Bəzi cahil insanlar Allahın əmr və qadağalarını yerinə yetirməyərək Onun bağışlamasına və rəhmətinə ümid edirlər. Onlar unudurlar ki, Onun cəzası şiddətlidir və Onun cəzası cinayətkarlar qaçılmazdır. Ona görə də günahlarda davam edərək Onun rəhmətinə ümid edənlər inadkarlara bənzəyirlər.
Məruf deyib: “Sən asi olduğunun rəhmətinə Onun dəstəyindən məhrum olduğun üçün və ağılsızlığına görə ümid edirsən”.
Alimlərdən biri deyib: “Əmin olmaq olmaz ki, oğurlanmış üç dirhəmə görə bədənin bir hissəsini kəsməyi əmr edən, axirətdə də belə cəzaya məruz qoymayacaq”.
Bir dəfə əl-Həsənə deyiblər: “Nə üçün sən uzun uzadı ağlayırsan?” O cavab verdi: “qorxuram ki, Allah məni atəşə atar və buna hətta əhəmiyyət verməz belə”.
O deyirdi: “həqiqətən rəhmətə ümid insanların başını o qədər qatır ki, onlar bu dünyanı tövbə etmədən tərk edirlər. Onlardan bəzisi deyir: “Bu ona görədir ki, mən Rəbbim barəsində yaxşı zəndəyəm”. O yalan deyir, əgər O Onun barəsində yaxşı zəndə olsaydı, yaxşı əməllər işləyərdi”.
Bir nəfər əl-Həsəndən soruşdu: “Əbu Səid, o insanlarla oturaqmı hansılar ki, bizi elə qorxudurlar ki, elə bil ürəklərimiz buxarlanacaq?” O dedi: “Vallahi, vaxtı bəlalar gələnə qədər səni sakitləşdirənlərin yanında keçirməkdənsə, təhlükəsizlikdə olana qədər səni qorxudan insanların yanında olmaq daha yaxşıdır”.
Hər iki “Səhih”də Usama bin Zeydin hədisi rəvayət edilir ki, Peyğəmbər (sav) , deyib: “Qiyamət günü insan olacaq ki, onu gətirib oda atacaqlar. Onun bağırsaqları ora töküləcək və o, uzunqulaq dəyirmanı fırlatdığı kimi fırlanacaq. Cəhənnəm əhli onun ətrafında toplaşıb deyəcəklər: “Filankəs sənə nə olub? Məgər sən bizi xeyirə həvəsləndirib pisliklərdən çəkindirmirdinmi?!” O deyəcək: “Bəli mən sizi xeyirə həvəsləndirirdim, lakin özüm bunu etmirdim və mən sizi pisliklərdən çəkindirirdim, lakin özüm onu edirdim”.
Imam Əhməd Əbu Rafidən rəvayət edir: “Allahın Rəsulu Əl-Bakinin yanından keçirdi və dedi: “Tfu sənə!” Fikirləşdim ki, o mənə müraciət edir, lakin o dedi: “Xeyr. Bu filankəsin qəbridir. Mən onu filan ailədən zəkat götürməyə göndərmişdim o isə dərini mənimsəmişdir və indi onu oddan dəriyə büküblər”.
Həmin “Müsnəd”də Ənas bin Malikin hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , deyib: ”Gecə meracı zamanı mən dodaqları odlu qayçı ilə kəsilən insanların yanından keçdim. Mən soruşdum: “Bunlar kimdir?” Mənə dedilər: “Bunlar sənin ümmətindən olan dünyadakı dəvətçilərdir. Onlar insanları xeyirə çağırırdı, lakin özləri barədə unudurdular”.
Həmin topluda Ənasın digər hədisi rəvayət edilir ki, Allahın Rəsulu(sav) , deyib: “Məni göyə ucaltdıqda üzlərini və sinələrini misdən olan dırnaqları ilə cırmaqlayan insanların yanından keçdim. Soruşdum: “Ya Cəbrail bunlar kimdir?” O dedi: “Bunlar –insanların ətlərini yeyib namuslarına qəsd edənlərdir”.
Orada həmçinin digər hədis rəvayət olunur: “Peyğəmbər(sav) tez-tez deyərdi: “Ey qəlbləri döndərən, qəlbimi dinində sabit et!” Biz dedik: “Ey Allahın Rəsulu, biz sənə və sənin gətirdiyinə inandıq. Sən bizə görə qorxursanmı? O dedi: “Bəli, həqiqətən qəlblər Allahın iki barmağı arasındadır və O onları istədiyi kimi döndərir”.
Həmçinin orada onun sözlərindən digər hədis gətirilir ki, Allahın Rəsulu (sav) , Cəbrailə deyib: “Niyə mən heç vaxt Mikayılı gülən görmürəm”. O cavab verdi: “O Od yaranandan bəri gülmür”
Müslimin “Səhihində” Ənasın rəvayəti gətirilir ki, Allahın Rəsulu(sav) , deyib: “Qiyamət günü Cəhənnəmə düşəcək bu dünyanın ən cah-calal içində olanını gətirəcəklər və cəmi bir dəfə oda batırıb çıxaracaqlar. Sonra ondan soruşacaqlar: “Ey Adəm övladı, sən nə vaxtsa nəsə yaxşı bir şey görmüsənmi? “Xoşbəxtliyi dadmısanmı?” O deyəcək: “Xeyr Rəbbim, Allaha and olsun ki, yox!” Eləcə də, bu dünyada ən bədbəxt olan Cənnət sakinini gətirəcəklər. Onu Cənnətdə yerləşdirəcəklər və sonra soruşacaqlar; “Ey Adəm oğlu, sən nə vaxtsa bədbəxçilik görmüsənmi? Dərd-kədər dadmısanmı? O cavab verəcək: “Vallahi yox, mən bədbəxcilik görməmişəm və heç dərd-kədər dadmamışam”.
Tarix: 12.04.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Maraqlı melumatlar