Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unudulmuş Sünnə

İbn Ömər (Radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (Salləllahu aleyhi və səlləm) buyurdu:

-“Cümə günü sizlərdən biriniz əsnəsə, qoy oturduğu yeri dəyişsin”.

(Sünən-Əbu Davud,1119; Sünən ət-Tirmizi,526;Səhih ibn Xuzeymə,1819; Şeyx Albani (rahiməhullah) bu hədisi “səhih” adlandırıb.

Hədisdən çıxan faydalar:

-İbn Xuzeymə öz “Səhih” əsərində bir fəsili belə adlandırıb:” Cümə günü mürgüləyən adam üçün yerini dəyişmək məsləhəti”.

-Peyğəmbər (Salləllahu aleyhi və səlləm) bu hədisdə bütün günü nəzərdə tutmayıb.Onun nəzərdə tutduğu məsciddə cümə namazını gözlədiyin zaman və ya xütbə verildiyi zamandır ki, bu da çox vaxt xütbə zamanı baş verir.

-Yeri dəyişməyin hikmətlərindən odur ki, hərəkət etmək yuxuluğu aparır.

-Və ola bilər ki, yeri dəyişmək əmri məsciddə oturub Allahdan qafil olan insanla,xütbəni dinləyən insanla və ya hər hansı faydalı işə cəlb olunan insanla şeytan arasındakı əlaqəni qırmaq üçündür.

Allah daha yaxşı bilir.


Tarix: 25.04.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar
loading...