yoxdur, danışa bilmirlər.
İnsanlar vardır ki, yata bilmirlər, gözəl ruzidən yeyə bilmirlər.Hansısa xəstəlik ucbatindan...
Heç bir düşündünmü ki, Allahu təalə sənə qulaq verib-kar deyilsən, göz verib kor deyilsən, dil verib-lal deyilsən.
Amma nə qədər insanlar var ki, bu nemətlərdən məhrumdur.
Sən bir gözünü dağlar qədər qızıla dəyişərsənmi? Dəyişməzsən.
O eşidən qulağını dünya qədər mülkə dəyişərsənmi? Dəyişməzsən.
Dilini dəyişərsənmi? Dəyişməzsən.
Niyə?
Çünki bunlar nemətdir.
Bu nemətləri düşündünmü?
Allaha lazımınca şükr etdinmi?
Tarix: 10.04.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Maraqlı melumatlar