Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EVLƏRİN DAĞILMA TƏHLÜKƏLƏRİ(AİLƏVİ ZİYARƏTLƏRDƏ QADINLARIN KİŞİLƏRDƏN AYRI OTURMASI)

Insan təbiətcə mədəni, fitrətcə isə sosial varlıqdır. Insanların dostlara sahib olmaları, dostların gediş-gəlişləri normal haldır. Hətta, bunlarsız həyat çətin olur.

Ziyarətlər ailəvi hal aldıqda isə kişilərin qadınlarla bir yerdə olmamaq prinsipinə riayət etməklə şərə sədd çəkmək lazım olur. Qadınların kişilərlə qarımasının haram olduğunu bəyan dəlil Allah taalanın ayəsidir: “Onlardan bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. (əl-Əhzab, 53)
Ailəvi ziyarətlərdə kişilərin qadınlarla bir məclisdə oturmasının törətdiyi pis nəticələrə nəzər salsaq bir çox fəsadlara qapı açdığının da şahidi olarıq:
1. Kişilərin qadınlarla bir yerdə oturduqları məclislərdə qadınların çoxu hicabsız olur. Deməli, qadın Allah taalanın ona qadağan etdiyi ayıb yerlərini naməhrəm kişilərə göstərir. Bu da Allahın əmrinə ziddir: “Ayıb yerlərini göstərməsinlər”. Qadın kişilərlə əyləşdiyi bir məclisdə yadlar üçün elə bəzənir ki, heç evində əri üçün elə bəzənmir.
2. Kişilərin qadınları bir məclisdə görməsi din və əxlaq normalarının itməsinə və şəhvətamiz hisslərin yaranmasına gətirib çıxarır.
3. Belə məclislər kəskin etirazlara və münaqişələrə səbəb olur. Bu cür məclislərdə biri digərinin arvadına baxır, onunla söhbət edir, gülüşə səbəb olan məzəli əhvalatlar danışır. Evə qayıtdıqdan sonra sorğu-suallar başlayır. Kişi: “Sən fılankəsin sözünə görə niyə gülürdün? Onun söhbətində heç gülməli bir şey yox idi”. Qadın: “Sən fılan qadınla niyə işarələşirdin?” Kişi: “Onun danışığı sənin üçün maraqlı, mənimki isə maraqsız olur?” Beləliklə, ərlə arvadın bir-birilərinə ittihamları axırda nifrətə və boşanma hallarına gətirib çıxarır.
4. Bəzi kişi və qadınlar evlilik paylarına görə peşmançılıq hissi keçirdirlər. Kişi öz arvadını başqasının arvadı ilə, arvad da ərini başqasının əri ilə müqayisə etdikdə bu hisslər ortaya çıxır. Kişi öz –özlüyündə deyir: “Fılan qadın müzakirə etməyi bacarır, gözəl danışıq qabiliyyəti var. Həmçinin, geniş mədəniyyətə malikdir. Mənim arvadım isə cahildir. Onda heç belə mədəniyyət yoxdur…” Qadın isə öz-özlüyündə deyir: “Fılan qadının nə gözəl bəxti var! Əri mülayim və diqqətcildir. Mənim ərim isə kobuddur. Ölçüb-biçmədən istədiyini danışır…” Bu da ərlə arvad arasında əlaqələrin soyumasına, pis münasibətlərin yaranmasına gətirib çıxarır.
5. Həmçinin, belə məclislər nəticəsində vaxt itgisi, dilin törətdiyi bəlalar yaranır, övladlar evdə tək saxlanılır. Övladların evdə tək saxlanılması isə onlardan diqqətin yayınması deməkdir.
6. Bu cür məclislərdə hadisələr o qədər inkişaf edir ki, bu da bir çox haramların işlənməsinə gətirib çıxarır. Məsələn, içki, qumar ən çox bu cür məclislərdə olur. Həmçinin, belə məclislərin çoxalması nəticəsində müxtəlif kafir adətlərin edilməsi ilə insanların özlərini onlara oxşatmaları da artır. Rəsulullah (s) buyurur: “Kim özünü başqa bir qövmə oxşadarsa, elə onlardan hesab olunur”. (İmam Əhməd “Müsnəd” 2/50 Bax; “Səhih əl-Cami” 2828 və 6025)


Tarix: 17.04.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Maraqlı melumatlar
loading...