Abu Hureyra (r.a) rəvayət edirki, bir nəfər peyğəmbər (s.a.v) in yanına gələrək dedi: “Ey Allahın rəsulu, məni dünən sancan əqrəbin ucbatından başıma nələr gəldi!” Peyğəmbər (s.a.v) cavabında ona dedi: “Həqiqətən əgər sən dünən: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” desəydin, sənə heç bir zərər toxunmazdı!”
(Muslim, 2709.)
عُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ
/Ə‘uzu bikəliməti-Lləhi tammati min şərri mə xələq/.
- Həmçinin peyğəmbər (s.a.v) demişdir: “Kim axşam çağı üç dəfə: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” – desə, həmin gecə ilan sancısından qorunmuş olar”.
اَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ
/Ə‘uzu bikəliməti-Lləhi tammati min şərri mə xələq/.
(əl-Hakim, İbn Hibban. Hədis səhihdir. Bax “Səhih ət-tarğib”, 749.)
Tarix: 11.04.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqlı melumatlar